Icma.az
close
up
RU
COP29a gəlməyən dövlətlər: kənar qalanlar utansın...

COP29a gəlməyən dövlətlər: kənar qalanlar utansın...

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Azərbaycanda noyabrın 22-dək davam edəcək BMT-nin COP29 tədbiri ayın 11-dən öz fəaliyyətinə başlayıb. Dünyanın xeyli ölkəsinin nümayəndəsi COP29 çərçivəsində Bakıda keçirilən tədbirdə, panellərdə iştirak edir, faydalı çağırışlar, təkliflər, tövsiyələr səsləndirirlər. Lakin fərqli səbəb və bəhanələr gətirərək tədbirə qatılmayan dövlətlər də oldu. Məsələn, Kanada, Hindistan, Çin, Avstraliya, Kanada, Belçika, Norveç rəsmiləri COP 29 tədbirində iştirakdan imtina ediblər. Həmçinin, Almaniya, İran, Braziliya, Böyük Britaniya, Rusiya rəhbərlikləri də müxtəlif səbəblərdən tədbirə qatıla bilməyəcəklərini açıqlayıblar. Onları tədbirdə üçüncü dərəcəli rəsmilər təmsil edəcək. İran prezidenti Məsud Pezeşkianın Bakıya gələcəyi ilə bağlı əvvəlcə müsbət cavab verəlsə də, sonradan Pezeşkian İsrail "təhlükəsinə" görə, ölkəni tərk edə bilməyəcəyini söyləyib. Prezidentin köməkçisi Hikmət Hacıyev Ermənistanın COP 29-da iştirak etməməsinə də münasibət bildirib. O bildirib ki, Azərbaycan konvensiyanın üzvü olaraq bütün tərəflərə dəvət göndərib: "Ermənistan qeydiyyatdan keçsə də, hələ onlar tərəfindən nümayəndələrin iştirakı barədə məlumat daxil olmayıb. Əgər Ermənistan tərəfi özü bu tədbirdə iştirak etmirsə, bundan başqa, regional əməkdaşlıqdan, ölkələrarası təmasdan danışırsa, bu, bir daha onu göstərir ki, Ermənistan bu kimi hallardan istifadə edərək yalnız özünün birtərəfli təbliğatına çalışır. Amma düşünürük ki, Ermənistan tərəfi konvensiyanın üzvü kimi dəvət almışdı və tərəf kimi də tədbirdə iştirak edə bilərdi. Hər bir halda Ermənistanın öz qərarıdır. Təkrar qeyd etmək istərdim ki, Azərbaycan konvensiyanın üzvü olaraq öz üzərinə düşən məsuliyyəti tam şəkildə yerinə yetirib və bütün dövlətlərin lazımi, zəruri və nəticəyönümlü müzakirələr aparması üçün tam şərait yaradıb. Lakin Azərbaycana qarşı əks təbliğat kampaniyasında Ermənistan və onunla əlaqəli dairələr yaxından iştirak edirlər". Belarus prezidenti Aleksandr Lukaşenko da deyib ki, hazırda iqlim dəyişikliyi, xüsusən də qlobal istiləşmə ilə bağlı ölkələr tərəfindən görülən səylər yetərsizdir. Bəzi Qərb ölkə liderlərinin Bakıda keçirilən sammitdə iştirakdan niyə imtina etmələri ilə bağlı sualı isə Lukaşenko belə cavablandırıb: "Onlar düşünürlər ki, hər şey yaxşı olacaq və iqlim dəyişməyəcək. Başqa sözlə, onlar düşünür ki, onsuz da keçinərlər. Keçinə bilməzlər. Amma onların gəlməməsindən narahat olmağa dəyməz. Allah görür!”.


Politoloq Azər Qasımov "Sherg.az"a açıqlamasında deyib ki, bir-birinə acıq edib bunu da Azərbaycandakı bəzi olmayan problemləri bəhanə edərək beynəlxalq tədbirə gəlməyən ölkələr, əslində dünyanın başına ekoloji problemləri açan ölkələrdir.

seeBaxış sayı:134
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Noyabr 2024 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see434

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see372

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see290

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see276

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see258

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see251

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see248

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see237

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see230

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see226

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see222

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see220

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see218

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see218

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see210

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see208

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see207

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see202

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri