Icma.az
close
up
RU
COP29: Razılaşmalar aqrar sektorun inkişafına müsbət təsir edəcək

COP29: Razılaşmalar aqrar sektorun inkişafına müsbət təsir edəcək

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Azərbaycanda COP29 konfransı öz işini davam etdirir. Bu gün konfransın 11-ci günüdür. 

İqlim dəyişikliyinin ən çox təsir etdiyi sahələrdən biri də aqrar sektordur. Modern.az-a danışan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, aqrar sektorun inkişafı bilavasitə iqlim şəraitindən, suvarmanın normal təşkilindən, topağın münbitliyindən və təbii hadisələrə qarşı mübarizənin düzgün şəkildə həyata keçirilməsindən asılıdır:

"Dünyada bu gün iqlim dəyişiklikləri baş verirsə, torpaqlar şorlaşırsa, təbii fəlakət, yanğın, daşqınlar baş verirsə, sözsüz ki, bu amillər kənd təsərrüfatının inkişafına özünün mənfi təsirlərini göstərməkdədir və göstərir. İqlim dəyişikliklərinin fəsadlarının qarşısının alınması bilavasitə kənd təsərrüfatında da özünün faydalı nəticələrini göstərə bilər. Səbəbsiz deyildi ki, Bakıda keçirilən COP29-da gündəmdə olan bir sıra vacib məsələlər-aqrar sektorun inkişafı, qida təhlükəsziliyi, kənd təsərrüfatında mütərəqqi texnologiyanın həyata keçirilməsi ilə əlaqədardır. Bu, panel iclaslarında da özünü göstərir. Bundan sonrakı tədbirlərdə də bu məsələnin gündəmdə olması planlaşdırılıb. Su qıtlığından son illər Azərbaycanda kənd təsərrüfatı sahələri xeyli qaydada çətinlik çəkib. Xüsusilə yay aylarında əkin suyunun çatışmazlığı ucbatından min hektarlarla əkin sahələrinə ziyan dəyir,nəticədə, məhsuldarlıq aşağı düşür".

Komitə sədri vurğulayıb ki, COP29-da qarşıya qoyulan vəzifələr bilavasitə ölkədə aqrar sektorun inkişafında da özünü müsbət nəticələrini göstərəcək:

"COP29-da gündəmdə olan ən başlıca məsələ dünyada ərzaq təhlükəsizliyinin təmin olunması ilə əlaqədardır. Bir çox ölkələrdə aclıq və səfalət hökm sürür. 1 milyard 200 mindən artıq insan aclıq çəkir. Kənd təsərrüfatı məhsulları normal qaydada becərilib toplanılmırsa, iqlim dəyişiklikləri buna özünün mənfi təsirini göstərirsə, sözsüz ki, ərzaq təhlükəsizliyinin təminatından danışmaq qeyri-mümkündür. Ona görə də Azərbaycan, eləcə də dünyanın bir çox ölkələri Bakıda keçirilən COP29-dan yaxşı nəticələr gözləyirlər. İlk növbədə bu tədbirin əsas məqsədi ərzaq təhlükəsizliyinin təminini normal təşkil etmək və iqlim dəyişikliklərindən əziyyət çəkən ölkələrə maliyyə vəsaitinin göstərilməsidir. Ona görə də tədbir iştirakçıları öz bəyanatlarında maliyyə problemlərinin aradan qaldırılmasını, lazımı olan qərarların qəbul olunmasını başlıca vəzifə kimi qarşıya qoyublar. Sözsüz ki, aqrar sahənin inkişafı ilə bağlı Azərbaycanda  həyata keçirilən tədbirlər bilavasitə qida təminatının yaxşılaşıdırılması, kənd təsərrüfatında ziyan vericiliərin qarşısının alınması, məhsuldarlığın yüksəldilməsi ilə bağlıdır. Bu da tədbirin əsas məqsədlərindən biridir. Elə hesab edirəm ki, COP29-da qarşıya qoyulan vəzifələr bilavasitə ölkədə aqrar sektorun inkişafında da özünü müsbət nəticələrini göstərəcək".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Noyabr 2024 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see517

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see239

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see231

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see217

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see216

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see214

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see214

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see203

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see201

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see195

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see193

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see189

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see186

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see164

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see161

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see160

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see159

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see155

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri