Icma.az
close
up
RU
Menu

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

"28 Mall"un qarşısında ölüm

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Çin üçtəkərli avtomobil buraxdı

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

“COP29da əldə olunan razılaşmalar maliyyə əlçatanlığını təmin edəcək”

“COP29da əldə olunan razılaşmalar maliyyə əlçatanlığını təmin edəcək”

Icma.az bildirir, Adelet.az portalına istinadən.

Azərbaycanın COP29 konfransına ev sahibliyi uğurla başa çatdı. Bir ildən az vaxtda həyata keçirilən təşkilatçılıq işləri BMT başda olmaqla bütün iştirakçıları məmnun etdi. Tərəflər, BMT İqlim Dəyişmələri Konfransına ev sahibliyi edən Azərbaycan hökumətinin və Azərbaycan xalqının qlobal ictimaiyyətə xidmətlərini yüksək qiymətləndiriblər.

COP29-a gələn nümayəndələr tərəfləri maksimum ambisiyaya və ədalətə sövq etmək üçün Bakıya toplaşmışdı. COP29 iqlim dəyişikliyi ilə mübarizədə uğurlu platforma kimi tarixə düşdü. Konfransın ilk günlərində artıq Paris sazişinin 6.4, növbəti günlərdə isə 6.8-ci maddə üzrə razılığın əldə olunması bütövlükdə 6-cə maddənin işlək vəziyyətə gətirilməsinə təkan oldu. Nəhayət, tərəflər karbon bazarları üzrə qlobal razılaşmaya nail oldular. Eyni zamanda 300 milyard dollar maliyyə hədəfinin qarşıdan gələn dövrdə artırılması üçün zəmin yaradıldı. Azərbaycanın COP29 Sədrliyi inkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsini təmin etmək üçün yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi razılaşmasını elan etdi. Halbuki çoxları buna şübhə ilə yanşırdı. İlbəil artan iqlim təsirləri fonunda hər kəs COP29-da əldə edilən razılaşmaların müsbət nəticələr verəcəyinə ümid edir.

Əslində maliyyə hədəfinin müəyyən olunması prosesi asan keçmədi, gərginlik özünü qabarıq şəkildə göstərdi. COP29 ərəfəsində də biz xüsusilə Qərbin məsuliyyətdən yayınmaq üçün məsələni siyasiləşdirmək, yeni maliyyə hədəfinin müəyyən edilməməsi üçün süni maneələr yaratmaq cəhdlərinin şahidi olduq. Avropa İttifaqı və Avropa Komissiyası prezidentinin Bakıya gəlməməsinin də səbəbi bu idi. COP29-da Aİ-ni təmsil edən Almaniyanın xarici işlər naziri Annalena Berbok da COP29-un müzakirələri zamanı gərginliyi daha da artırırdı. Lakin inkişaf etməkdə olan dövlətlərin qətiyyəti, beynəlxalq ictimaiyyətin təzyiqləri qarşısında aparıcı Qərb dövlətləri güzəştə getməli oldular. Eyni zamanda inkişaf etməkdə olan ölkələrin də kompromisə getməsilə Bakıda tarixi razılaşma əldə olundu.

2 həftə davam edən müzakirələr boyu hər kəs Bakı COP-un digər COP-lardan fərqli olacağına ümidlərini ifadə edirdilər.

Lakin Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, “Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı. Bütün proses boyu biz inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırış etdik, çünki onlar iqlim dəyişmələrinin ağır yükünü daşıyırlar və ekzistensial təhlükə ilə üzləşirlər. Biz, həmçinin müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirdik”.
Təsadüfi deyil ki, kiçik ada dövlətləri ilk dəfə səslərinin eşidilməsinə görə COP29 sədrliyinə minnətdarlıq edir. Azərbaycan sona qədər Qlobal Şimalla Qlobal Cənub arasında konstruktiv körpünün qurulması təşəbbüsünə sadiq oldu. Bakıda əldə olunan razılaşmalar köməyə ehtiyacı olan ölkələrin maliyyəyə əlçatanlığını təmin edəcək.
Könül Nurullayeva,

Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://adalet.az
archiveBu xəbər 25 Noyabr 2024 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see371

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see369

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see330

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see320

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see319

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see303

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see302

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see296

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see263

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see245

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see238

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see234

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see225

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see198

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see197

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see196

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see182

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see181

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see178

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri