Icma.az
close
up
RU
COP29a ev sahibliyi etməyimiz xüsusi önəm daşıyır Deputat

COP29a ev sahibliyi etməyimiz xüsusi önəm daşıyır Deputat

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Ölkəmizin COP29 kimi bir tədbirə ev sahibliyi etməsi olduqca önəmlidir. Bu gün Azərbaycan dünyamızı narahat edən hər bir məsələyə xüsusi diqqət və həssaslıqla yanaşır". 
Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.
“Azərbaycan bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etdiyi kimi, bu gün də növbəti beynəlxalq tədbiri ölkəmizdə keçirir. Artıq bir sıra dövlətlərin başçıları Azərbaycana gəliblər. Hətta ölkə başçısı liderlərin bir çoxunu qəbul edib və onlarla fikir mübadiləsi aparıb. Növbəti günlərdə də liderlərin və siyasətçilərin gəlməsi davam edəcək. Bir sözlə, COP29 öz axarı ilə uğurla davam edir. COP29-un Azərbaycanda keçirilməsi dövlətimizin növbəti uğurudur və ölkəmizə olan etimadı artırır. Azərbaycanın reytinqi getdikcə daha da artır. Bu gün ölkəmiz dünyanı narahat edən hər bir məsələyə xüsusi diqqət və həssaslıqla yanaşır. Azərbaycan çalışır ki, dünyanı narahat edən mövzulara öz töhfəsini versin. Şübhəsiz ki, Azərbaycan COP29-u ən yüksək səviyyədə keçirəcək və bu, ölkəmizin qarşıdakı illərdə uğurlarını daha da artıracaq”, - C.Məmmədov vurğulayıb.
Deputat dövlət başçısının COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışı zamanı mühüm mesaj verdiyini xatırladıb:
“Prezident bütün təzyiq cəhdlərinə baxmayaraq, Azərbaycanın öz torpaqlarını azad etdiyini xüsusilə vurğuladı. Eyni zamanda Azərbaycanın enerji resurslarının şaxələndirilməsi ilə bağlı gördüyü işlərə toxundu. Azərbaycan Qara dəniz sualtı enerji xətti ilə öz enerjisini daşıyacaq”.
C.Məmmədovun sözlərinə görə, Azərbaycan mədəniyyətlərarası dialoqda fəal rol oynayır:
“Azərbaycan çoxtərəfliliyin tərəfdarıdır, eyni zamanda, mədəniyyətlərarası dialoqda fəal rol oynayır. Multikulturalizm dövlət siyasətimiz və həyat tərzimizdir. Azərbaycan xalqı etnik, dini mənsubiyyətindən asılı olmayaraq, digər millətlərlə hər zaman ahəngdar şəkildə, bir ailədəki kimi yaşayır”.
Millər vəkili müharibələrin ekoloji fəlakətlərə səbəb olduğunu qeyd edib:
"Reallıq budur ki, ekoloji fəlakətlərin əsas səbəblərindən biri müharibələrdir. Bunun bariz nümunəsi isə Azərbaycandır. 30 il ərzində torpaqlarımız işğal altında olarkən Ermənistan ekosid və urbisid törədib. Yalnız mina çirkləndirilməsi ayrıca bir problemdir. Bu gün Azərbaycan dünyada ərazisi mina ilə ən çox çirklənən ölkələrdən biridir".
“Sülhə nail olmaq, dünyada əmin-amanlığı qorumaq üçün çalışmalıyıq. Bu gün dünyanın qarşısında duran ən vacib məsələlərdən biri də budur. Burada dinlərin böyük potensialı və imkanları var. Bu potensial və imkanlardan istifadə edərək dünyanı qorumalıyıq. Burada həm dinlərin, həm də dini liderlərin üzərinə böyük məsuliyyət düşür”, - Ceyhun Məmmədov əlavə edib.

Millət vəkilinin sözlərinə görə, ölkə başçısının COP29-un Liderlər Sammitindəki nitqi Azərbaycan dövlətinin sülhə, multikulturalizmə və ekoloji təhlükəsizliyə verdiyi önəmi bir daha göstərir.
“Dinlərarası dialoq və əməkdaşlıq təşəbbüsləri ilə Azərbaycan həm bölgədə, həm də qlobal arenada barışın və əmin-amanlığın təmin olunmasına töhfə verməyə davam edir. Dünya dini liderlərinin Bakıda sülh çağırışında birləşməsi də göstərir ki, ölkəmiz təkcə siyasi deyil, mənəvi dəyərlər baxımından da sülh və harmoniya ideallarına sadiqdir. Bu cür sammitlər, qarşılıqlı anlayış və birlik vasitəsilə dünyamızın daha təhlükəsiz və yaşanılası bir yer olması üçün yol açır.
Azərbaycan hər zaman bütün dinlərə bərabər münasibət göstərən multikultural bir ölkədir. Bunun yalnız söz olaraq deyil, real həyatda da bu cür olduğunu COP29 tədbiri çərçivəsində Azərbaycanda keçirilən dünya dini liderlərinin sammitində bir daha gördük”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Noyabr 2024 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see402

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see392

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see345

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see327

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see310

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see254

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see254

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see250

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see248

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see227

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see221

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see220

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see213

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see208

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see206

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see206

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see203

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see202

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see193

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri