Icma.az
close
up
RU
COP29 Azərbaycanda özəl sektorun inkişafına TƏKAN VERƏCƏK

COP29 Azərbaycanda özəl sektorun inkişafına TƏKAN VERƏCƏK

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) dünyada iqlim dəyişiklikləri ilə mübarizə və davamlı inkişaf sahəsində yeni istiqamətləri müəyyən edəcək. Bu konfrans təkcə qlobal iqlim siyasətini müəyyən etməklə kifayətlənmir, eyni zamanda müxtəlif ölkələrdə iqtisadi və sosial sahələrin inkişafına təsir göstərmək imkanına malikdir.  Azərbaycanın COP29-a ev sahibliyi etməsi də, təkcə qlobal iqlim siyasətinə inteqrasiya ilə yekunlaşmır,  eyni zamanda ölkə iqtisadiyyatının müxtəlif sahələrinə müsbət təsirlərlə müşahidə oluna  bilər.

Yeni enerji siyasətinə keçid

Azərbaycan enerji sektoru  uzun illərdir neft və qaz əsasında qurulub. Qlobal səviyyədə bərpa olunan enerji mənbələrindən istifadə çağırışlarına və tələblərinə uyğun olaraq Azərbaycanın enerji sektorunu yenidən formalaşdırmana ehtiyac yaradır. Ölkəmizdə bərpa olunan günəş və külək enerjisi sahələrində ilkin addımlar atılıb. Ümumi enerji istehsalında bərpa olunan  mənbələrin payı 8 faizdir. COP29 bu sahəyə xarici investisiyaların  və yeni texnologiyaların cəlbinə imkanlar yaradacaq.

Ölkəmiz 2030-cu ilə qədər elektrik enerjisində bərpa olunan enerjinin qoyuluş gücü üzrə payını 30%-ə çatdırmaq və yaşıl enerji sahəsində lider olmaq üçün mövcud enerji sistemini şaxələndirir. Azərbaycan bu sahədə nümunəvi ölkə olaraq 1.5°C hədəfinə uyğun olaraq növbəti Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr sənədi çərçivəsində öz milli hədəflərini yeniləyəcək.

Bərpa olunan enerji sahələrinin inkişafı, yeni iş yerlərinin açılması ilə nəticələnəcək. Xüsusilə, elektrik enerjisi istehsalı, texnologiya inkişafı, layihə idarəçiliyi və mühəndislik sahələrində iş imkanları artacaq.

Neft və qaz sektorundan asılılığın azaldılması Azərbaycanın iqtisadiyyatını daha müxtəlif və dayanıqlı edəcək. Bu da iqtisadiyyatın şoklara qarşı daha dayanıqlı olmasına səbəb olacaq.

COP29-da qəbul ediləcək qərarlar, bərpa olunan enerji sektorunun inkişafına yönələn beynəlxalq dəstəyin artmasına səbəb olacaq.

Karbon emissiyalarının azaldılması

Azərbaycan bərpa olunan enerji sahəsində qabaqcıl ölkələr sırasına yüksəlmək əzmindədir və bu məqsədlə zəngin külək və günəş potensialından istifadə edir. Bu, həmçinin ölkənin 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40% azaltmaq planının mühüm tərkib hissəsidir.

COP29-da dünya ölkələri karbon emissiyalarının azaldılmasına dair ciddi tələblər irəli sürəcək. Bu, Azərbaycanın da enerji istehsalı və sənaye sektorlarını daha təmiz və ekoloji cəhətdən dayanıqlı hala gətirməyə təşviq edə bilər. Bu istiqamətdə atılacaq addımlar Azərbaycan iqtisadiyyatına həm qısa, həm də uzunmüddətli müsbət təsirlər göstərə bilər:

Karbon emissiyasının  azaldılması ilə əlaqəli yeni sənaye sahələrinin inkişafı, Azərbaycanın daha az karbon emissiyası ilə fəaliyyət göstərən iqtisadi sektorlara yönəlməsinə səbəb olacaq. Bu sahələrə yaşıl texnologiyalar, təmiz istehsal və ekoloji təmiz nəqliyyat sistemləri daxildir.

Karbon emissiyalarının azaldılması, Azərbaycanın ekoloji tarazlığını qorumağa və təbii resursların daha səmərəli istifadəsinə imkan yaradacaq. Bu da uzunmüddətli iqtisadi faydalar təmin edəcək.

Yaşıl iqtisadiyyat və Təmiz Texnologiyalar

Yaşıl iqtisadiyyatın inkişafı, yalnız təbii resursların qorunması və ekosistemlərin dayanıqlılığı ilə bağlı deyil, həm də iqtisadiyyatın müxtəlif sahələrində yeni imkanların yaranması ilə bağlıdır. Azərbaycanda ekoloji təmiz istehsal və texnologiyaların tətbiqi, ətraf mühitin qorunmasına və iqtisadiyyatın diversifikasiyasına kömək edəcək. Bu sahədə yerli və beynəlxalq şirkətlərlə əməkdaşlıq və investisiyalar artacaq.

COP29-da yaşıl maliyyə və investisiyalarla bağlı yeni proqramlar və təşviqedici tədbirlər müzakirə edilir. Bu, Azərbaycanın yaşıl layihələrə investisiyaların cəlb edilməsi sahəsində yeni imkanlar açacaq.

Yaşıl iqtisadiyyat və təmiz texnologiyalar sahəsində yeni təhsil proqramları və tədqiqat mərkəzlərinin yaradılması, Azərbaycanda innovasiya və müasir texnologiyaların inkişafına təkan verəcək.

Yeni ixrac imkanları

Qlobal iqlim siyasətinə inteqrasiya edərək Azərbaycanın beynəlxalq ticarət münasibətlərini gücləndirə bilər. Dünyada daha çox ölkə, iqlim dəyişikliklərinə qarşı mübarizə çərçivəsində ekoloji təmiz məhsul və xidmətlərin ticarətini genişləndirir.

Azərbaycan bərpa olunan enerji texnologiyaları, yaşıl infrastruktur və digər ekoloji təmiz məhsulların istehsalı sahəsində mövqeyini gücləndirərək beynəlxalq bazarlarda geniş pay əldə edə bilər.

İqlim siyasətləri üzrə beynəlxalq əməkdaşlıq Azərbaycanın yeni ticarət razılaşmaları və iqtisadi əməkdaşlıqlar əldə etməsinə gətirib çıxaracaq. Avropa İttifaqı, Asiya və digər inkişaf etmiş ölkələrlə yaşıl iqtisadiyyat sahəsində yeni müqavilələr və əməkdaşlıqların təşviq olunması mümkündür.

Kənd təsərrüfatı və su resurslarının idarəedilməsi

Azərbaycanın kənd təsərrüfatı sektoru, iqlim dəyişikliyinin təsirlərinə ən çox məruz qalan sahələrdən biridir. İqlim dəyişikliyi, xüsusən quraqlıq, yüksək temperatur və qeyri-sabit hava şəraiti Azərbaycanın kənd təsərrüfatına ciddi təsir edir.

COP29 çərçivəsində iqlimə uyğunlaşma tədbirlərinin artırılması, kənd təsərrüfatı sektorunun daha dayanıqlı və müasir üsullarla inkişaf etməsinə şərait yaradacaq.

İqlim dəyişikliyi ilə mübarizə məqsədilə tətbiq edilən yeni texnologiyalar və metodlar Azərbaycan kənd təsərrüfatını daha məhsuldar və davamlı edəcək. Bu, ərzaq təhlükəsizliyini artırmaqla yanaşı, kənd təsərrüfatı məhsullarının ixracını stimullaşdıracaq.

Məhdud su ehtiyatlarına malik Azərbaycan üçün su resurslarının səmərəli idarə olunması olduqca vacibdir. Azərbaycanda su resurslarının idarə edilməsi və suya qənaət sahəsində islahatlar və yeni texnologiyaların tətbiqi zəruridir. COP29-un müzakirə etdiyi məsələlər və əldə ediləcək beynəlxalq dəstək, ölkənin su resurslarından daha səmərəli istifadə etməyə imkan verəcək.

Kənd təsərrüfatı sektorunda iqlim dəyişikliyinə uyğunlaşma layihələrinin həyata keçirilməsi ekoloji təmiz qida istehsalını stimullaşdıracaq. Bu, Azərbaycanın ərzaq təhlükəsizliyini artırmaqla yanaşı, kənd təsərrüfatı məhsullarının ixracını da təşviq edəcək. İqlim dəyişikliyinə uyğunlaşma ilə bağlı yeni texnologiyalarının tətbiqi, məhsul verimliliyini artıracaq və ekoloji təsirləri azaldacaq.

Nəqliyyat və turizm

İqlim dəyişikliyinə qarşı mübarizə və davamlı inkişaf, həmçinin daha səmərəli nəqliyyat və ekoloji cəhətdən təmiz infrastruktur layihələrinin həyata keçirilməsini tələb edir. Elektrikli avtomobillərin istehsalına və istifadəsinə olan marağın artması, Azərbaycanda bu sahədə infrastrukturun inkişafını təşviq edəcək. Bu nəqliyyat sektorunda karbon emissiyalarının azaldılması və enerji səmərəliliyinin artırılması  baxımından əhəmiyyətlidir.

Yaşıl infrastruktur layihələri, Azərbaycanın tranzit ölkə olaraq beynəlxalq nəqliyyat və ticarət əlaqələrini möhkəmləndirəcək. Bu da regionda və dünyada Azərbaycanın iqtisadi mövqeyini gücləndirə bilər.

İqlim dəyişikliyi turizm sektoruna da təsir edir. Azərbaycanın təbii gözəllikləri və biomüxtəlifliyi, ekoturizm üçün əla imkanlar yaradır. COP29-un müzakirələri, ekoloji cəhətdən təmiz turizm təşəbbüslərini dəstəkləyəcək. Azərbaycanın yaşıl turizm sektoru beynəlxalq turizm bazarında rəqabət üstünlüyünü təmin edəcək. Bu, ölkənin iqtisadiyyatına yeni gəlir mənbələri yaradacaq.

COP29-un keçirilməsi Azərbaycanın beynəlxalq arenada iqlim dəyişikliyi və davamlı inkişaf məsələlərindəki rolunu gücləndirəcək. Bu, ölkənin turizm imkanlarının beynəlxalq bazarlarda daha geniş şəkildə tanıdılması üçün yeni platformalar yaradır.  Belə mötəbər beynəlxalq tədbirlər, Azərbaycanın turizm potensialını dünya miqyasında nümayiş etdirə bilər və ölkəyə turist axınının artmasına səbəb ola bilər. Azərbaycanın ev sahibliyi etdiyi tədbirlər, həm də ölkəyə olan marağı artıracaq.

Sosial rifahın güclənməsi

COP29  yalnız iqtisadiyyatda deyil, həm də sosial sahələrdə də dəyişikliklərə səbəb ola bilər. Yaşıl iqtisadiyyatın inkişafı ilə əlaqədar yeni bacarıqların öyrənilməsi və işçi qüvvəsinin təlimi məsələləri ön plana çıxara bilıər Bu  daha ixtisaslaşmış və yüksək bacarıqlı işçilərin yetişməsinə imkan yaradacaq.

Bərpa olunan enerji sahəsində yeni iş sahələrinin yaradılması, enerji effektivliyi və ekoturizm kimi sahələrdə iş imkanlarının artması mümkündür. Bu, xüsusilə gənclər və mütəxəssislər üçün yeni peşə sahələri açacaq. Ekoturizm və kənd təsərrüfatında yeni iş imkanları, xüsusilə Azərbaycanın kənd və dağ bölgələrində yaşayan insanlara fayda verəcək.

Şəhərlərdə və kəndlərdə enerji səmərəli binaların və yaşıl infrastruktur layihələrinin həyata keçirilməsi insanların həyat şəraitini yaxşılaşdıracaq. Bu, həm də yaşayış xərclərinin azalmasına kömək edə bilər.

Azərbaycanın böyük şəhərlərində və regionlarında iqlim dəyişikliyinə uyğunlaşdırılmış infrastrukturların qurulması, vətəndaşların daha sağlam və təhlükəsiz yaşayış şəraitinə sahib olmalarına imkan yaradacaq.

Ümumilikdə bu tədbir  Azərbaycanın iqtisadiyyatına çoxşaxəli və müsbət təsir göstərə biləcək bir hadisədir. Bu tədbir yalnız qlobal iqlim dəyişikliyi ilə mübarizədə deyil, həm də Azərbaycan iqtisadiyyatının uzunmüddətli inkişafı və sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addım olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Noyabr 2024 09:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see281

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see278

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see263

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see254

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see254

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see252

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see246

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see240

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see238

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see229

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see222

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see216

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see214

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see207

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see202

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see202

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see202

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see193

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri