Icma.az
close
up
RU
COP29da Kosmik Agentliklərin Liderlərinin Sammiti FOTOLAR

COP29da Kosmik Agentliklərin Liderlərinin Sammiti FOTOLAR

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Kosmik Agentliyi (Azərkosmos) Bakıda COP29 çərçivəsində Kosmik Agentliklərin Liderlərinin Sammitini keçirib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, sammit COP29 tədbirinin “Elm, Texnologiya və İnnovasiya Günü”ndə “İqlim dəyişməsi ilə mübarizədə kosmik çağırışlar” mövzusuna həsr olunub.

Sammitin məqsədi qlobal və inkişaf etməkdə olan kosmik agentliklərlə birgə kosmik texnologiyanın imkanlarının iqlim dəyişiklikliyinə necə töhfə verməsini təşviq etmək və Sammit çərçivəsində birgə atılacaq addımları formalaşdırmaqdır.

Tədbirdə beynəlxalq kosmik ictimaiyyətin 80-ə yaxın nümayəndəsi iştirak edib. Tədbirə Yaponiya, Amerika Birləşmiş Ştatları, Bəhreyn Krallığı, Braziliya, Çin, İtaliya, Norveç, Macarıstan, Səudiyyə Ərəbistanı, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniyanının kosmik agentliklərinin rəhbər heyəti, BMT-nin Kosmos Məsələləri üzrə Ofisinin (UNOOSA), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO), Beynəlxalq Astronavtika Federasiyası və Millətlər Birliyi təşkilatının rəhbərləri qatılıb.

Sammitdə qeyd olunub ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı 30 ilə yaxındır ki, dövlətləri bir amal, bir məqsəd üçün – iqlim fəaliyyətini irəlilətmək, tərəflərin fəal iştirakını təşviq etmək və iqlim dəyişmələri ilə bağlı təşəbbüsləri artırmaqdır. İqlim problemlərinin həllində kosmik fəaliyyətin əhəmiyyəti son illərdə COP tədbirlərinin gündəliyinə salınmışdır. Ötən il Birləşmiş Ərəb Əmirliklərinin Kosmik Agentliyi COP28-də ilk dəfə Kosmik Agentliklər Liderlərinin Sammitinə ev sahibliyi etmişdir. Bu il Azərkosmosun təşkilatçılığı ilə keçirilən tədbiri açıq elan edən Azərkosmosun İdarə heyətinin sədri Saməddin Əsədov, “COP29-da Sədrliyin yüksək səviyyəli tədbirlərindən biri olan Kosmik Liderlərin Sammitində biz iqlim dəyişikliyində kosmosun qlobal ambisiyaları, fəaliyyətləri və əməkdaşlığı necə dəstəklədiyinin şahidi oluruq” deyə bildirib.

Sammitdə kosmik fəaliyyəti olan ölkələrin “İqlim fəaliyyəti üçün birgə səylər: tərəfdaşlıqlar, bilik və məlumat mübadiləsi” mövzusunda hər bir dövlətin uyğunluğunu əks etdirən bəyanatlar dinlənilib.

Bəyanatda Azərkosmos üç əsas faktorun vacibliyini vurğulayıb:

1. Kosmik agentliklər və təşkilatlar arasında birgə iqlim strategiyaları üzrə beynəlxalq tərəfdaşlığı gücləndirmək

2. BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş “Kosmik 2030 Gündəliyi”nin məqsədlərinə fəal şəkildə töhfə vermək, o cümlədən kosmik iqtisadiyyat, kosmik cəmiyyət, kosmosa əlçatanlıq və kosmik diplomatiyanı inkişaf etdirmək

3. Kosmik həlləri müəyyən etmək, monitorinq və hesabat mexanizmi yaratmaq və şəffaflığı təmin etmək

Həmçinin, bəyanatda Azərkosmos və Millətlər Birliyi təşkilatının birgə (Commonwealth) tərəfdaşlığı çərçivəsində İnkişaf etməkdə olan Kiçik Ada Dövlətlərinə dəstək məqsədilə iqlim dəyişikliyində kosmik texnologiya və coğrafi məlumatlar vasitəsilə təhlillərin aparılması üçün hazırlanmış kompleks proqram da öz əksini tapıb.

Sonda Sammitin nəticəsi olaraq 20-yə yaxın qlobal kosmik agentliyin liderləri “Kosmosa əsaslanan iqlim təşəbbüslərinin genişləndirilməsinə dair vəd sənədi”ni təsdiq etdilər. Bakıda təsdiq edilmiş bu öhdəlik sənədi növbəti COP tədbirləri üçün qlobal əməkdaşlığı, ölkələrin təcrübə mübadiləsini, iqlim dəyişikliyinin mənfi nəticələrini vaxtında və effektiv şəkildə yumşaltmağın həlledici yollarını ortaya qoyan bir sənəddir.

Sammitin gedişində NASA astronavtları Soni Viliems və Nik Heik xüsusi olaraq iqlim dəyişikliyində kosmosu vacibliyini çatdırmaq məqsədilə COP29 tədbiri üçün beynəlxalq kosmik stansiyada çəkilmiş video müraciəti nümayiş olunub. Video müraciətdə astronavtlar kosmosdan baxdıqda Planetimizin hər saniyə dəyişdiyini vurğulayıblar.

Bu Sammit kosmik sahədə rəqəmsal infrastruktur, iqlim fəaliyyəti, innovasiya, davamlılıq və qlobal əməkdaşlıq ilə dərindən inteqrasiya olunub. Kosmosun təkcə bir vasitə kimi deyil, elm, texnologiya, siyasət və fəaliyyəti birləşdirən körpü rolunu oynadığı vurğulanıb. Sammit kosmik agentliklər, beynəlxalq təşkilatlar, hökumətlər, tədqiqatçılar və özəl sektor arasında daha güclü tərəfdaşlıq qurmaq imkanı verir. Sammitdən sonra mütəxəssislərin, kosmik agentliklərin, beynəlxalq təşkilatların iştirakı ilə panel sessiyalar öz işinə başlayıb. Panellərdə yerin müşahidəsi, təbii fəlakətlərin idarə edilməsi, peyk texnologiyası və iqlim monitorinqi üçün süni intellektdən istifadəyə dair mövzuların müzakirəsi yer alıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:223
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 16 Noyabr 2024 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see319

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see316

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see309

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see276

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see271

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see264

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see259

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see255

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see252

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see244

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see227

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see225

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see223

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see222

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see220

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see219

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see213

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see208

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri