Icma.az
close
up
RU
COP29un ölkəmizdə keçirilməsinin əhəmiyyəti nədir?

COP29un ölkəmizdə keçirilməsinin əhəmiyyəti nədir?

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, bu gün ölkəmiz COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi edir.

COP29-un ölkəmizdə elan olunmuş "Yaşıl dünya naminə həmrəylik ili"ndə keçirilməsi Azərbaycanın ekologiya sahəsində qazandığı uğurların göstəricisidir.

Bəs COP29-un Bakıda keçirilməsinin əhəmiyyəti nədir?

Mövzu ilə bağlı "Cebheinfo.az"a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib ki, Azərbaycan COP29 tədbirinə ev sahibliyi etməklə dünyanın ekoloji problemlərinin həllində maraqlı olduğunu təsdiq edir.

Deputat qeyd edib ki, Azərbaycanın tədbirə ev sahibliyi etməsi, ölkənin ekoloji problemlərlə mübarizədə qlobal səylərə verdiyi töhfəni artırmaq və regional lider kimi mövqeyini gücləndirmək məqsədi daşıyır:

“Bu gün Bakıda öz işinə başlayan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ev sahibi olaraq Azərbaycanın iqlim dəyişikliyi ilə bağlı ciddi tədbirlər görmək istəyini və qarşıya qoyduğu perspektivləri nümayiş etdirir.

COP29 Azərbaycanın yox, bütün dünyanın ekoloji, iqlim dəyişmələri ilə bağlı artıq həyəcan təbili çalınan problemlərini müzakirə etmək üçün toplanır. İndiyədək 28 dəfə bu tədbir baş tutub, ancaq dünyanı xilas etmək üçün atılan addımların kifayət etmədiyi üzə çıxır. 

Azərbaycan uzun illərdir ki, “yaşıl enerji”nin tətbiqi sahəsində kifayət qədər irəliləyişlər əldə edib və bu istiqamətdə müxtəlif platformalarda fəaliyyətini, təbliğatını genişləndirib. 

Dünyanın bəzi olkələri bəşəriyyəti narahat edən iqlim dəyişmələrini həll etmək, təşəbbüskar ölkələrin fəaliyyətinə dəstək olmaq əvəzinə tədbirə siyasi don geyindirməyə çalışır, əsasən ona mane olmağa can atırlar. Burada həmin dövlətlərin maraqları var. 

İstəmirlər ki, Azərbaycan kimi nüfuzlu ölkənin beynəlxalq maraq kəsb edən təklifləri dəstək qazansın, həyata vəsiqə əldə etsin.

Azərbaycan neft ölkəsi olmasına baxmayaraq həm də aqrar sektorun inkişafında, “yaşıl enerji”yə keçiddə uğurlar qazanıb".

Deputat əlavə edib ki, Azərbaycan hökuməti, istixana qazı emissiyalarını 2030-cu ilədək 35, 2050-ci ilə qədər isə 40 faiz azaltmaq öhdəliyini götürüb:

"Bu öhdəlik Paris Sazişinə (Paris Sazişi12 dekabr 2015-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin 21-ci konfransında qəbul olunub) uyğun olaraq yerinə yetiriləcəkdir. 

COP29 konfransı zamanı, Azərbaycan öz zəngin mədəni irsini və təbii gözəlliklərini nümayiş etdirməklə yanaşı, ekoloji dayanıqlılıq və “yaşıl texnologiya”ların inkişafı istiqamətində öz səylərini də dünya ictimaiyyətinə təqdim edəcək. Bütün bunlar ölkəmizin COP29-da ətraf mühitin dayanıqlılığı üçün vacib olan müzakirələrin və tədbirlərin həyata keçirilməsində maraqlı olmasından xəbər verir. 

Qətiyyətlə demək olar ki, COP29 konfransı Azərbaycanın beynəlxalq arenada mövqeyini gücləndirəcək”.

Əfsanə Rəcəb
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Noyabr 2024 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see402

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see372

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see359

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see300

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see282

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see254

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see253

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see240

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see230

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see224

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see218

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see217

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see203

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see195

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see173

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see172

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see172

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri