Icma.az
close
up
RU
COP29da “Yaşıl gələcək naminə insan kapitalının inkişaf etdirilməsi” adlı panel sessiyası KEÇİRİLDİ FOTO

COP29da “Yaşıl gələcək naminə insan kapitalının inkişaf etdirilməsi” adlı panel sessiyası KEÇİRİLDİ FOTO

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda keçirilməkdə olan COP29 beynəlxalq iqlim konfransı çərçivəsində COP29 Mavi Zona ilə yanaşı COP29 Sədrliyi tərəfindən təşkil və idarə olunan müxtəlif iştirakçıların öz baxışlarını bölüşə bildiyi dinamik platforma Yaşıl Zonada da silsilə tədbirlər davam edir. Noyabrın 18-də Yaşıl Zonada COP29 Azərbaycan Əməliyyat Şirkəti və COP29-un Sinerji tərəfdaşı “NEQSOL Holding” tərəfindən birgə panel sessiyası keçirilib.
Bizim.Media xəbər verir ki, “Yaşıl gələcək naminə insan kapitalının inkişaf etdirilməsi” mövzusunda keçirilən panel müzakirəsində dayanıqlı, aşağı karbonlu gələcəyin qurulmasında insan kapitalının, xüsusilə də uşaqların və gənclərin rolu müzakirə olunub.
KPMG-nin Qlobal Dekarbonizasiya Mərkəzinin meneceri Avri Constonun moderatorluğu ilə baş tutan panel müzakirəsində Finlandiyanın 11-ci prezidenti (2000-2012) Tarja Kaarina Halonen, İnkişaf və Diplomatiya İnstitutunun (İDİ) direktoru, ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə, UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə iqlim dəyişmələri ilə bağlı regional məsləhətçisi Maria Osbek və “NEQSOL Holding Azərbaycan”ın rəhbəri İmran Əhmədzadə iştirak ediblər.
 

Çıxış edən panel iştirakçıları bildiriblər ki, iqlim dəyişikliyi ilə indiyə qədər qeydə alınmamış çətinliklər və problemlər meydana çıxdığı üçün innovativ həllərin irəli sürülməsi və dayanıqlı iqtisadiyyatların dəstəklənməsi naminə gələcək nəslin lazımi bilik və bacarıqlara, ekoloji düşüncə tərzinə yiyələnməsi vacibdir. Qeyd olunub ki, təhsilə və potensialın yaradılmasına diqqət yetirməklə gəncləri dayanıqlı gələcəyə töhfə vermək və yaşıl inkişafa keçid prosesində liderliyə hazırlamaq mümkündür.


Panelistlər yaşıl bacarıqların təşviqi, yaşıl iqtisadiyyatların yaradılması və dayanıqlı, inklüziv insan kapitalının artırılması üçün hökumətlər, təşkilatlar və özəl sektor arasında əməkdaşlığı təşviq etmək strategiyalarını müzakirə ediblər.
“NEQSOL Holding” ilə birgə COP29 Azərbaycan Əməliyyat Şirkətinin təşkil etdiyi bu tədbirlə yanaşı, COP29 Yaşıl Zonada gün ərzində digər yerli, xarici şirkət və qurumların təşkilatçılığı ilə də müxtəlif tədbirlər baş tutub. Bu tədbirlərdə ali təhsil müəssisələrində dayanıqlılığın təşviqi strategiyaları, iqlim dəyişmələrinin insan kapitalına təsiri, ekoloji cəhətdən dayanıqlı iş yerlərinin yaradılması, iqlim problemlərinin həlli üzrə maliyyə institutları və real sektor şirkətləri arasında təcrübə mübadiləsi, iqlim dəyişmələrinin psixi və fiziki sağlamlığa təsirləri kimi mövzular ətrafında fikir mübadilələri aparılıb.


Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://bizim.media
archiveBu xəbər 18 Noyabr 2024 20:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see366

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see257

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see217

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see203

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see189

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see173

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see144

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see142

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see138

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see135

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see125

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri