Icma.az
close
up
RU
COP29da Aİ və 25 ölkə kömür elektrik stansiyaları tikməmək barədə razılığa gəlib

COP29da Aİ və 25 ölkə kömür elektrik stansiyaları tikməmək barədə razılığa gəlib

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı milli iqlim planlarının növbəti mərhələsi çərçivəsində Avropa İttifaqı (Aİ) və 25-ə yaxın ölkə kömürlə işləyən istilik elektrik stansiyaları (İES) tikməyəcəkləri ilə bağlı öhdəlik götürüb. SİA “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, bu, həmin yanacaq növündən istifadənin azaldılmasına yönəlmiş son qlobal öhdəlikdir.

“Bloomberg” agentliyi Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində müvafiq Sazişin bağlandığı barədə bəyanata istinad edir. Məlum olub ki, onu Kanada, Böyük Britaniya və Almaniya imzalayıb. Dünyanın ən çox kömür istehlak edən ölkələri olan Çin və Hindistan, eləcə də ABŞ indiyədək bu sənədə məhəl qoymayıb.

Bəyanat Azərbaycanda keçirilən iqlim sammitində Aİ, ABŞ və digər ölkələrin tədbirin digər iştirakçılarını qazıntı yanacaqlarından uzaqlaşmaya dair 2023-cü il Sazişini yenidən təsdiq etməyə çağırdığı bir vaxtda verilib.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində mədən yanacaqlarının istehlakının və istehsalının azaldılmasını nəzərdə tutan Saziş layihəsi hazırlanıb. Bu tədbirlər 2050-ci ilə qədər karbon neytrallığına nail olmaq məqsədi daşıyır.

Aİ-nin iqlim dəyişiklikləri üzrə komissarı Vopke Hoekstra deyib: “Bir çox ölkələrin artıq kömür enerjisindən imtina etməsinə baxmayaraq, ona tələbat artmaqda davam edir. Yeni kömürlə işləyən elektrik stansiyalarının yaranması Yer kürəsində qlobal temperaturun 1,5 dərəcə Selsi səviyyəsində saxlanılması üçün ən böyük təhlükələrdən biridir”.

Kömürdən mərhələli şəkildə imtinanın tərəfdarları 2025-ci ildə Braziliyada keçiriləcək COP30 danışıqları ərəfəsində kömür enerjisi ilə bağlı oxşar öhdəliklər götürmələri üçün digər ölkələrə təzyiq göstərəcəklər.

Qeyd edək ki, 2024-cü ilin iyulunda BMT-nin Baş katibi Antonio Quterreş xatırladıb ki, Paris Sazişinə əsasən, 2025-ci ilə qədər ölkələr istixana qazı emissiyalarını azaltmaq üçün yeni öhdəliklər təqdim etməlidirlər (Milli Müəyyən Edilmiş Töhfələr, NDCs). Bundan belə bir nəticə çıxır ki, ölkələr qlobal istiləşmənin 1,5 dərəcə Selsiyə qədər məhdudlaşdırılmasına əməl etməli, 2030 və 2035-ci illər üçün emissiyaların mütləq azaldılması hədəflərini yerinə yetirməli və 2040-cı ilə qədər kömürdən tədricən imtina etməyi öhdələrinə götürməlidir. Ehtimal olunur ki, ölkələrin öhdəlikləri enerji sistemlərinə yeni kömür elektrik stansiyalarının daxil edilməməsi vədini ehtiva edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:67
embedMənbə:https://sia.az
archiveBu xəbər 23 Noyabr 2024 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see250

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see239

“Azərkosmos” peyk istehsalına hazırlaşır kosmik sənayenin inkişafında yeni mərhələ

21 Oktyabr 2025 19:12see201

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see201

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see196

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see188

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see179

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see171

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see164

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see162

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see161

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see142

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see138

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see135

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see135

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see134

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see131

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see131

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see126

Cahangir Babayev Dünya Karate Federasiyası tərəfindən təltif olunub

21 Oktyabr 2025 19:39see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri