Icma.az
close
up
RU
“COP29da əldə olunan razılaşmalar maliyyə əlçatanlığını təmin edəcək”

“COP29da əldə olunan razılaşmalar maliyyə əlçatanlığını təmin edəcək”

Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Azərbaycanın COP29 konfransına ev sahibliyi uğurla başa çatdı. Bir ildən az vaxtda həyata keçirilən təşkilatçılıq işləri BMT başda olmaqla bütün iştirakçıları məmnun etdi. Tərəflər, BMT İqlim Dəyişmələri Konfransına ev sahibliyi edən Azərbaycan hökumətinin və Azərbaycan xalqının qlobal ictimaiyyətə xidmətlərini yüksək qiymətləndiriblər. COP29-a gələn nümayəndələr tərəfləri maksimum ambisiyaya və ədalətə sövq etmək üçün Bakıya toplaşmışdı. COP29 iqlim dəyişikliyi ilə mübarizədə uğurlu platforma kimi tarixə düşdü. Konfransın ilk günlərində artıq Paris sazişinin 6.4, növbəti günlərdə isə 6.8-ci maddə üzrə razılığın əldə olunması bütövlükdə 6-cə maddənin işlək vəziyyətə gətirilməsinə təkan oldu. Nəhayət, tərəflər karbon bazarları üzrə qlobal razılaşmaya nail oldular. Eyni zamanda 300 milyard dollar maliyyə hədəfinin qarşıdan gələn dövrdə artırılması üçün zəmin yaradıldı. Azərbaycanın COP29 Sədrliyi inkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsini təmin etmək üçün yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi razılaşmasını elan etdi. Halbuki çoxları buna şübhə ilə yanşırdı. İlbəil artan iqlim təsirləri fonunda hər kəs COP29-da əldə edilən razılaşmaların müsbət nəticələr verəcəyinə ümid edir.
Əslində maliyyə hədəfinin müəyyən olunması prosesi asan keçmədi, gərginlik özünü qabarıq şəkildə göstərdi. COP29 ərəfəsində də biz xüsusilə Qərbin məsuliyyətdən yayınmaq üçün məsələni siyasiləşdirmək, yeni maliyyə hədəfinin müəyyən edilməməsi üçün süni maneələr yaratmaq cəhdlərinin şahidi olduq. Avropa İttifaqı və Avropa Komissiyası prezidentinin Bakıya gəlməməsinin də səbəbi bu idi. COP29-da Aİ-ni təmsil edən Almaniyanın xarici işlər naziri Annalena Berbok da COP29-un müzakirələri zamanı gərginliyi daha da artırırdı. Lakin inkişaf etməkdə olan dövlətlərin qətiyyəti, beynəlxalq ictimaiyyətin təzyiqləri qarşısında aparıcı Qərb dövlətləri güzəştə getməli oldular. Eyni zamanda inkişaf etməkdə olan ölkələrin də kompromisə getməsilə Bakıda tarixi razılaşma əldə olundu.
2 həftə davam edən müzakirələr boyu hər kəs Bakı COP-un digər COP-lardan fərqli olacağına ümidlərini ifadə edirdilər.
Lakin Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, “Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı. Bütün proses boyu biz inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırış etdik, çünki onlar iqlim dəyişmələrinin ağır yükünü daşıyırlar və ekzistensial təhlükə ilə üzləşirlər. Biz, həmçinin müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirdik”.
Təsadüfi deyil ki, kiçik ada dövlətləri ilk dəfə səslərinin eşidilməsinə görə COP29 sədrliyinə minnətdarlıq edir. Azərbaycan sona qədər Qlobal Şimalla Qlobal Cənub arasında konstruktiv körpünün qurulması təşəbbüsünə sadiq oldu. Bakıda əldə olunan razılaşmalar köməyə ehtiyacı olan ölkələrin maliyyəyə əlçatanlığını təmin edəcək.
Könül Nurullayeva, Milli Məclisin deputatı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 25 Noyabr 2024 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see319

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see316

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see309

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see276

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see271

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see264

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see259

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see255

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see252

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see244

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see227

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see225

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see223

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see222

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see220

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see219

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see213

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see208

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri