Icma.az
close
up
RU
COP29 tədbirində Paris Sazişinin 6cı Maddəsi tam şəkildə razılaşdırılıb YENİLƏNİB VİDEO AZƏRTAC

COP29 tədbirində Paris Sazişinin 6cı Maddəsi tam şəkildə razılaşdırılıb YENİLƏNİB VİDEO AZƏRTAC

Icma.az bildirir, Azertag portalına istinadən.

COP29 Sədrliyi uzun müddətdir davam edən çoxtərəfli danışıqlar vasitəsilə çətin vəziyyətdən çıxmağa nail olur

Bakı, 23 noyabr, AZƏRTAC

Noyabrın 23-də COP29 Sədrliyi Paris Sazişinin 6-cı maddəsi çərçivəsində yüksək keyfiyyətli karbon bazarları ilə bağlı 10 ildir ki, davam edən danışıqlara nəhayət yekun vurulduğunu elan edib.

AZƏRTAC COP29-un saytına istinadla bildirir ki, Tərəflər COP29 Sədrliyinin il ərzində əsas prioritetlərindən biri olan bu nailiyyət naminə həm texniki, həm də siyasi danışıqlar çərçivəsində yorulmadan çalışıblar. Onların səyi nəticəsində illərlə davam edən danışıqlar başa çatıb və Paris Sazişinin yekun müddəası öz həllini tapıb.

6-cı maddə ölkələrin öz iqlim məqsədlərinə nail olmaq üçün əməkdaşlıq edə biləcəyi yüksək keyfiyyətli və şəffaf karbon bazarlarının fəaliyyətə başlamasını təmin edir. Bu beynəlxalq əməkdaşlıq sayəsində milli iqlim planlarının (NDC) icra məsrəflərinin illik 250 milyard ABŞ dolları həcmində azalacağı gözlənilir.

COP29 Sədrliyi Tərəfləri qənaət olunan bu vəsaitləri yüksək iqlim ambisiyalarına yönəltməyə çağırır. Fevral ayında keçiriləcək Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) növbəti mərhələsi qlobal istiləşməni 1,5 dərəcəyə qədər məhdudlaşdırmaq hədəfini qoruyub saxlamaq baxımından mühüm əhəmiyyətə malikdir. Ölkələrə iqlim planlarının ambisiyalarını artırmaq üçün vaxtında dəstək verən bu mühüm nailiyyət kritik məqamda əldə edilib.

“Biz on ildir ki, davam edən danışıqlara yekun vurduq və qlobal istiləşməni 1,5°C ilə məhdudlaşdırmaq hədəfini qorumaq üçün vacib mexanizmi işə saldıq”, deyə COP29-un Prezidenti Muxtar Babayev bildirib: “İqlim dəyişməsi transmilli problemdir və 6-cı maddə də transmilli həllərə yol açır, belə ki, atmosfer üçün emissiyaların harada azaldıldığı önəmli deyil.”

COP29-un baş danışıqçısı Yalçın Rəfiyev qeyd edib: “Bu gün biz iqlim diplomatiyasında ən mürəkkəb və texniki məsələlərdən birini həll etdik. 6-cı maddə mürəkkəb görünsə də, onun təsirləri gündəlik həyatımızda hiss olunacaq. Onun icrası kömür zavodlarının dayandırılması, külək stansiyalarının tikilməsi və meşələrin salınmasını nəzərdə tutur. Bu, inkişaf etməkdə olan ölkələrə investisiya qoyuluşunun yeni dövrünü bildirir.”

Bugünkü nailiyyət çətin əldə olunub. Qlazqo və Şarm Əl-Şeyxdə keçirilən COP konfransları karbon bazarları üçün əsas qayda, çərçivə və prosedurları uğurla müəyyən etdiyi halda, 6-cı maddənin yekun komponentləri natamam qalmışdı. COP29-dan əvvəl bu danışıqlarda yaşanan durğunluq daha geniş beynəlxalq iqlim əməkdaşlığının tam potensialının reallaşdırılmasında baha başa gələn gecikməyə səbəb olurdu.

COP29 Sədrliyi keçmiş çoxtərəfli problemləri həll etmək üçün xüsusi strategiya qəbul etdib. Sədrlik il ərzində Tərəflər arasında konstruktiv dialoqa kömək etmiş və konsensusa nail olmaq üçün texniki və siyasi müzakirələri birləşdirərək irəliləyişə nail olmuşdur. Bu, COP29-un ilk günündə 6.4-cü maddə standartlarının erkən qəbuluna zəmin yaratmaqla, bugünkü əlamətdar nailiyyətə yol açıb.

COP29 Sədrliyi bu nailiyyətə çatmaq üçün təxminən on ildir ki, yorulmadan çalışan bir çox insana, o cümlədən ayrı-ayrı təşkilatlara öz səmimi minnətdarlığını bildirir. Onların illərlə göstərdikləri səy nəticəsində əldə olunan irəliləyişsiz bugünkü konsensus da mümkün ola bilməzdi.

Bu gün 6-cı maddə üzrə qəbul edilən yekdil qərarlar real, əlavə, təsdiqlənmiş və ölçülə bilən emissiyaların azaldılması və kənarlaşdırılması yolu ilə ekoloji bütövlük və şəffaflığın, eləcə də karbon bazarlarının etibarlılığının təmin edilməsində mühüm əhəmiyyət kəsb edəcək və eyni zamanda, qlobal iqlim sərmayəsini idarə etmək üçün bu bazarların böyük potensialını üzə çıxaracaqdır.

Qəbul edilmiş təlimat və qaydalar karbon layihələrinin praktiki və inklüziv qalması, insan hüquqlarının müdafiəsi və dayanıqlı inkişafa töhfə verməsini təmin etmək məqsədi daşıyır və həm ölkələr, həm də layihə tərtibatçılarına Paris Sazişi çərçivəsində inamla əməkdaşlıq etməyə imkan verən konsepsiyanı təmin edir. Bu qərarların qəbul edilməsi son deyil. Tərəflər qazandıqları təcrübə əsasında 6-cı maddənin qaydalarını davamlı olaraq tənzimləyə biləcəklər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Noyabr 2024 04:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see230

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see163

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see147

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see143

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see142

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see140

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see138

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see138

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see137

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri