Icma.az
close
up
RU
COP29da Xəzər dənizinin ekoloji problemləri və çirklənmə mənbələri müzakirə olunub

COP29da Xəzər dənizinin ekoloji problemləri və çirklənmə mənbələri müzakirə olunub

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə "Xəzərlə tanışlıq: Tehran Konvensiyası vasitəsilə iqlim dəyişikliyinin təsirləri altında sahil dayanıqlılığının və biomüxtəlifliyin qorunması" mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Xəzər dənizinin ekoloji problemləri və çirklənmə mənbələri müzakirə olunub. Bildirilib ki, ekoloji problemin səbəbləri dənizdə karbohidrogen ehtiyatlarının axtarışı, hasilatı və nəqli zamanı ekoloji tələblərin gözlənilməməsi, sənaye tullantıları, çay suları ilə dənizə müxtəlif çirkləndirici maddələrin gətirilməsi, məişət tullantı sularının təmizlənmədən Xəzər dənizinə axıdılması, tullantılar, kənd təsərrüfatında istifadə olunan gübrələrin yağıntı və suvarma suları ilə yuyularaq çaylar-kanallar vasitəsilə dənizə axması və bu kimi digər amillərlə bağlıdır.

Xəzərə daxil olan tullantı sularının 60 faizinin Volqa çayının payına düşməsi, dəniz sularının çirklənməsində Kür və Ural çaylarının da az rol oynamadığı vurğulanıb.

Qeyd edilib ki, Tehran Konvensiyası kimi tanınan saziş Xəzər dənizinin ətraf mühitinin bütün növ mənbələrdən çirklənməsinin qarşısının alınmasına, habelə Xəzər dənizinin ətraf mühitinin mühafizəsi, saxlanması və bərpasına qulluq edir.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev bildirib ki, bu yaxınlarda Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) tərəfindən Azərbaycanın müraciəti əsasında hazırlanmış işçi sənəddə Xəzər dənizinin səviyyəsindəki tərəddüdlər və iqlim dəyişikliyinin bu prosesə təsiri diqqət mərkəzinə salınıb: "Sənəddə qeyd edilir ki, Xəzər dənizinin səviyyəsi azalır və yaxın 50 ildə daha çox azalma ehtimalı var. Bu da ətraf mühitə, iqtisadiyyata, infrastruktura və sahilyanı dövlətlərin davamlı inkişafına mənfi təsir göstərə bilər. Sənəddə dəniz səviyyəsinin azalmasının təsirlərinin yumşaldılmasına və yeni şəraitə uyğunlaşmasına yönəlmiş birgə strategiyaların işlənib hazırlanması və həyata keçirilməsi üçün Xəzəryanı ölkələr arasında əməkdaşlığın gücləndirilməsinin zəruriliyi vurğulanır".

Nazir müavininin sözlərinə görə, Tehran Konvensiyasının mövcud olduğu təxminən 20 il ərzində çox şey əldə edildiyi halda hələ də mühüm problemlər qalmaqdadır: "Biz əməkdaşlığımızı gücləndirməyə davam etməli və dəniz mühitinə təsir edən təhdidlərlə mübarizə üçün effektiv strategiya və tədbirlər hazırlamalıyıq. BMT-nin Ətraf Mühit Proqramının Xəzəryanı ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi böyük töhfəni xüsusi qeyd etmək və uzun illər intensiv, səmərəli fəaliyyətinə görə Tehran Konvensiyasının Müvəqqəti Katibliyinə minnətdarlığımı bildirmək istəyirəm".

O, ekoloji problemlərin aradan qaldırılmasının razılaşdırılmış və effektiv fəaliyyət tələb etdiyini diqqətə çatdırıb: "Xəzər dənizinin quru mənbələrindən çirklənmədən qorunmasına dair Moskva Protokolunun qüvvəyə minməsindən sonra tərəflər əlavə öhdəliklər götürüblər. Moskva Protokolunun səmərəli həyata keçirilməsi üçün, həmçinin Xəzərin dəniz mühitinin vəziyyəti haqqında ekoloji monitorinq, qiymətləndirilmə və məlumat mübadiləsinə dair Protokolun hazırlanması üzrə işlərin tamamlanmasını sürətləndirmək lazımdır".

Tədbirdə Xəzər dənizinin neft məhsulları ilə çirklənməsinin aerasiya prosesini ciddi şəkildə pozduğu, dəniz fauna və florasının məhv olmasına gətirib çıxardığı bildirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Noyabr 2024 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri