COP29 Sədrliyi 2035ci ilə qədər iqlim fəaliyyəti üçün inkişaf etməkdə olan ölkələrə maliyyələşdirməni ildə ən azı 1,3 trilyon dollara çatdırmağa çağırır
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
“Məsləhətləşmələr zamanı səsləndirilən rəyləri və dünənki Qurultayda Tərəflərin fikirlərinin nəzərə alaraq, bu gün yenilənmiş mətnləri dərc etmişik”.
APA xəbər verir ki, bu barədə COP29 Sədrliyinin bu gün yaydığı bəyanatında deyilir.
Bəyanatda bildirilir ki, bu mətnlər COP29 üçün balanslaşdırılmış və sadələşdirilmiş paket təşkil edir.
“COP29 Sədrliyi Tərəfləri bu mətni diqqətlə təhlil etməyə, qalan bir neçə variant üzərində konsensusa gəlməyə çağırır”, - deyə bəyanatda qeyd olunub.
Həmçinin bildirilib ki, Tərəflərin göstəricilərinin ilk təzahürü olaraq Yeni Kollektiv Kəmiyyət Məqsədi ilə bağlı qərarda Tərəflərin hamısına 2035-ci ilə qədər bütün dövlət və özəl mənbələrdən iqlimlə bağlı fəaliyyət üçün inkişaf etməkdə olan ölkələrə maliyyələşdirməni ildə ən azı 1,3 trilyon ABŞ dollarına çatdırmaq üçün birlikdə işləməyə dəvət yer alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 22 Noyabr 2024 17:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















