Icma.az
close
up
RU

COP29da “Yaşıl gələcək naminə insan kapitalının inkişaf etdirilməsi” adlı panel sessiyası keçirilib

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda keçirilməkdə olan COP29 beynəlxalq iqlim konfransı çərçivəsində COP29 Mavi Zona ilə yanaşı COP29 Sədrliyi tərəfindən təşkil və idarə olunan müxtəlif iştirakçıların öz baxışlarını bölüşə bildiyi dinamik platforma Yaşıl Zonada da silsilə tədbirlər davam edir. Noyabrın 18-də Yaşıl Zonada COP29 Azərbaycan Əməliyyat Şirkəti və COP29-un Sinerji tərəfdaşı “NEQSOL Holding” tərəfindən birgə panel sessiyası keçirilib.

APA xəbər verir ki, “Yaşıl gələcək naminə insan kapitalının inkişaf etdirilməsi” mövzusunda keçirilən panel müzakirəsində dayanıqlı, aşağı karbonlu gələcəyin qurulmasında insan kapitalının, xüsusilə də uşaqların və gənclərin rolu müzakirə olunub. KPMG-nin Qlobal Dekarbonizasiya Mərkəzinin meneceri Avri Constonun moderatorluğu ilə baş tutan panel müzakirəsində Finlandiyanın 11-ci prezidenti (2000-2012) Tarja Kaarina Halonen, İnkişaf və Diplomatiya İnstitutunun (İDİ) direktoru, ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə, UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə iqlim dəyişmələri ilə bağlı regional məsləhətçisi Maria Osbek və “NEQSOL Holding Azərbaycan”ın rəhbəri İmran Əhmədzadə iştirak ediblər.
Çıxış edən panel iştirakçıları bildiriblər ki, iqlim dəyişikliyi ilə indiyə qədər qeydə alınmamış çətinliklər və problemlər meydana çıxdığı üçün innovativ həllərin irəli sürülməsi və dayanıqlı iqtisadiyyatların dəstəklənməsi naminə gələcək nəslin lazımi bilik və bacarıqlara, ekoloji düşüncə tərzinə yiyələnməsi vacibdir. Qeyd olunub ki, təhsilə və potensialın yaradılmasına diqqət yetirməklə gəncləri dayanıqlı gələcəyə töhfə vermək və yaşıl inkişafa keçid prosesində liderliyə hazırlamaq mümkündür.
Panelistlər yaşıl bacarıqların təşviqi, yaşıl iqtisadiyyatların yaradılması və dayanıqlı, inklüziv insan kapitalının artırılması üçün hökumətlər, təşkilatlar və özəl sektor arasında əməkdaşlığı təşviq etmək strategiyalarını müzakirə ediblər.
“NEQSOL Holding” ilə birgə COP29 Azərbaycan Əməliyyat Şirkətinin təşkil etdiyi bu tədbirlə yanaşı, COP29 Yaşıl Zonada gün ərzində digər yerli, xarici şirkət və qurumların təşkilatçılığı ilə də müxtəlif tədbirlər baş tutub. Bu tədbirlərdə ali təhsil müəssisələrində dayanıqlılığın təşviqi strategiyaları, iqlim dəyişmələrinin insan kapitalına təsiri, ekoloji cəhətdən dayanıqlı iş yerlərinin yaradılması, iqlim problemlərinin həlli üzrə maliyyə institutları və real sektor şirkətləri arasında təcrübə mübadiləsi, iqlim dəyişmələrinin psixi və fiziki sağlamlığa təsirləri kimi mövzular ətrafında fikir mübadilələri aparılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://apa.az
archiveBu xəbər 18 Noyabr 2024 19:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2018

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see236

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see198

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see178

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see155

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see146

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see144

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see143

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see138

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see134

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see133

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see130

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see130

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see128

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see128

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see127

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see127

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see126

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri