Icma.az
close
up
RU
COP29a gələn almaniyalı nazirin Bakıda “masaj” və “alışveriş” keyfi…

COP29a gələn almaniyalı nazirin Bakıda “masaj” və “alışveriş” keyfi…

Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

COP29-da iştirak üçün Bakıya gələn Almaniyanın xarici işlər naziri Annalena Berbok qəribə nüanslarla yadda qaldı. Berbok Bakıda qlobal iqlim problemlərindən bəhs etməli, həll yolları təklif etməli, COP29-un işinə töhfə verməli idi. Almaniya kimi inkişaf etmiş bir ölkənin xarici siyasətinə rəhbərlik edən şəxsdən gözlənilən bu idi. Axı Almaniya sənayesinin inkişafına görə dünyanın qabaqcıl ölkəsinə çevrilməsi ekologiyanın korlanması hesabına başa gəlib və Berlin qlobal iqlim problemlərinin həllinə həm maliyyə, həm də digər formalarda dəstək verməyə borcludur.
Berbokun Bakı səfəri isə tamamilə fərqli nüanslarla yadda qaldı.
Almaniyalı nazir Bakıya sanki qlobal iqlim probleminin müzakirə edilməsi üçün yox, turist kimi gəlmişdi. Onun Bakıda özünü “alış-verişə” həsr etməsi də bunun əyani nümunəsi idi. Başadüşüləndir, xanım nazir 17 illik həyat yoldaşından ayrılıb, görünür, Bakıda “şopinq”lə öz şəxsi problemindən uzaqlaşmaq istəyib. Lakin bu ona əsas vermir ki, Azərbaycana qarşı əsassız iddiaları səsləndirsin. Berbok Bakıya gəlişindən öncə İrəvana səfər etmişdi, halbuki, bu almaniyalı nazirin regional səfəri deyildi ki, hansısa “balans” yaratmaq üçün belə bir marşrut seçsin. O, BMT-nin tədbiri olan COP29-un keçirildiyi Bakıya səfər etmişdi, bu baxımdan, əvvəlcə Ermənistana getməsi anlaşılan deyil. Onun Bakıda Azərbaycanla bağlı erməni gündəliyinə uyğun olan iddialar səsləndirməsi göstərdi ki, Berbok İrəvana elə-belə getməyib.
Beləliklə, şəxsi problemlərindən qaynaqlanan aqressiyasına erməni maraqlarını da qarışdıran almaniyalı nazir Bakı səfərinin mahiyyətini bir kənara qoyaraq, “insan haqları” ilə bağlı qondarma iddialar üzərindən çıxışlar etdi. COP29 isə bir kənarda qaldı. Bu isə Almaniya kimi bir ölkəyə heç də başucalığı gətirmir. Almaniya inkişaf etmiş bir ölkə kimi qlobal iqlim problemlərinin həllinə töhfə verməlidi. Berbokun Bakıda “alış-veriş”lə məşğul olması və qaldığı oteldə “masa xidməti”ndən gen-bol yararlanması Almaniyanın iqlim problemlərinin həllində heç də maraqlı olmadığını göstərdi. \\Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 23 Noyabr 2024 21:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see661

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see514

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see514

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see330

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see319

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see312

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see311

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see307

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see300

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see292

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see267

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see266

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see263

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see259

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see258

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see258

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see255

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see253

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri