Icma.az
close
up
RU
COP29un Azərbaycanda keçirilməməsi üçün çağırış, boykot edənlər son gün özləri də iştirakçı oldular

COP29un Azərbaycanda keçirilməməsi üçün çağırış, boykot edənlər son gün özləri də iştirakçı oldular

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“COP29 ərəfəsində dünya ABŞ və Avropa İttifaqının, Qərbin məsuliyyətdən yayınmaq üçün məsələni siyasiləşdirmək, yeni maliyyə hədəfinin müəyyən edilməməsi üçün süni maneələr yaratmaq cəhdlərinin şahidi oldu. Dünya Qərbin ikiüzlülüyünü gördü və sübut etdi ki, beynəlxalq birlik ancaq onlardan ibarət deyil. Belə ki, COP28-də COP29-a ev sahibliyi müzakirə olunanda ABŞ və Avropa İttifaqına daxil ölkələr də yekdilliklə Azərbaycanı dəstəkləmişdilər. Onlar az zaman qaldığından Azərbaycanın bu yükün altından çıxa bilməyəcəyini və tədbirin baş tutmayacağını hesab edirdilər”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov danışıb. Deputat qeyd edib ki, dövlət başçısı İlham Əliyevin tapşırığı ilə dərhal təşkilat komitəsi yaradıldı və Azərbaycan COP 29-a qısa zaman kəsiyində hazır oldu.

Azər Badamov

“ABŞ, Aİ və Avropa Komissiyası qısa zaman kəsiyində belə bir mötəbər tədbirə Azərbaycanın hazır olmasını həzm edə bilmədilər. Ona görə də ölkəmizə qarşı siyasi təzyiq kampaniyalarına başladılar. Hətta özləri COP29-da iştirak etməkdən yayındılar. Təbii ki, bu da onların Azərbaycana qarşı apardıqları qərəzli kampaniyaların iflası demək idi. Azərbaycana 80-dən çox dövlət və hökumət başçısının gəlməsi, 76 mindən çox nümayəndənin qeydiyyatdan keçməsi onlar üçün pis xəbər oldu. İki həftəyə yaxın bir müddətdə Bakı dünyanın mərkəzinə çevrildi. Ölkəmizə gələn bütün qonaqlar tədbirin təşkil olunması səviyyəsindən çox məmnun qaldılar. COP29-üçün müəyyən etdiyimiz hədəflər icra olundu. Dünya ictimaiyyəti 300 milyard dollarlıq iqlim maliyyəsinin yaradılması ilə bağlı konsensusa gəldi və 2035-ci ilə qədər bu maliyyənin artırılması hədəfləndi”-deyən deputat vurğulayıb ki, tədbirin son günüdə Qərbin nümayəndələri də peyda olundular və ümumi razılığa gəlinmiş məbləğə imza atmağa məcbur oldular.

“Bütün dünya bir daha gördü ki, COP29 ərəfəsində Azərbaycana qarşı aparılan siyasi kampaniyalar qərəzin və riyakarlığın göstəricisi idi”-deyən deputat Azər Badamov qeyd edib ki, Azərbaycan COP29 konfransının yüksək səviyyədə təşkil edilməsi, Azərbaycanın beynəlxalq tədbirləri yüksək səviyyədə keçirə bilmək bacarığını bir daha sübut etdi.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 25 Noyabr 2024 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri