Icma.az
close
up
RU
COP29 strateji razılaşmalarla beynəlxalq ictimaiyyətin diqqətindədir

COP29 strateji razılaşmalarla beynəlxalq ictimaiyyətin diqqətindədir

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hazırda dünyanın ən aktual mövzularından olan iqlim dəyişmələrinin fəsadları getdikcə artır, nəinki insanlar, hətta bütün canlılar, bitki aləmi təhlükə qarşısındadır. Demək olar ki, hər gün planetin müxtəlif yerlərində gözlənilməz təbiət hadisələri baş verir. İqlim dəyişmələri bütün dünyanı əhatə etdiyindən onun təsirlərini azaltmaq, qlobal istiləşməni 1,5°C səviyyəsində saxlamaq öhdəliyinə nail olmaq üçün, sözsüz ki, bütün dövlətlər səfərbər olmalı, iqlim dəyişmələri ilə mübarizdə həmrəylik göstərməlidirlər. Ətraf mühitin mühafizəsi, iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması kimi qlobal məsələlərə Azərbaycan ciddi yanaşan, bu istiqamətdə əhəmiyyətli işlər görən ölkələr sırasındadır. Belə ki, “Yaşıl enerji” növlərinin yaradılması, Azərbaycanın “yaşıl artım” ölkəsinə çevrilməsi hədəfləri, eyni zamanda emissiyalarla bağlı könüllü öhdəliklərin götürülməsi dövlətimizin bu məsələdə nə qədər həssas olduğunu göstərir. Dünyanın ən irimiqyaslı tədbirlərindən sayılan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yekdil qərarla ölkəmizdə keçirilməsi Azərbaycanın bu məsələyə xüsusi diqqətinin göstəricisidir.

Modern.az xəbər verir ki, bu fikirləri Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan yüksək təşkilatçılıq təcrübəsini ortaya qoyaraq dünyanın bu mötəbər tədbirinə nümunəvi şəkildə ev sahibliyi etdi: “İştirakçılar üçün işgüzar, qarşılıqlı hörmətə əsaslanan və inklüziv mühit yaradıldı. Tədbir çərçivəsində qlobal çağırışlara söykənən həmrəylik yüksək səviyyədə tərənnüm olundu. Azərbaycan 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı bu mötəbər tədbirə peşəkar səviyyədə ev sahibliyi etdi. Onların tədbirin möhtəşəm təşkili, Bakının gözəlliyi, insanlarımızın qonaqpərvərliyi ilə bağlı təəssüratları olduqca qürurvericidir. COP29 Liderlər Sammitinin açılış mərasimində çıxış edən dövlətimizin başçısı cənab İlham Əliyev vacib məqamlara toxundu, bir daha ölkəmizin dünya üçün əhəmiyyətini diqqətə çatdırdı. Bütün tərəfdaşlarının etibarını qazanan Azərbaycanın təşəbbüsü ilə ərsəyə gələn meqalayihələrin faydaları bu gün göz önündədir, dünyanın enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Eləcə də öz torpaqlarını Ermənistanın işğalından azad etməklə beynəlxalq hüququn pozulmuş prinsiplərini, BMT-nin 30 il kağız üzərində qalmış qətnamələrinin icrasını təmin etdi, ölkəmiz Qoşulmama Hərəkatına 4 il ədalətlə rəhbərlik etdi, yeni və mühüm təşəbbüslər irəli sürdü, qurumun dünyada nüfuzunu artırdı. Cənab Prezident İlham Əliyev dəqiq faktlar və tutarlı arqumentlərlə Azərbaycanın iqlim dəyişmələri məsələsində fərqli tərəflər arasında körpülər salmaq iqtidarına sahib olduğunu göstərdi. Qərəzli mövqe tutan, Azərbaycan haqqında yalan və böhtan məlumatlar yayan, COP29-u boykot etmək kimi sərsəm və mənasız iddialar səsləndirənlər də cənab Prezidentimizin nitqində layiq olduqları cavabı aldılar”.

“COP29-da yadda qalan məqamlardan biri də inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitinin keçirilməsi və cənab Prezident İlham Əliyevin tədbirdə iştirak etməsi oldu. Haqları tapdanan, səsləri boğulan bu ada dövlətlərinin problemlərinin dünya ictimaiyyətinə çatdırılması naminə belə bir şəraitin yaradılması Azərbaycanın ədalətli mövqeyinin bariz nümunəsidir. Sirr deyil ki, kiçik ada dövlətləri iqlim dəyişmələrinin təsirlərinə daha çox məruz qalır, səsləri dünyada eşidilmir. Möhtərəm Prezidentimiz inkişaf etmiş ölkələrə müraciət edərək iqlim dəyişmələri ilə mübarizədə onları kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərməyə çağırdı. Eləcə də Fransa və Niderland kimi ölkələrin müstəmləkə siyasətini, həmin xalqların haqlarını tapdamasını bir daha ifşa etdi. Daha dəhşətlisi Fransa Polineziyasında aparılan 193 nüvə sınağıdır ki, onun ətraf mühitə vurduğu ziyanı insan düşünmək belə istəmir. Həmçinin Fransa tərəfindən vaxtı ilə Əlcəzairdəki nüvə sınaqları, hələ də dəniz ərazilərində törədilən cinayətlər. Həqiqətən də, Fransa kimi dövlətlərin insan hüquqlarından, demokratiyadan, iqlim dəyişmələrindən danışmağa heç bir mənəvi haqqı yoxdur. Onların törətdikləri bəşəri cinayətlərdir və dünya ictimaiyyəti tərəfindən qınanmalıdır”, - Konfederasiya sədri bildirib.

Sahib Məmmədov vurğulayıb ki, COP29 mübahisəli və mürəkkəb məsələlərdə əldə edilmiş razılıqlarla tarixə düşdü: “Bu onu göstərir ki, razılığın əldə olunacağına şübhə ilə yanaşanlar, həmişə olduğu kimi ikili standartlardan çıxış edənlər bu dəfə də yanıldılar. Belə ki, 2035-ci ilədək hər il ən azı 300 milyard dollar vəsaitin səfərbər olunması az inkişaf etmiş ölkələri və inkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə imkan verəcək. Son dərəcə əhəmiyyətli olan bu qərar COP29 Sədrliyinin böyük diplomatik uğurudur. Sənəddə əlçatanlığın və şəffaflığın qorunması barədə müddəaların yer alması da ədalət göstəricisidir. BMT çərçivəsində yüksək inteqrasiya edilmiş karbon bazarlarına dair 6-cı maddə üzrə 10 ildir aparılan danışıqlar, nəhayət, COP29-da öz həllini tapdı. Hər bir vətəndaşımız üçün fərəhlidir ki, bəşəriyyətin gələcəyi ilə bağlı problemlərin müzakirəsi ölkəmizdə aparılır və vacib qərarlar paytaxtımızda qəbul edilir. İnanırıq ki, Bakıda əldə olunan bu tarixi nailiyyətlər qlobal iqlim gündəliyinin uğurlu icrasına, gözlənilməz təbiət hadisələrinin səbəb olduğu fəsadların aradan qaldırılmasına, ümumilikdə iqlim dəyişmələri ilə mübarizəyə böyük töhfə olacaq”.

“COP29 riyakar yanaşmaları, xain xislətləri, pozucu və dağıdıcı siyasət həyata keçirərək aranı qatan dövlətləri də ifşa etdi. Göstərdi ki, Fransa, Kanada və bu mövqedə duran digər dövlətlərin iqlimlə bağlı fəaliyyəti imitasiya xarakterlidir, əslində isə onlar bu istiqamətdə aparılan işin irəliləməsinə süni əngəllər yaradırlar. Sözsüz ki, Bakı COP-u onların məğlubiyyəti idi. Tədbirin möhtəşəm təşkili və Bakıda əldə olunan razılaşmalar onlara ən layiqli cavabdır”, - deyə Sahib Məmmədov əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Noyabr 2024 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see473

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see458

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see320

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see308

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see301

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see299

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see296

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see288

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see260

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see258

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see254

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see251

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see250

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see250

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see248

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see246

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see244

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see243
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri