Icma.az
close
up
RU
COP29a qarşı çıxmaq ekoloji mübarizədən kənar durmaqdır

COP29a qarşı çıxmaq ekoloji mübarizədən kənar durmaqdır

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsi bəzi Qərb dövlətlərini kədərləndirib. Qərbin yalan xəbər mediası, “müstəqil QHT-ləri” və bəzi siyasətçiləri bir yana, gənc fəalları da bu yalan ruporuna alət olublar.

Azərbaycanı tanımadan, onun uğurlarından xəbəri olmadan, torpaqlarını işğaldan azad etməsini həzm etməyənlər, sanki ölkəmiz haqqında dezinformasiya yayılmasında yarışa çıxıblar. Onlardan biri İsveçdə yaşayan gənc iqlim fəalı, təbiət mühafizəçisi Qreta Tunberqdir. O, həm podkast, həm də “The Guardin” kimi xəbər qurumları vasitəsilə ölkəmiz haqqında həqiqətdən uzaq fikirlər səsləndirib.

Azərbaycanın uğurlarını gözü götürməyən beynəlxalq dairələrin ruporu və onların maraqlarının girovuna çevrilmiş belə üzdəniraqlara tutarlı cavab verən, qəlbi Vətəninin uğurları ilə döyünən COP29 könüllüsü Nigar Quliyevanın fikirləri qürurvericidir. Onun Q.Trunberqə cavabını təqdim edirik:

– Hörmətli Qreta, sənin Azərbaycan və COP29 haqqında yanlış və qərəzli məlumatlar yaymağını öyrəndim. Nəzərinə çatdırım ki, bizim eyni yaş qrupuna aid olduğumuzu nəzərə alaraq, ən azı bakalavr dərəcəsini tamamladığını fərz etsək, sən belə qərəzli materialları sosial mediada yaymlayacaq qədər əsaslı araşdırma bacarıqlarına sahib olmalıydın.

Sənə bənzər bir “müstəqil jurnalist” olaraq öz ölkəsinə xəyanət etmiş və öz dövlətini tənqid etməkdən zövq alan biri ilə podkastda iştirak etdiyin yetmirmiş kimi, sən həm də o qərəzli məlumatlarını “The Guardian” kimi xəbər qurumları vasitəsilə yaymısan və üstəlik, onu təkrarən paylaşaraq mənim ölkəm haqqında daha da gülünc şərhlər əlavə etmisən. Diqqətinə çatdırmaq istərdim ki, Azərbaycan dünyanın ilk neft ölkələrindən biri olmaqla yanaşı, eyni zamanda, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”şirkəti ilə birlikdə Qafqaz bölgəsindəki ən böyük günəş elektrik stansiyalarından biri olan Qaradağ Günəş Elektrik Stansiyasını quran ölkədir.

Üstəlik, bu enerji parkı 550 hektar və ya 5 milyon 500 min kvadratmetr sahəni əhatə edir. Halbuki İsveç lalnız bu yaxınlarda “Witznitz”i keçərək Avropanın ən böyüyü olmaq iddiası ilə eyni ölçüdə olan ilk günəş parkını inşa etməyə başlayıb.

Ölkəmi repressiv bir dövlət adlandırmağın üçün edə bildiyin yeganə şey Azərbaycan haqqında Ermənistanın təsiri altında olan Vikipediya səhifələrini gözdən keçirməkdirsə, bu da yenə sənin zəif araşdırma bacarıqlarını göstərir.

Səndən soruşuram, ölkəmi avtoritar edən nədir? Mən bunu “seçmə həqiqət” adlandırardım, amma bu, ölkəm haqqında deyilə biləcək faktiki olaraq düzgün bir ifadənin yaxınından belə keçmir. Bizim 125 deputatın nümayiş etdirdiyi, bölgələrimizi və vətəndaşlarımızın ehtiyaclarını təmsil edən Milli Məclisimiz var.

Biz Prezident və hökumətimizi sərbəst seçmək hüququna malikik. Bunun ardınca gələcəyinə və bizi misoginist, şovinist və ya repressiv ölkə adlandıracağına əminəm. Amma bax, buradayam, gənc bir qadın olaraq, sərbəst iradəmlə danışaraq, geyinərək, davranaraq, səs verərək, istədiyim şəkildə, istədiyim vaxt hər şeyi edə bilirəm. Hətta biz o qədər də repressiv olsaydıq, 13,5 milyondan çox izləyicisi olan tanınmış YouTuber Nas Daily Azərbaycanda dini və mədəni hörmət və müxtəliflik (və bərpa olunan enerji resurslarına keçid) haqqında video (hətta ikisini) çəkə bilməzdi.

Ekologiya sahəsinə yönəlsək, unutmamalıyıq ki, COP29 könüllüləri üçün aparılan müsahibələr nəticəsində seçilən 7000 namizəddən 68 faizi qadınlardan ibarət idi. Əgər Azərbaycana ayaq basmaq və COP29-da iştirak etmək istəyərsənsə, əmin ola bilərsən ki, təhlükəsiz mühitdə olacaqsan.

Bu fürsətdən yararlanaraq 30 il Ermənistanın işğalı altında qalmış torpaqlarımızı da kəşf edə bilərsən. Bu müddət ərzində onlar həmin ərazilərə mina basdırmaq, xalqımızı öz bölgələrimizdən zorla çıxarmaq və etnik təmizləmə kimi vəhşiliklərlə məşğul olmuşlar. Halbuki bizə yalnız 4 il lazım oldu ki, həmin torpaqların böyük bir hissəsini bərpa edək, yenidən qurub məskunlaşdıraq. Ancaq əgər bizim ölkəmizə ayaq basmadan və həqiqəti öz gözlərinlə görmədən, media vasitəsilə biz haqda yayılan yalan və iyrənc şeylərə inanmağa davam edib bəhanələr gətirmək istəyirsənsə, bu, sənin seçimindir. Deməli, sən ekoloji fəlakətin şiddətlənməsindən narahat deyilsən.

Təqdim etdi:
Zərifə BƏŞİRQIZI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Noyabr 2024 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see568

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see519

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see386

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see283

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see263

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see254

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see234

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see230

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see227

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see226

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see214

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see210

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see206

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see206

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see204

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see197

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see196

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see194

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri