COP29da Xəzəryanı dövlətlər arasında ekoloji əməkdaşlığın gücləndirilməsi müzakirə olunub Xəbər saytı Son xəbərlər və Hadisələr
Icma.az, Baku.ws saytına istinadən bildirir.
Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) doqquzuncu günündə Yaşıl Zonada "Xəzər dənizi və davamlı inkişaf: Ətraf mühitin mühafizəsi" tədbiri baş tutub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil edilən tədbir Xəzər hövzəsinin təbii irsinin qorunub-saxlanmasına və Xəzəryanı dövlətlər arasında ekoloji əməkdaşlığın gücləndirilməsinə həsr olunub.
Məruzə ilə çıxış edən şəxslər ictimai ekoloji məsuliyyəti təşviq etməklə regionun ekoloji problemlərinin həllinə yönəlik fəaliyyətin effektivliyini önə çəkiblər.
Müzakirələrdə Xəzər dənizinin mühafizəsi və regionda ekoloji ittifaqın formalaşdırılması üçün innovativ yanaşmalar, birgə ekoloji strategiyalar və xüsusilə Rusiya, Qazaxıstan, Türkmənistan və Azərbaycan arasında əməkdaşlıq mövzularına diqqət yetirilib.
Qalereya
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 19 Noyabr 2024 14:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















