Icma.az
close
up
RU
COP29dakı tarix razılaşma təhlükəsiz gələcək uğrunda cəsarətli öhdəlikdir Ekspert rəyi AZƏRTAC

COP29dakı tarix razılaşma təhlükəsiz gələcək uğrunda cəsarətli öhdəlikdir Ekspert rəyi AZƏRTAC

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 24 noyabr, AZƏRTAC

Təzyiqlərə və təsirlərə baxmayaraq Azərbaycanın rəhbərliyi ilə COP29 Sədrliyi Paris İqlim Razılaşmasının 6-cı bəndinin bütün müddəaları üzrə tarixi razılıq əldə edib. Bu tarixi razılaşmanı və ümumilikdə COP29-u irəliyə, sabit gələcəyə doğru məsuliyyətli addım, təhlükəsiz gələcəyi qurmaq uğrunda cəsarətli öhdəlik adlandıra bilərik.

Bu fikri AZƏRTAC-a açıqlamasında Beynəlxalq münasibətlər üzrə ekspert Yeganə Hacıyeva bildirib.

O qeyd edib ki, Bakıda keçirilən COP29-da əldə edilən tarixi razılaşmaya əsasən, inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə 2035-ci ilə qədər iqlim dəyişikliyi ilə mübarizədə dəstək vermək üçün hər il 300 milyard dollar öhdəlik götürüblər.

Bu öhdəlik temperaturun sürətlə yüksəlməsi ilə mübarizə çərçivəsində inkişaf etmiş ölkələrin mövcud vəsaiti üç dəfə artırmasıdır. 2035-ci ilə qədər müxtəlif mənbələrdən, o cümlədən hökumət maliyyəsi, ikitərəfli və çoxtərəfli müqavilələr hesabına hər il ən azı 300 milyard dollar ayırmaq öhdəliyi götürülüb.

“COP29-da əldə edilən tarixi razılaşmanı iqlim dəyişikliyinin dağıdıcı təsirlərini azaltmaq, daha davamlı dünya qurmaq uğrunda paylaşdığımız qlobal məsuliyyətin güclü bir xatırlatması kimi qəbul etmək lazımdır. Etiraf etməliyik ki, tələb edilən 1,3 trilyon ABŞ dolları məbləğində vəsaitin əvəzinə 300 milyard ayrılması iştirakçı tərəflərin tam da arzuladığı nəticə deyil. Ancaq bu razılaşmanı 2035-ci ilə qədər uğurlu nəticəyə - 1,3 trilyon məbləğində iqlim maliyyəsi hədəfinə çatmaq üçün yolun başlanğıcı kimi qəbul etməliyik. Əldə edilmiş tarixi razılaşma iqlim dəyişikliyinin təsirinin, fəsadlarının aradan qaldırılması üçün hərəkətə, hesabatlılığa və davamlı səylərə çağırış kimi qiymətləndirilməlidir. Bu qlobal əməkdaşlıq daha təmiz enerji həlləri və hamıya fayda verən inklüziv inkişaf üçün mühüm təməldir”, - deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, bu prosesdə vacib təşəbbüslərindən biri sayılan iqlim maliyyəsinin şəffaf idarə olunması məqsədilə “İqlim Maliyyəsi, İnvestisiya və Ticarət üzrə Bakı Təşəbbüsü” adlanan mexanizm - BICFIT formalaşdı. Bu mexanizm çoxtərəfli iştirakçılıq dialoqunun təmin olunması ilə iqlim maliyyəsi, investisiya və ticarətinin, milli, regional və subregional platformaların inkişafı üçün qlobal çoxtərəfli tərəfdaşlıq qurulmasını özündə ehtiva edir. Platforma inkişaf etməkdə olan iştirakçı tərəflərə ikiillik şəffaflıq hesabatlarının hazırlanmasında və təqdim edilməsində dəstək verəcək. Təkmilləşdirilmiş Şəffaflıq Çərçivəsinin bütün spektri üzrə bütün tərəflər arasında əməkdaşlığı və bilik mübadiləsini təşviq edəcək. Ehtiyac duyulan yerlərdə belə bir potensialın yaradılması üçün resursları daha yaxşı səfərbər edəcək. BICFIT, həmçinin iqlim davamlılığının artırılması və emissiyaların azaldılması, ekoloji cəhətdən təmiz məhsul və xidmətlərin əldə olunması üçün təkmilləşdirilmiş ticarət siyasətinin aparılmasına xidmət edəcək iş yerlərinin yaradılması və həssas qruplar da daxil olmaqla iqlim maliyyəsinə bərabər çıxışın təmin edilməsi ilə ədalətli keçidə nail olmağı hədəfləyir.

Yeganə Hacıyeva diqqətə çatdırıb ki, Azərbaycanda iki həftəlik COP29 sammitinin sonunda əldə edilən tarixi razılaşma tərəflər arasında gərgin, hətta bəzən açıq-aşkar ədalətsiz şərtlərlə aparılan danışıqların nəticəsində əldə olundu.

“Prosesi ilk gündən izləyən biri kimi qeyd edim ki, qlobal iqlim əməkdaşlığı prosesin bundan sonra ekzistensial sualların ağırlığı altında irəliləyəcəyi qənaətindəyəm. Lakin, Bakıda əldə olunmuş tarixi razılaşma dövrümüzün ən aktual problemlərindən birinin həllində kollektiv fəaliyyətin gücünü vurğuladı. Keçən illərin acı təcrübələrini nəzərə alaraq, COP29-da əldə olunmuş tarixi razılaşma üzrə öhdəliklərin real, ölçülə bilən nəticələrə çevrilməsinin iştirakçı ölkələr tərəfindən təmin olunmasına çalışmaq vacibdir, çünki hamımızın evi olan planetimizin gələcəyi bundan birbaşa asılıdır.

Azərbaycanın rəhbərliyində COP29-da əldə olunan nəticələr gələcək illərdə davamlı tərəqqi və daha güclü iqlim fəaliyyətinə ümid verir, ətraf mühit problemləri ilə mübarizədə vacib həllər hazırlayır. Əldə olunmuş razılaşma prosesindəki bütün çətinliklərə, tərəflərə edilən kənar təzyiq və təhriklərlə şərtləndirilən fikir ayrılıqlarına baxmayaraq, COP29 iqlim problemləri qarşısında qlobal əməkdaşlığın presidentsiz nümunəsi kimi tarixdə düşdü”, - deyə ekspert bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Noyabr 2024 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri