Icma.az
close
up
RU
Mədəni irsin qorunması beynəlxalq öhdəlikdir

Mədəni irsin qorunması beynəlxalq öhdəlikdir

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

1954-cü il Haaqa Konvensiyası və onun 1999-cu il İkinci Protokolu silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunmasını dövlətlərin üzərinə öhdəlik kimi qoyur. İşğal olunmuş ərazilərdə mədəni sərvətlərin dağıdılması, qanunsuz daşınması və ya məqsədli şəkildə dəyişdirilməsi beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır. UNESCO-nun müvafiq sənədlərində də mədəni irsin qəsdən məhv edilməsinin insan ləyaqətinə, fundamental hüquqlara və bəşəri dəyərlərə ciddi zərbə vurduğu xüsusi vurğulanır.

Tarixin müxtəlif mərhələlərində mədəni irsə qarşı yönəlmiş dağıdıcı fəaliyyətlər heç vaxt yalnız maddi obyektlərin məhv edilməsi ilə məhdudlaşmamış, eyni zamanda xalqların yaddaşına, kimliyinə və tarixi varisliyinə qarşı kobud müdaxilə forması kimi təzahür etmişdir.
Azərbaycan da uzun illər ərzində belə bir vandalizmlə üzləşib. Burada söhbət təsadüfi hadisələrdən deyil, ardıcıl və məqsədyönlü xarakter daşıyan, tarixi izlərin silinməsinə yönəlmiş sistemli yanaşmadan gedir.

Tarixi təcrübə göstərir ki, bu proseslər ayrı-ayrı mərhələlərdə deyil, uzun zaman kəsiyində davam etmişdir. XX əsrin əvvəllərindən başlayaraq müxtəlif dövrlərdə zorakılıqlar, deportasiyalar və işğal siyasəti nəticəsində milli – mədəni irsimizə ağır zərbələr vurulmuş, bu zərərin miqyası xüsusilə işğal dövründə daha geniş xarakter almışdır. Buna görə məsələ yalnız keçmişin faciəsi kimi deyil, həm də gələcəyin təhlükəsizliyi baxımından qiymətləndirilməlidir.

Tarixi-mədəni irs nümunələrinin dağıdılması, mənimsənilməsi və ya kimliyinin dəyişdirilməsi təkcə fiziki destruksiya deyil, həm də kollektiv yaddaşın zəiflədilməsi, tarixi həqiqətlərin təhrif olunması və saxta təsəvvürlərin formalaşdırılması cəhdidir. Azərbaycan xalqının əsrlər boyu yaşadığı coğrafiyalarda mövcudluğunu təsdiqləyən maddi və mənəvi sübutların dağıdılması həmin ərazilərin tarixinin təhrif olunaraq yenidən yozulmasına xidmət edən məkrli siyasi xəttin tərkib hissəsi olmuşdur.
Məscidlərin, türbələrin, qəbiristanlıqların və digər müqəddəs məkanların dağıdılması və təhqir edilməsi bu siyasətin ən ağır təzahürlərindən biridir. İbadət yerləri və xatirə məkanları sadəcə daş və divarlardan ibarət tikili deyil, onlar nəsillərarası bağlılığın, mənəvi yaddaşın və milli kimliyin daşıyıcılarıdır. Belə tikililərə qarşı vandalizm əməlləri yalnız memarlıq nümunələrinə qarşı zorakılıq deyil, həm də bir xalqın dini inanclarına, mənəvi dəyərlərinə və tarixi varlığına qarşı yönəlmiş bir hücumdur.

Mədəni irsin kimliyinin dəyişdirilməsi, başqa mənsubiyyət altında təqdim olunması və tarixi aidiyyatın inkar edilməsi də eyni dərəcədə təhlükəli tendensiyadır. Bu halda abidənin yalnız fiziki siması deyil, onun tarixi mahiyyəti və mənəvi məzmunu da dəyişdirilir. Toponimlərin dəyişdirilməsi, qədim yaşayış məskənlərinin adlarının silinməsi, tarixi yaddaşın coğrafi əsaslarının zəiflədilməsi də həmin siyasətin mühüm istiqamətlərindən biri olmuşdur.

Müxtəlif dövrlərdə Azərbaycanın mədəni irsi sistemli şəkildə hədəfə alınmış, muzey fondları, arxiv materialları, kitabxana resursları və digər mədəni sərvətlər məhv edilmiş və talan olunmuşdur. Mədəni dəyərlərin ölkə hüdudlarından kənara çıxarılması, satışa çıxarılması və ya başqa mənsubiyyət altında təqdim edilməsi beynəlxalq hüquqda tanınmış qoruma prinsiplərinin açıq şəkildə pozulması deməkdir.

Mədəni irsə qarşı törədilən vandalizm bu gün beynəlxalq təhlükəsizlik və sülh gündəliyinin mühüm tərkib hissəsi olmalıdır. Cəzasızlıq mühiti belə halların yenidən təkrarlanması riskini artırır, regionda davamlı sülhün və qarşılıqlı etimadın formalaşmasına mane olur. Buna görə də mədəni irsin qəsdən məhv edilməsinə hüquqi və siyasi qiymətin verilməsi yalnız tarixi ədalətin bərpası deyil, həm də gələcək nəsillərin yaddaşının, mənəvi dəyərlərinin və sülh perspektivinin qorunması baxımından strateji əhəmiyyət daşıyır.

Cavanşir Feyziyev

Milli Məclisin deputatı

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 27 Aprel 2026 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see349

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see280

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see267

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see266

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see264

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see255

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see254

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see253

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see250

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see247

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see235

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see233

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see226

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see224

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see222

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see219

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see201

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see198

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see196

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri