Icma.az
close
up
RU
COP29: İqlim dəyişikliyi ilə mübarizədə CənubCənub əməkdaşlığı

COP29: İqlim dəyişikliyi ilə mübarizədə CənubCənub əməkdaşlığı

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

COP29 çərçivəsində iqlim dəyişikliyi ilə mübarizədə Cənub-Cənub əməkdaşlığı üzrə yüksəksəviyyəli forum keçirilib.

Modern.az xəbər verir ki, COP29 məkanındakı Çin pavilyonunda keçirilən tədbirdə çıxış edən Çinin ekologiya və ətraf mühit naziri Huan Runçiu mürəkkəb və dəyişkən beynəlxalq vəziyyət fonunda yalnız çoxtərəfliliyin və beynəlxalq əməkdaşlığın gücləndirilməsi sayəsində qlobal problemlərlə, o cümlədən iqlim böhranı ilə mübarizənin səmərəli ola biləcəyini bildirib. Birtərəfli yanaşmalar, yaşıl maneələr və digər əks tədbirlər qlobal iqlim fəaliyyətinə mənfi təsir göstərir. Xüsusən də inkişaf etməkdə olan ölkələr maliyyələşmə, texnologiya, yaşıl və aşağıkarbonlu keçiddə ciddi çağırışarlarla üzləşib.

Çinli nazir bildirib ki, Cənub-Cənub əməkdaşlığı iqlim böhranları ilə mübarizədə, iqlim idarəetməsi üçün çoxtərəfli proseslərin təşviqində son dərəcə əhəmiyyətli amildir. O, ölkəsinin iqlim dəyişikliyi ilə mübarizə fəaliyyətindən danışıb, Cənub-Cənub əməkdaşlığı çərçivəsində inkişaf etməkdə olan 42 ölkə ilə memorandum imzalandığını diqqətə çatdırıb.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil bildirib ki, Cənub-Cənub əməkdaşlığı davamlı inkişaf nail olmaq yolunda vacib amildir. BMT-nin beynəlxalq əməkdaşlıqda Cənub-Cənub platformasını dəstəklədiyini deyən Saymon Stil əlavə edib ki, bu, çoxtərəflilik nümunəsidir. İqlim məsələsində hər ölkənin səsi eşidilməlidir, çünki iqlim dəyişikliyi bütün ölkələrə təsir edir.

Azərbaycanın energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov bildirib ki, Azərbaycan COP29 Sədrliyi dövründə iqlim məsələlərinin həllində bütün tərəfləri bir araya gətirməyə çalışır. O, emosional amillərdən başlayan Cənub-Cənub əməkdaşlığının siyasi mərhələni də keçərək funksional yaşıl əməkdaşlıq səviyyəsinə çatdığını deyib.

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktorunun müavini Liu Hua təmsil etdiyi qurumun texniki dəstək, imkanların yaradılması da daxil olmaqla iqlim dəyişikliyi ilə mübarizəyə dəstək verdiyini bildirib. O, agentliyin Qlobal Cənubla əməkdaşlığı davam etdirməyə sadiq olduğunu söyləyib.

UNICEF-in icraçı direktorunun müavini xanım Kiti van der Heyden iqlim dəyişikliyinin uşaqlara mənfi təsirlərindən danışıb.

Çin ilə Nigeriya, Quyana və Seyşel adaları arasında anlaşma memorandumları imzalanıb.

Tədbirin bölmə iclaslarında Cənub-Cənub əməkdaşlığının inkişaf etməkdə olan ölkələrdə dayanıqlı inkişafa dəstəyi, Afrikada yaşıl enerji keçidi, “Sıfır-karbon adalar əməkdaşlığı” platformasının qlobal iqlim idarəetməsinə müsbət təsirləri mövzularında müzakirələr təşkil olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Noyabr 2024 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see317

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see308

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see303

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see276

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see259

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see192

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see192

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see176

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri