Icma.az
close
up
RU
COP29un Bakıda keçirilməsi tarixi hadisədir

COP29un Bakıda keçirilməsi tarixi hadisədir

Newscenter.az saytına istinadən Icma.az xəbər verir.


Bu gün paytaxt Bakıda dünyanın ən mötəbər tədbirlərindən birinə start verildi. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu Sessiyası öz işinə başladı. Dünyanın gözü Bakıda - Azərbaycanın ev sahibliyi etdiyi COP29-dadır. 11 gün davam edəcək beynəlxalq səviyyəli tədbirdə iştirak etmək üçün 100-dən çox ölkənin nümayəndələri Azərbaycana gəlib. Belə nüfuzlu qlobal tədbirə ev sahibliyi etməyimiz bütün müstəvilərdə bizim böyük uğurumuzdur. Bəşəriyyətin bu günü və gələcək taleyi ilə bağlı həlledici qərarların verilməsi üçün dünyanın siyasi elitası, elmi camiəsi, iqlim diplomatiyasının aparıcı qüvvələri Bakıda bir araya gəlir. COP29-da iştirak etmək üçün ölkəmizə səfərə gələn çoxsaylı dövlət və hökumət başçıları, nazirlər, ictimai-siyasi xadimlər, elm adamları, QHT nümayəndələri, media təmsilçiləri Azərbaycanın bu tədbirin təşkilatçılığına necə yüksək məsuliyyətlə yanaşdığının şahidi olurlar. Azərbaycanın ev sahibliyi etdiyi COP29 – BMT İqlim Dəyişiklikləri üzrə Konfransında dünyanın hər yerindən 60-80 min civarında nümayəndələrin, qonaqların toplaşması olduqca aktual bir mərama xidmət edir. Söhbət qlobal iqlim dəyişikliyi ilə qlobal müstəvidə mübarizənin təşkil olunmasından gedir.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir. İqlim dəyişmələri və bu dəyişmələrin doğurduğu qlobal fəsadlar həm ayrı-ayrı ölkələr üçün, həm də bütün bəşəriyyət üçün real təhlükəyə çevrilir. Başqa sözlə desək, iqlim dəyişmələri gələcəyin ekzistensial problemi deyil, bu problem, bu təhlükə bu gün artıq mövcuddur və hamımızı təhdid edir. Ona görə də COP29 bütün insanlığın xilası üçün bir fürsətdir. Bakı COP-u da məhz iqlim dəyişikliklərinə qarşı səmərəli mübarizənin təşkili üçün qlobal həmrəyliyi, beynəlxalq əməkdaşlığı gücləndirmək məqsədini güdür. Bu gün Azərbaycan paytaxtı qlobal həmrəyliyin mərkəzinə çevrilib.
COP29-un Bakıda keçirilməsi ölkəmizin qlobal səviyyədə iqlim problemlərinin həllində aparıcı rol oynamağa hazır olduğunu göstərir. Prezident İlham Əliyevin uğurlu siyasi xətti və diplomatiyası ölkəmizi BMT səviyyəsində tədbirlərə ev sahibliyi edə biləcək mərhələyə yüksəldib. COP29-un Azərbaycanda keçirilməsi qərarı dünya birliyinin ölkəmizə qarşı yüksək etimadının göstəricisidir. Azərbaycan bu tədbir çərçivəsində beynəlxalq iqlim maliyyəsinin daha geniş əsaslara keçməsi üçün maliyyə dəstəyinin daha da artırılmasını və iqlim layihələrinə yeni sərmayə mənbələrinin cəlb olunmasını təşviq edəcək. Bu kontekstdə COP29-un əsas maliyyə hədəfləri, inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyinin təsirlərinə qarşı dayanıqlıq qabiliyyətlərini artırmaq üçün yeni maliyyə mexanizmləri yaratmaq və mövcud maliyyə dəstəyini genişləndirməkdir. Bakıda atılacaq addımlar iqlim dəyişikliyi ilə bağlı mübarizənin genişlənməsi üçün çox vacibdir. Bu konfransda qlobal iqlim dəyişikliyinə qarşı birgə mübarizə məqsədilə qəbul ediləcək qərarlar və Bakı Bəyannaməsi qarşıdakı illərdə bütün dünya üçün “yol xəritəsi” rolunu oynayacaq. Bakı COP-u qonaqların yaddaşında yüksək təəssüratlar, xoş izlər buraxmaqla yanaşı, bəşəriyyətin təhlükəsiz gələcəyi üçün ümidləri imkanlara çevirəcək.
Anti-Azərbaycan qüvvələrin və onların ölkəmizdəki “lakey”lərinin COP29 ərəfəsində ölkəmizə qarşı apardığı çirkin kampaniyalar da iflasa uğrayacaq. Tədbirdə iştirak edən çoxsaylı xarici qonaqlar qarşıdakı 10-12 gün ərzində ölkəmizin reallıqları və uğurları ilə yaxından tanış olmaqla, anti-Azərbaycan qüvvələrin apardığı təbliğatın qərəzli və yanlış olduğunu öz gözləri ilə əyani surətdə görəcəklər. COP29-un yaratdığı imkanlar sayəsində dünya birliyi Azərbaycanı yaxından tanıyacaq. BMT-nin himayəçilik etdiyi COP29-un Bakıda keçirilməsi gerçəkdən də tarixi hadisədir. Biz COP29-a ev sahibliyi edən ölkəmizə uğurlar diləyirik. Xeyirli-uğurlu olsun!
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 11 Noyabr 2024 21:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see291

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see287

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see272

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see267

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see266

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see265

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see260

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see254

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see252

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see242

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see233

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see229

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see228

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see226

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see220

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see214

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see213

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see210

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see207

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri