Icma.az
close
up
RU
525ci qəzet COP29da Aİ və 25 ölkə kömür elektrik stansiyaları tikməmək barədə razılığa gəlib

525ci qəzet COP29da Aİ və 25 ölkə kömür elektrik stansiyaları tikməmək barədə razılığa gəlib

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı milli iqlim planlarının növbəti mərhələsi çərçivəsində Avropa İttifaqı (Aİ) və 25-ə yaxın ölkə kömürlə işləyən istilik elektrik stansiyaları (İES) tikməyəcəkləri ilə bağlı öhdəlik götürüb.

525.az “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, bu, həmin yanacaq növündən istifadənin azaldılmasına yönəlmiş son qlobal öhdəlikdir.

“Bloomberg” agentliyi Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində müvafiq Sazişin bağlandığı barədə bəyanata istinad edir. Məlum olub ki, onu Kanada, Böyük Britaniya və Almaniya imzalayıb. Dünyanın ən çox kömür istehlak edən ölkələri olan Çin və Hindistan, eləcə də ABŞ indiyədək bu sənədə məhəl qoymayıb.

Bəyanat Azərbaycanda keçirilən iqlim sammitində Aİ, ABŞ və digər ölkələrin tədbirin digər iştirakçılarını qazıntı yanacaqlarından uzaqlaşmaya dair 2023-cü il Sazişini yenidən təsdiq etməyə çağırdığı bir vaxtda verilib.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində mədən yanacaqlarının istehlakının və istehsalının azaldılmasını nəzərdə tutan Saziş layihəsi hazırlanıb. Bu tədbirlər 2050-ci ilə qədər karbon neytrallığına nail olmaq məqsədi daşıyır.

Aİ-nin iqlim dəyişiklikləri üzrə komissarı Vopke Hoekstra deyib: “Bir çox ölkələrin artıq kömür enerjisindən imtina etməsinə baxmayaraq, ona tələbat artmaqda davam edir. Yeni kömürlə işləyən elektrik stansiyalarının yaranması Yer kürəsində qlobal temperaturun 1,5 dərəcə Selsi səviyyəsində saxlanılması üçün ən böyük təhlükələrdən biridir”.

Kömürdən mərhələli şəkildə imtinanın tərəfdarları 2025-ci ildə Braziliyada keçiriləcək COP30 danışıqları ərəfəsində kömür enerjisi ilə bağlı oxşar öhdəliklər götürmələri üçün digər ölkələrə təzyiq göstərəcəklər.

Qeyd edək ki, 2024-cü ilin iyulunda BMT-nin Baş katibi Antonio Quterreş xatırladıb ki, Paris Sazişinə əsasən, 2025-ci ilə qədər ölkələr istixana qazı emissiyalarını azaltmaq üçün yeni öhdəliklər təqdim etməlidirlər (Milli Müəyyən Edilmiş Töhfələr, NDCs). Bundan belə bir nəticə çıxır ki, ölkələr qlobal istiləşmənin 1,5 dərəcə Selsiyə qədər məhdudlaşdırılmasına əməl etməli, 2030 və 2035-ci illər üçün emissiyaların mütləq azaldılması hədəflərini yerinə yetirməli və 2040-cı ilə qədər kömürdən tədricən imtina etməyi öhdələrinə götürməlidir. Ehtimal olunur ki, ölkələrin öhdəlikləri enerji sistemlərinə yeni kömür elektrik stansiyalarının daxil edilməməsi vədini ehtiva edir (AZƏRTAC).

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://525.az
archiveBu xəbər 23 Noyabr 2024 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see229

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see216

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see198

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see198

Məşhur tennisçi Devis Kubokunun finalında oynamayacaq

20 Oktyabr 2025 21:39see187

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see184

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see174

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see168

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see152

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see150

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see150

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see149

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see148

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see148

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see147

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see146

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see145

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see141

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see140

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri