Icma.az
close
up
RU
Sahib Məmmədov: “COP29 strateji razılaşmalarla beynəlxalq ictimaiyyətin diqqətindədir”

Sahib Məmmədov: “COP29 strateji razılaşmalarla beynəlxalq ictimaiyyətin diqqətindədir”

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

“Hazırda dünyanın ən aktual mövzularından olan iqlim dəyişmələrinin fəsadları getdikcə artır, nəinki insanlar, hətta bütün canlılar, bitki aləmi təhlükə qarşısındadır. Demək olar ki, hər gün planetin müxtəlif yerlərində gözlənilməz təbiət hadisələri baş verir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu mediaya açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov deyib.

S.Məmmədovun sözlərinə görə, iqlim dəyişmələri bütün dünyanı əhatə etdiyindən onun təsirlərini azaltmaq, qlobal istiləşməni 1,5°C səviyyəsində saxlamaq öhdəliyinə nail olmaq üçün, sözsüz ki, bütün dövlətlər səfərbər olmalı, iqlim dəyişmələri ilə mübarizdə həmrəylik göstərməlidirlər. Ətraf mühitin mühafizəsi, iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması kimi qlobal məsələlərə Azərbaycan ciddi yanaşan, bu istiqamətdə əhəmiyyətli işlər görən ölkələr sırasındadır:

“Belə ki, “Yaşıl enerji” növlərinin yaradılması, Azərbaycanın “yaşıl artım” ölkəsinə çevrilməsi hədəfləri, eyni zamanda emissiyalarla bağlı könüllü öhdəliklərin götürülməsi dövlətimizin bu məsələdə nə qədər həssas olduğunu göstərir. Dünyanın ən irimiqyaslı tədbirlərindən sayılan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yekdil qərarla ölkəmizdə keçirilməsi Azərbaycanın bu məsələyə xüsusi diqqətinin göstəricisidir”.

Onun sözlərinə görə, Azərbaycan yüksək təşkilatçılıq təcrübəsini ortaya qoyaraq dünyanın bu mötəbər tədbirinə nümunəvi şəkildə ev sahibliyi etdi:

“İştirakçılar üçün işgüzar, qarşılıqlı hörmətə əsaslanan və inklüziv mühit yaradıldı. Tədbir çərçivəsində qlobal çağırışlara söykənən həmrəylik yüksək səviyyədə tərənnüm olundu. Azərbaycan 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı bu mötəbər tədbirə peşəkar səviyyədə ev sahibliyi etdi. Onların tədbirin möhtəşəm təşkili, Bakının gözəlliyi, insanlarımızın qonaqpərvərliyi ilə bağlı təəssüratları olduqca qürurvericidir. COP29 Liderlər Sammitinin açılış mərasimində çıxış edən dövlətimizin başçısı cənab İlham Əliyev vacib məqamlara toxundu, bir daha ölkəmizin dünya üçün əhəmiyyətini diqqətə çatdırdı. Bütün tərəfdaşlarının etibarını qazanan Azərbaycanın təşəbbüsü ilə ərsəyə gələn meqalayihələrin faydaları bu gün göz önündədir, dünyanın enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Eləcə də öz torpaqlarını Ermənistanın işğalından azad etməklə beynəlxalq hüququn pozulmuş prinsiplərini, BMT-nin 30 il kağız üzərində qalmış qətnamələrinin icrasını təmin etdi, ölkəmiz Qoşulmama Hərəkatına 4 il ədalətlə rəhbərlik etdi, yeni və mühüm təşəbbüslər irəli sürdü, qurumun dünyada nüfuzunu artırdı. Cənab Prezident İlham Əliyev dəqiq faktlar və tutarlı arqumentlərlə Azərbaycanın iqlim dəyişmələri məsələsində fərqli tərəflər arasında körpülər salmaq iqtidarına sahib olduğunu göstərdi. Qərəzli mövqe tutan, Azərbaycan haqqında yalan və böhtan məlumatlar yayan, COP29-u boykot etmək kimi sərsəm və mənasız iddialar səsləndirənlər də cənab Prezidentimizin nitqində layiq olduqları cavabı aldılar”.

S.Məmmədov qeyd edib ki, COP29-da yadda qalan məqamlardan biri də inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitinin keçirilməsi və cənab Prezident İlham Əliyevin tədbirdə iştirak etməsi oldu. AHİK sədri bildirib ki, haqları tapdanan, səsləri boğulan bu ada dövlətlərinin problemlərinin dünya ictimaiyyətinə çatdırılması naminə belə bir şəraitin yaradılması Azərbaycanın ədalətli mövqeyinin bariz nümunəsidir:

“Sirr deyil ki, kiçik ada dövlətləri iqlim dəyişmələrinin təsirlərinə daha çox məruz qalır, səsləri dünyada eşidilmir. Möhtərəm Prezidentimiz inkişaf etmiş ölkələrə müraciət edərək iqlim dəyişmələri ilə mübarizədə onları kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərməyə çağırdı. Eləcə də Fransa və Niderland kimi ölkələrin müstəmləkə siyasətini, həmin xalqların haqlarını tapdamasını bir daha ifşa etdi. Daha dəhşətlisi Fransa Polineziyasında aparılan 193 nüvə sınağıdır ki, onun ətraf mühitə vurduğu ziyanı insan düşünmək belə istəmir. Həmçinin Fransa tərəfindən vaxtı ilə Əlcəzairdəki nüvə sınaqları, hələ də dəniz ərazilərində törədilən cinayətlər. Həqiqətən də, Fransa kimi dövlətlərin insan hüquqlarından, demokratiyadan, iqlim dəyişmələrindən danışmağa heç bir mənəvi haqqı yoxdur. Onların törətdikləri bəşəri cinayətlərdir və dünya ictimaiyyəti tərəfindən qınanmalıdır”.

Sahib Məmmədov vurğulayıb ki, COP29 mübahisəli və mürəkkəb məsələlərdə əldə edilmiş razılıqlarla tarixə düşdü:

“Bu onu göstərir ki, razılığın əldə olunacağına şübhə ilə yanaşanlar, həmişə olduğu kimi ikili standartlardan çıxış edənlər bu dəfə də yanıldılar. Belə ki, 2035-ci ilədək hər il ən azı 300 milyard dollar vəsaitin səfərbər olunması az inkişaf etmiş ölkələri və inkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə imkan verəcək. Son dərəcə əhəmiyyətli olan bu qərar COP29 Sədrliyinin böyük diplomatik uğurudur. Sənəddə əlçatanlığın və şəffaflığın qorunması barədə müddəaların yer alması da ədalət göstəricisidir. BMT çərçivəsində yüksək inteqrasiya edilmiş karbon bazarlarına dair 6-cı maddə üzrə 10 ildir aparılan danışıqlar, nəhayət, COP29-da öz həllini tapdı. Hər bir vətəndaşımız üçün fərəhlidir ki, bəşəriyyətin gələcəyi ilə bağlı problemlərin müzakirəsi ölkəmizdə aparılır və vacib qərarlar paytaxtımızda qəbul edilir. İnanırıq ki, Bakıda əldə olunan bu tarixi nailiyyətlər qlobal iqlim gündəliyinin uğurlu icrasına, gözlənilməz təbiət hadisələrinin səbəb olduğu fəsadların aradan qaldırılmasına, ümumilikdə iqlim dəyişmələri ilə mübarizəyə böyük töhfə olacaq”.

“COP29 riyakar yanaşmaları, xain xislətləri, pozucu və dağıdıcı siyasət həyata keçirərək aranı qatan dövlətləri də ifşa etdi. Göstərdi ki, Fransa, Kanada və bu mövqedə duran digər dövlətlərin iqlimlə bağlı fəaliyyəti imitasiya xarakterlidir, əslində isə onlar bu istiqamətdə aparılan işin irəliləməsinə süni əngəllər yaradırlar. Sözsüz ki, Bakı COP-u onların məğlubiyyəti idi. Tədbirin möhtəşəm təşkili və Bakıda əldə olunan razılaşmalar onlara ən layiqli cavabdır”, - deyə Sahib Məmmədov əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 27 Noyabr 2024 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see269

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see160

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see158

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see155

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see154

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see154

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see148

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see148

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see130

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see129

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri