Icma.az
close
up
RU
COP29 məkanında dəniz mədənçiliyi və balina ovuna qarşı etiraz aksiyası keçirildi VİDEO FOTO

COP29 məkanında dəniz mədənçiliyi və balina ovuna qarşı etiraz aksiyası keçirildi VİDEO FOTO

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində "FINS" təşəbbüsü tərəfindən dərin dəniz mədənçiliyi və balina ovuna qarşı etiraz aksiyası təşkil edilib.

Trend xəbər verir ki, beynəlxalq təşkilatların dəstəyi, aktivistlər, fotoqraf və müxtəlif ölkələrdən mütəxəssislərin dəstəyi ilə keçirilən aksiya COP29 məkanının Yaşıl Zonasında baş tutub.

Aksiyada İsveçrə, Kanada və Böyük Britaniyadan nümayəndələr iştirak ediblər. Aksiya iştirakçıları Norveç hökumətinin öz dəniz ərazilərində yerli şirkətlərə dərin dəniz mədənçiliyi ilə məşğul olmaq üçün lisenziyalar verərək, təbii resursların istismarına başlamaq planları ilə bağlı narahatlıqlarını ifadə ediblər.

İştirakçılar bildirib ki, onlar balina ovunun hələ də davam etməsinə diqqət çəkmək istəyirlər. Aksiya iştirakçısı Elissa Мау Phillips qeyd edib ki, bu, dünyanın bir sıra ölkələrində hələ də davam edir.

"Beləliklə, hələ də ticari balina ovunu həyata keçirən üç ölkə var, bunlar İslandiya, Yaponiya və Norveçdir. Və biz bunun hələ də davam etdiyinə diqqət çəkmək istəyirik. Ticarət məqsədli balina ovunu dayandırmaq üçün COP29-da qərar qəbul edənlərə ehtiyacımız var", - o bildirib.

Öz növbəsində, Maksvel Ris Hon vurğulayıb ki, onlar fərq yaratmaq və bunu daha çox ictimaiyyətə çatdırmaq üçün buradadırlar.

"Biz istəyirik ki, COP29-da iştirak edən insanlar bunun baş verdiyini və bunun davam etdiyini bilsinlər," - o qeyd edib.

Qeyd edək ki, bu gün, həmçinin COP29-un keçirildiyi Yaşıl zonada "FINS" təşəbbüsü tərəfindən dərin dəniz mədənçiliyi və balina ovuna qarşı etirazla əlaqədar panel müzakirələr keçirilib. Məruzəçilər və müzakirələrdə iştirak edən nümayəndələr balina ovu ilə bağlı narahatlıqlarını ifadə ediblər. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 12 Noyabr 2024 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see242

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see216

Sabiq nazirin bacısı qızı olan rektor kimdir?

11 Dekabr 2025 00:22see215

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see209

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see206

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see193

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see187

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see158

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see144

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see141

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see136

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see135

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see135

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see134

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see132

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see131

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see130

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see126

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see125

Simonyan: Azərbaycan Ermənistan sərhədinin daha bir hissəsi tezliklə demarkasiya ediləcək

10 Dekabr 2025 22:45see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri