Icma.az
close
up
RU
COP29un Azərbaycanda keçirilməsi böyük tarixi hadisədir: Şalva Papuaşvili

COP29un Azərbaycanda keçirilməsi böyük tarixi hadisədir: Şalva Papuaşvili

COP29 kimi mötəbər beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi böyük tarixi hadisədir. Bu, eyni zamanda, Azərbaycanın dünyada yüksək nüfuzunun göstəricisidir.

Gununsesi.info xəbər verir ki, bu sözləri Azərtac-a müsahibəsində Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili söyləyib.

Onun sözlərinə görə, bu, eyni zamanda, Azərbaycanın beynəlxalq tədbirləri keçirməkdə böyük təcrübəsinin olduğunu nümayiş etdirir.

“Mən Azərbaycana COP29-u yüksək səviyyədə və uğurla keçirməsini arzu edirəm. Bakıda olarkən müxtəlif məkanlarda bu böyük tədbirə hazırlıq işlərinin necə getdiyini gördüm. Ona görə də, əminəm ki, bu konfrans ən yüksək səviyyədə keçiriləcək və tarixə həkk olunacaq”, – deyən Ş.Papuaşvili bu işdə Azərbaycana uğurlar arzulayıb.

Gununsesi.info

seeBaxış sayı:52
embedMənbə:https://www.gununsesi.info
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri