Icma.az
close
up
RU
Sentyabr ayı xalqımız üçün xüsusi önəm daşıyır Deputat

Sentyabr ayı xalqımız üçün xüsusi önəm daşıyır Deputat

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Hazırkı sentyabr ayı xalqımız üçün xüsusi önəm daşıyır. Məhz 2023-cü il sentyabr ayının 19-20-də Silahlı Qüvvələrimizin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin göstərişi əsasında keçirdiyi uğurlu  antiterror əməliyyatında qazandığı növbəti parlaq qələbə sayəsində Xankəndidə və digər ərazilərimizdə separatizmin kökünü tamam kəsməklə ölkəmizin tam suverenliyi təmin edilmiş oldu.

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev deyib. 

Deputat xatırladıb ki, Azərbaycanın şanlı zəfəri ilə başa çatan 44 günlük müharibəyədək ermənilər, necə deyərlər, eyforiyada idilər. Onlar “yenilməz ordu”larına güvənərək hər il sentyabrın 2-də Xankəndidə “Artsax” günü”nu böyük şadyanlıqla qeyd edirdilər. 

Milli Məclisin üzvü bildirib ki, Müzəffər Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-20-də keçirdiyi 23 saatlıq lokal xarakterli antiterror əməliyyatından sonra isə artıq “Artsax günü” separatçılar üçün qara bayrama çevrilib. Samir Vəliyev bu günlərdə Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə növbəti səfəri çərçivəsində Xocalı rayonunun Badara kəndində Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşündə ifadə etdiyi fikirlərə diqqət çəkib. Həmin görüşdə bildirildiyi kimi, 44 günlük müharibədə əldə olunan şanlı Zəfərimizdən sonra dövlətimizin başçısı müxtəlif auditoriyalar qarşısında qətiyyətlə bildirirdi ki, Azərbaycanda separatizmə yer yoxdur. Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməli və ölkəmizin qanunlarına tabe olmalıdırlar. Ancaq havadarlarına arxalanan və revanşizm mövqeyindən çıxış edən məğlub ölkə öz öhdəliklərini yerinə yetirməyərək silahlı birləşmələrinin təxminən 15 minədək kontingentə malik hissələrini ərazilərimizdə saxlamaqda davam edirdi. Ermənistandan Laçın-Xankəndi yolu vasitəsi ilə intensiv şəkildə silahlar daşınır, ərazilərimizdə ən ağlagəlməz yerlərdə minalar basdırılırdı. Həmin hərbi birləşmələr müharibə başa çatandan sonrakı 3 il ərzində tez-tez mövqelərimizi atəşə tutur və digər təxribatlara əl atırdılar. Eyni zamanda, təbii sərvətlərimiz talanaraq Laçın-Xankəndi yolu vasitəsilə Ermənistana daşınırdı. Deputat vurğulayıb ki, qalib Azərbaycan belə vəziyyətlə barışa bilməzdi və barışmadı da. 

Samir Vəliyev müharibənin qalibi olan  Azərbaycanın  antiterror əməliyyatınadək yeni silahlı münaqişədən yayınmaq üçün bir sıra zəruri tədbirlərə əl atdığını da xatırladıb. Azərbaycanın bir-sıra vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələri və ekologiya fəalları 2022-ci il dekabrın 12-dən etibarən Şuşa-Laçın yolunda etiraz aksiyasına başladılar. Onlar separatçıların qanunsuz fəaliyyətlərinə, ərazilərimizə minalar və digər-silah-sursat daşınmasına son qoyulmasını tələb edirdilər. 

Deputatın bildirdiyi kimi, ekofəalların aksiyası ilə Laçın yoluna de-fakto nəzarət təmin olunmuşdu.  Bununla belə, yeni vəziyyətdə ermənilər növbəti manipulyasiyalara əl atdılar. Belə ki, separatçılar nəzarətsiz qalan torpaq yollarla Xankəndinə Ermənistandan silah-sursat, canlı qüvvə və digər hərbi təyinatlı yüklərin daşınmasını həyata keçirirməyə cəhdlər göstərdilər. Kosmostan çəkilən görüntülər onların bu çirkin əməllərini də ifşa etdi. Separatçıların və Ermənistandakı revanşistlərin bu qəbildən olan əməllərinin qarşısını almaq üçün beynəlxalq hüquq normalarına istinad edən respublikamız 2023-cü  il aprelin 23-də Laçın - Xankəndi yolunun başlanğıcında sərhəd-keçid məntəqəsi qurdu. Bu məntəqənin qurulmasında əsas mqsəd Ermənistandan Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin, həmçinin sərvətlərimizin daşınmasının qarşısının alınması idi.

Deputat bildirib ki, görülən tədbirlərə və Azərbaycanın humanist yanaşmalarına baxmayaraq, Ermənistan ordusunun qalıqları, qondarma rejimin təmsilçiləri ərazilərimizdə separatizm əməllərini davam etdirirdilər. 2023-cü ilin 19 sentyabr tarixində Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror aktları törətdilər. Belə ki, erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli - Füzuli - Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldular və yaralandılar. Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu. Nəticədə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralandı. Həmin gün Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin növbəti terror aktı nəticəsində Ağdam və Şuşa şəhərlərində müvafiq olaraq iki mülki əməkdaş həlak oldu. Bütün bu təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Silahlı Qüvvələrimiz bölgədə lokal xarakterli antiterror əməliyyatına başladı. Ərazilərimizdə separatizmə son qoyan lokal xarakterli antiterror əməliyyatı uğurla yekunlaşdı. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular.

Milli Məclisin üzvü əlavə edib ki, əməliyyat zamanı hərbçilərimizin nümayiş etdirdiyi yüksək peşəkarlıq hər cür xoş sözə layiqdir. Relyef şəraitinin mürəkkəbliyini, çoxlu sayda istehkamların mövcudluğunu, düşmən mövqelərinin ağlagəlməz məkanlarda, o cümlədən də yaşayış mənntəqələrinin, mülki infrastrukturun yaxınlığında yerləşməsini nəzərə aldıqda hərbiçilərimizin necə böyük igidlik və peşəkarlıq göstərdikləri barədə konkret təsəvvür yaranır.

Deputatın sözlərinə görə, lokal xarakterli antiterror əməliyyatında qazanılan qələbə sayəsində separatçıların tabutuna son mismar vurulmuş oldu. Artıq Qarabağımız azaddır, onilliklər boyunca bu yerlərin həsrətini çəkmiş doğma insanların əlindədir. Bu gün Xankəndidə. Xocalıda, Əsgəranda və digər ərazilərimizdə üçrəngli bayrağımız əzəmətlə dalğalanaraq bizlərə sonsuz qürur hissi yaşadır. 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:269
embedMənbə:https://unikal.az
archiveBu xəbər 18 Sentyabr 2025 09:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri