Icma.az
close
up
RU
COP29da dayanıqlılıq çağırışlarına toxunan xalça ekspozisiyaları təqdim olundu

COP29da dayanıqlılıq çağırışlarına toxunan xalça ekspozisiyaları təqdim olundu

Icma.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.

11 noyabr tarixindən etibarən Bakıda keçirilən COP29 iqlim konfransı çərçivəsində COP29 Azərbaycan Əməliyyat Şirkəti və "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşlığı nəticəsində ərsəyə gələn, dayanıqlı material və boyalardan istifadə etməklə qlobal iqlim çağırışları mövzusunda hazırlanan xalçaların ekspozisiyası tədbir iştirakçılarına təqdim olunub.

COP29 Azərbaycan Əməliyyat Şirkətindən Adalet.az-a verilən məlumata görə, COP29 konfrans məkanı Bakı Stadionunun həm Mavi həm də Yaşıl zonalarında təqdim edilən bu xalçalar ölkəmizin zəngin mədəni irsinin dövrümüzün aktual problemlərinin həlli istiqamətində göstərilən səylərin vəhdətini ifadə edir. Konfransın ideya və çağırışlarına uyğun olaraq tamamilə "yaşıl" və ekoloji cəhətdən zərərsiz boya və təbii yundan hazırlanmış xalçaların hər biri "Azərxalça" ASC-nin Şabran emalatxanasında azərbaycanlı toxucu xanımlar tərəfindən yaradılan əl işidir. Layihə ölkənin ucqar bölgələrindən olan qadın sənətkarlarına iqtisadi dəstəyin təmin edilməsi ilə yanaşı iqlim dəyişmələri ilə bağlı onların hekayələrini sənətkarlıq vasitəsilə paylaşmağa platforma yaradıb.

Bu sənət əsərlərindən biri, "Toxunulmuş zolaqlar" adlanan əsər Professor Ed Houkins-in (Ridinq Universiteti) "Öz zolaqlarını göstər" layihəsindən ilhamlanaraq yaradılıb və 1850-2022-ci illər ərzində orta illik temperaturun kəskin dəyişmələrinin zolaqlar vasitəsilə vizual əks etdirib. Xalçanın təsvirində yer alan Azərbaycan silueti və Bakının simvolik göydələnləri paytaxtın COP29-a ev sahibiliyinin rəmzi interpretasiyasıdır. Xalça dizaynı təxirəsalınmaz fəaliyyət tələb edən qlobal temperatur artımının Azərbaycanın memarlıq möhtəşəmliyi ilə birləşdirilərək insanları iqlim dəyişmələrinin davamlı təsirləri barədə düşündürməyə xidmət edir.

Digər əsər, "Sahildən ilməyə" adlanır və 2024-cü ilin Azərbaycanda "Yaşıl Dünya naminə Həmrəylik İli" elan edilməsinin bədii ifadəsidir. Sudan sahilədək tullantıların səyahətini təsvir edən xalça iki səhnəni ustalıqla qarşılaşdırır: bir tərəfi sakit, təmiz dəniz mənzərəsini, digər tərəfi isə çirklənmənin dağıdıcı təsirini - sahillərdən toplanan tullantıların xalçanın ilmələrinə toxunması vasitəsilə təsvir edir. Xalçanın vizual həlli insan fəaliyyətinin təbiətə vurduğu zərəri vurğulamaqla ekoloji aktivizmin harmonik qarışığını simvollaşdırır. Sənət əsərləri incəsənət və ekoloji təbliğatı birləşdirərək mədəni irsin vacibliyini vurğulamaqla ekoloji maarifləndirməni təşviq edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://adalet.az
archiveBu xəbər 17 Noyabr 2024 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub

20 İyul 2025 00:19see121

Ukraynadakı müharibə heç kimin vecinə deyil Conson

20 İyul 2025 01:14see120

Konqo hökuməti ilə M23 qruplaşması sülh sazişi ilə bağlı razılığa gəlib

20 İyul 2025 02:30see117

Böyük Britaniyada Qanqster nənə həbs edildi: 100 milyon dollar, bir tondan artıq narkotik İTTİHAMI

20 İyul 2025 01:49see116

Enerji içkiləri canlandırır, lakin nəticəsiz deyil...

19 İyul 2025 20:05see116

20 il komada qalan şahzadə öldü FOTOLAR

20 İyul 2025 09:29see115

Gürcüstanda üç Türkiyə vətəndaşı saxlanılıb Qırmızı bülletenlə axtarışda olublar

19 İyul 2025 16:28see115

Rusiyanın strateji səhvi: Bakı da uzaqlaşır Vaşinqton Post

20 İyul 2025 08:02see113

ABŞ konqresmeni ofisində infarktdan öldü

19 İyul 2025 23:54see113

“Ölkəmizdə risklərin daxili mənbələri yoxdur”

19 İyul 2025 23:24see113

İctimai siyasi fikir və dövlətçilik tariximizdə “Açıq söz” qəzeti

19 İyul 2025 15:43see113

Rusiyada avtobusun uçuruma yuvarlanması nəticəsində 14 nəfər ölüb

21 İyul 2025 02:29see112

Reytinq turnirində daha 2 medal

20 İyul 2025 00:18see112

Prezident: Azərbaycan ekoloji baxımdan çox düzgün mövqe seçmiş ölkədir

19 İyul 2025 17:40see112

Bakıda möcüzəli göl insanlar axın edir VİDEO

20 İyul 2025 21:54see112

32 kilometrdə toqquşan MARAQLAR

20 İyul 2025 15:01see111

Sabahın havası meteohəssas insanlar üçün əlverişsizdir

20 İyul 2025 14:05see111

Atletiko nun qapıçısı növbəti mövsümə bu klubda başlayacaq RƏSMİ

20 İyul 2025 17:02see111

Əli Laricani Kremldə: Putinlə söhbətin mövzusu nə olub?

20 İyul 2025 17:47see110

800 illik əfsanəni bir sözün düzəldilməsi tamamilə dəyişdi

20 İyul 2025 21:48see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri