Icma.az
close
up
RU
COP29da Kosmik Agentliklərin Liderlərinin Sammiti keçirilib

COP29da Kosmik Agentliklərin Liderlərinin Sammiti keçirilib

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən COP29 çərçivəsində Kosmik Agentliklərin Liderlərinin Sammiti keçirilib.

Avtosfer.az xəbər verir ki, sammit COP29 tədbirinin “Elm, Texnologiya və İnnovasiya Günü”ndə “İqlim dəyişməsi ilə mübarizədə kosmik çağırışlar” mövzusuna həsr olunub. Sammitin məqsədi qlobal və inkişaf etməkdə olan kosmik agentliklərlə birgə kosmik texnologiyanın imkanlarının iqlim dəyişiklikliyinə necə töhfə verməsini təşviq etmək və Sammit çərçivəsində birgə atılacaq addımları formalaşdırmaqdır.

Tədbirdə beynəlxalq kosmik ictimaiyyətin 80-ə yaxın nümayəndəsi iştirak edib. Tədbirə Yaponiya, Amerika Birləşmiş Ştatları, Bəhreyn Krallığı, Braziliya, Çin, İtaliya, Norveç, Macarıstan, Səudiyyə Ərəbistanı, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniyanının kosmik agentliklərinin rəhbər heyəti, BMT-nin Kosmos Məsələləri üzrə Ofisinin (UNOOSA), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO), Beynəlxalq Astronavtika Federasiyası və Millətlər Birliyi təşkilatının rəhbərləri qatılıb.

Sammitdə qeyd olunub ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı 30 ilə yaxındır ki, dövlətləri bir amal, bir məqsəd üçün - iqlim fəaliyyətini irəlilətmək, tərəflərin fəal iştirakını təşviq etmək və iqlim dəyişmələri ilə bağlı təşəbbüsləri artırmaqdır. İqlim problemlərinin həllində kosmik fəaliyyətin əhəmiyyəti son illərdə COP tədbirlərinin gündəliyinə salınmışdır. Ötən il Birləşmiş Ərəb Əmirliklərinin Kosmik Agentliyi COP28-də ilk dəfə Kosmik Agentliklər Liderlərinin Sammitinə ev sahibliyi edib. Bu il “Azərkosmos”un təşkilatçılığı ilə keçirilən tədbiri açıq elan edən Azərkosmosun İdarə heyətinin sədri Saməddin Əsədov, “COP29-da Sədrliyin yüksək səviyyəli tədbirlərindən biri olan Kosmik Liderlərin Sammitində biz iqlim dəyişikliyində kosmosun qlobal ambisiyaları, fəaliyyətləri və əməkdaşlığı necə dəstəklədiyinin şahidi oluruq” deyə bildirib.

Sammitdə kosmik fəaliyyəti olan ölkələrin “İqlim fəaliyyəti üçün birgə səylər: tərəfdaşlıqlar, bilik və məlumat mübadiləsi” mövzusunda hər bir dövlətin uyğunluğunu əks etdirən bəyanatlar dinlənilib.

Bəyanatda “Azərkosmos” 3 əsas faktorun - Kosmik agentliklər və təşkilatlar arasında birgə iqlim strategiyaları üzrə beynəlxalq tərəfdaşlığı gücləndirmək, BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş “Kosmik 2030 Gündəliyi”nin məqsədlərinə fəal şəkildə töhfə vermək, o cümlədən kosmik iqtisadiyyat, kosmik cəmiyyət, kosmosa əlçatanlıq və kosmik diplomatiyanı inkişaf etdirmək, həmçinin kosmik həlləri müəyyən etmək, monitorinq və hesabat mexanizmi yaratmaq və şəffaflığı təmin etmək vacibliyini vurğulanıb.

Həmçinin, bəyanatda “Azərkosmos” və Millətlər Birliyi təşkilatının birgə (Commonwealth) tərəfdaşlığı çərçivəsində İnkişaf etməkdə olan Kiçik Ada Dövlətlərinə dəstək məqsədilə iqlim dəyişikliyində kosmik texnologiya və coğrafi məlumatlar vasitəsilə təhlillərin aparılması üçün hazırlanmış kompleks proqram da öz əksini tapıb.

Sonda Sammitin nəticəsi olaraq 20-yə yaxın qlobal kosmik agentliyin liderləri “Kosmosa əsaslanan iqlim təşəbbüslərinin genişləndirilməsinə dair vəd sənədi”ni təsdiq etdilər. Bakıda təsdiq edilmiş bu öhdəlik sənədi növbəti COP tədbirləri üçün qlobal əməkdaşlığı, ölkələrin təcrübə mübadiləsini, iqlim dəyişikliyinin mənfi nəticələrini vaxtında və effektiv şəkildə yumşaltmağın həlledici yollarını ortaya qoyan bir sənəddir.

Sammitin gedişində NASA astronavtları Soni Viliems və Nik Heik xüsusi olaraq iqlim dəyişikliyində kosmosu vacibliyini çatdırmaq məqsədilə COP29 tədbiri üçün beynəlxalq kosmik stansiyada çəkilmiş video müraciəti nümayiş olunub. Video müraciətdə astronavtlar kosmosdan baxdıqda Planetimizin hər saniyə dəyişdiyini vurğulayıblar.

Bu Sammit kosmik sahədə rəqəmsal infrastruktur, iqlim fəaliyyəti, innovasiya, davamlılıq və qlobal əməkdaşlıq ilə dərindən inteqrasiya olunub. Kosmosun təkcə bir vasitə kimi deyil, elm, texnologiya, siyasət və fəaliyyəti birləşdirən körpü rolunu oynadığı vurğulanıb. Sammit kosmik agentliklər, beynəlxalq təşkilatlar, hökumətlər, tədqiqatçılar və özəl sektor arasında daha güclü tərəfdaşlıq qurmaq imkanı verir. Sammitdən sonra mütəxəssislərin, kosmik agentliklərin, beynəlxalq təşkilatların iştirakı ilə panel sessiyalar öz işinə başlayıb. Panellərdə yerin müşahidəsi, təbii fəlakətlərin idarə edilməsi, peyk texnologiyası və iqlim monitorinqi üçün süni intellektdən istifadəyə dair mövzuların müzakirəsi yer alıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:212
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 16 Noyabr 2024 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see320

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see310

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see256

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see256

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see243

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see243

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see240

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see237

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see230

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see228

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see227

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see223

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see217

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see214

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see214

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see204

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see201

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see199

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri