Icma.az
close
up
RU
Paris Sazişinin 6cı maddəsi tam təsdiqləndi YENİLƏNİB

Paris Sazişinin 6cı maddəsi tam təsdiqləndi YENİLƏNİB

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Noyabrın 23-də COP29 Sədrliyi Paris Sazişinin 6-cı maddəsinə əsasən yüksək inteqrasiya olunmuş karbon bazarları üzrə danışıqların onillik müddətdən sonra başa çatdığını elan etdi.

"Unikal" xəbər verir ki, bu, Sədrliyin bu il üçün əsas prioritetlərindən biri idi və bu, Tərəfləri intensiv ikitərəfli texniki və siyasi danışıqlar vasitəsilə bu mühüm nailiyyətə doğru apardı. Bu strategiya illərlə davam edən çətin vəziyyətə son qoymağa kömək etdi və Paris Sazişinin sonuncu vacib bəndini yekunlaşdırır.

Altıncı maddə iqlimlə bağlı hədəflərə çatmaq məqsədilə əməkdaşlıq edən ölkələr üçün etibarlı və şəffaf karbon bazarları təmin edir. Bu transsərhəd əməkdaşlıq sayəsində ölkələrin milli iqlim planlarının (NDCs) həyata keçirilməsi xərclərini ildə 250 milyard dollara qədər azaldacağı gözlənilir.

COP29 Sədrliyi Tərəfləri bu vəsaiti daha böyük iqlim ambisiyalarına yenidən investisiya yatırmağa təşviq edir. Fevral ayında təqdim ediləcək növbəti nəsil NDCs-lər dünyanın 1,5 dərəcə hədəfinə olan ümidləri üçün mühüm əhəmiyyət daşıyır. Ölkələrə iqlim planlarında daha çox ambissiyalı olmağa kömək etmək üçün bugünkü tarixi mərhələyə tam vaxtında çata bildik.

COP29 Prezidenti Muxtar Babayev deyib: “Biz on il davam edən gözləntilərə son qoyduq və 1,5 dərəcə hədəfinə çatmaq üçün çox vacib mexanizm əldə etdik. İqlim dəyişmələri transmilli çağırışdır və 6-cı maddə transmilli həll yollarına imkan verəcək. Çünki atmosfer üçün tullantıların harada azaldılmasının fərqi yoxdur”.

COP29-un baş danışıqçısı Yalçın Rəfiyev bunu belə şərh edib: “Bu gün biz iqlim diplomatiyasında ən mürəkkəb və texniki problemlərdən birinin həllinə nail olduq. 6-cı maddəni başa düşmək çətindir, ancaq onun təsirlərini gündəlik həyatımızda aydın hiss edə biləcəyik. Bu, kömür zavodlarının istismardan çıxarılması, külək stansiyalarının qurulması və meşələrın salınması deməkdir. Bu, inkişaf etməkdə olan dünyada yeni investisiya dalğası deməkdir”.

Bugünkü nəticəni çətinliklə əldə etmişik. Qlazqo və Şarm-əl-Şeyx COP-ları karbon bazarları üçün önəmli qaydalar, şərtlər və prosedurların əsasını qoya bilsə də, 6-cı maddənin ən önəmli hissələri hələ də həll olunmamış qalırdı. COP29-dan əvvəl bu danışıqlar durğunluqda idi və daha böyük beynəlxalq iqlim əməkdaşlığına gedən yolda önəmli əngəllə nəticələnmişdi.

COP29 Sədrliyi əvvəl mövcud olan çıxılmaz vəziyyəti aradan qaldıran xüsusi yanaşma tətbiq etdi.

COP Sədrliyi bütün il boyu Tərəflər arasında məhsuldar dialoqu inkişaf etdirərək, texniki və siyasi danışıqlarda razılıq əldə olunması yolunda irəliləyişə nail oldu.

Bu, 6.4-cü maddənin ilkin qəbulu üçün zəmin yaratdı. Bu da öz növbəsində bugünkü irəliləyişlərin əldə olunmasına təkan verdi.

COP29 Sədrliyi bu nailiyyətin əldə olunması üçün son on ilə yaxındır ki, səngimədən bu yolda əmək sərf edən şəxslərə və təşkilatlara minnətdardır. Bu gün əldə olunan konsensus onların illər boyunca göstərdikləri səylər və həmin səylərin uğurlu inkişafı olmadan mümkün olmazdı.

Bu gün 6-cı maddə üzrə yekdilliklə qəbul edilən qərarlar ətraf mühitin bütövlüyünün təmin edilməsində mühüm rol oynayacaq. Bu qərar, real, əlavə, yoxlanıla və ölçülə bilən emissiyaların azaldılması və aradan qaldırılması vasitəsilə karbon bazarlarının şəffaflığını və dayanıqlılığını təmin edərək, qlobal iqlim investisiyalarına təkan vermək üçün böyük potensialı ortaya qoyacaq.

Qəbul edilmiş təlimatlar və qaydalar karbon layihələrinin praktikliyinin və inklüzivliyinin qorunub saxlanmasını təmin etmək üçün nəzərdə tutulub.

Həmin təlimatlar və qaydalar elə təşkil olunub ki, onlar karbon layihələrinin öz praktikliyinin və inklüzivliyinin qorunub saxlanmasını təmin edir, insan hüquqlarına hörmət bəsləyir və davamlı inkişafa dəstək göstərir, o cümlədən ölkələrə və layihə tərtibatçılarına Paris Sazişi çərçivəsində inamla əməkdaşlıq etmək imkanı verir.

Bu qərarların qəbulu onların inkişafının sonu demək deyil. Tərəflər təcrübə qazanaraq 6-cı maddənin qaydalarına daim düzəliş edə bilərlər.

*** 22:06

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Paris Sazişinin 6-cı maddəsi tam təsdiqlənib.

"Unikal" xəbər verir ki, bununla bağlı qərar tədbirin bu gün keçirilən bağlanış plenar iclasında qəbul edilib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://unikal.az
archiveBu xəbər 23 Noyabr 2024 23:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri