Icma.az
close
up
RU
Menu

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Qol vurdu, “ən yaxşı” oldu

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

Yaponiyada ayı xarici turistə hücum ETDİ

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

E vitamini ilə zəngin 5 məhsul

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

COP29un geosiyasi və siyasitarixi əhəmiyyəti

COP29un geosiyasi və siyasitarixi əhəmiyyəti

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

IV məqalə

Diplomatiyaya həddən çox arxalanmaq səhv ola bilər. Kifayət qədər vasitə olmadan yalnız gücə arxayın olmaq intihar deməkdir.

Henri KİSSİNCER

Meqalayihələr və azad ticarət

Azərbaycan regional və regionlararası miqyasda unikal layihələrin təşəbbüskarıdır. Buraya yalnız enerji layihələri daxil deyil. Müxtəlif sferları əhatə edən və faktiki olaraq “meqalayihə” (“nəhəng layihə”) adlanan əməkdaşlıq platformaları meydana gəlmişdir. Özlüyündə bu proses birbaşa iqlim dəyişikliyinə və çox sayda ölkənin harmonik inkişafa nail olmasına aiddir.

Meqalayihələr real olaraq həm proteksionizmi aradan qaldırır, həm də azad ticarət üsulu ilə fərqli inkişaf tempinə malik dövlətlərin tərəqqisini ortaq ritmə gətirir. Məlumdur ki, son illər ABŞ ilə Çin arasında əsas mübarizə məsələlərindən biri iqtisadi və ticari proteksionizmdir. Böyük və güclü dövlətlər idxal və ixraca bir sıra məhdudiyyətlər və süni şərtlər qoymaqla rəqib hesab etdikləri dövlətlərin inkişafına əngəllər yaradırlar. Sadə tərzdə desək, onlar bununla yalnız öz şəxsi maraqlarını təmin etməyə çalışırlar. Bu da, bütövlükdə, dünyada həm inkişafı qeyri-stabil edir, onu fraqmentləşdirir, həm də ümumdünya miqyasında ekoloji mənzərəyə nəzarət etmək imkanı əldən çıxır.

Əgər dünyanın bütün regionları arasında bir-birinə uyğun olan inkişaf dinamikası mövcud olmasa, sözün həqiqi mənasında, ekoloji situasiyanı qalıcı olaraq nəzarətdə saxlamaq imkanı əldən verilmiş olacaq. Eyni zamanda, sağlam ticarət platforması yaradılmayanda ekoloji mühitin qanunsuz yollarla çirkləndirilməsi və deməli, atmosferə zərərli maddələrin atılması sürətlə çoxalır. Qəribə də olsa, hətta ən müasir texnologiyalara əsaslanan və rəqəmsallıqla sıx bağlı olan sahələrdə mühitin çirklənməsi baş verir. Bir sıra hesablamalara görə, elektron tullantılar başqa növ maddələrdən daha sürətlə ətraf mühiti çirkləndirirlər.

Bunlar onu göstərir ki, ticarətin təşkili və onun reallaşması üsulları bütövlükdə ekoloji mühitin tarazlığında və ayrıca, iqlim dəyişikliyində ciddi rol oynayır. Bu bağlılıqda Azərbaycan Prezidentinin “Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib”, fikri əhəmiyyətli məna yükünə malikdir.

Hər şeydən əvvəl, aydın olur ki, Azərbaycanın həyata keçirdiyi meqalayihələr Avrasiya məkanını əhatə edir. Bu, çox geniş coğrafi ərazidir və həmin miqyasda ticari əlaqələri ekoloji şərtləri gözləməklə təşkil etmək asan vəzifə deyildir.

Prezident İlham Əliyevin artıq Avrasiyanın enerji və daşımalar yollarının dəyişməsindən bəhs etməsi onu göstərir ki, Azərbaycanın təşəbbüs etdiyi əməkdaşlıq platforması öz müsbət bəhrəsini verməkdədir. Bunun nəticəsi kimi çoxtərəfli əməkdaşlıq formatının qurulması olmuşdur. Beləliklə, Azərbaycan real surətdə ticari körpü rolunu oynayır.

Bakının təşəbbüsü ilə ticari əməkdaşlıq formatı iki funksiyanı paralel yerinə yetirir. Onlardan birincisi çox sayda dövlətin vahid əməkdaşlıq modelinə daxil olmasıdır. İkincisi, bu əməkdaşlıq zamanı ekoloji tarazlıq ciddi şəkildə gözlənilir. Nümunə kimi, bərpaolunan enerji layihələrini göstərə bilərik. Mərkəzi Asiyadan başlayan enerji ixrac marşrutu Azərbaycan vasitəsilə Gürcüstana, oradan da bir istiqamətdə Türkiyəyə, digər istiqamətdə isə Qara dənizdən keçərək Şərqi Avropaya çıxarılır.

Başqa ekoloji təmiz layihələr də geniş ərazidə vahid infrastruktur yaratmağa imkan yaratmışdır. Bu baxımdan COP29 çərçivəsində bərpaolunan, “yaşıl enerji” ilə bağlı Azərbaycan–Qazaxıstan–Özbəkistan strateji tərəfdaşlığı sazişinin imzalanması mühüm hadisədir. Bu formatda Səudiyyə Ərəbistanının bir şirkəti də iştirak edir. Mərkəzi Asiyanın iki böyük dövləti ilə Cənubi Qafqaz “yaşıl enerji inteqrasiyası”na baş vurur. Təbii ki, bu prosesə regionun digər dövlətləri, Türkiyə, Şərqi Avropa, İran, Rusiya və başqa dövlətlər də qatıla bilərlər. Onların hamısını bir yerdə bərpaolunan, ekoloji təmiz, “yaşıl enerji” birləşdirəcək.

Bununla avtomatik olaraq ticarətlə başqa vacib faktorlar inteqrasiya edilmiş olur. Həmin faktorlar nəqliyyat və logistika ilə bağlıdır. Eyni zamanda, bu iki faktor birbaşa rəqəmsallıqla əlaqəlidir. Türk Dövlətləri Təşkilatının son bir ildə informasiya sahəsində imzaladıqları sazişlər göstərir ki, artıq vergi də daxil olmaqla bir sıra sferalarda, məsələn, logistika, yükdaşıma və s. rəqəmsal texnologiyalar tətbiq edilir. Bu da geniş bir ərazidə həm ticari əlaqələri, yükdaşımaları və logistikanı vahid ekoloji təmiz idarəetmə sistemində birləşdirməyə imkan yaradır, həm də davamlı inkişafı təmin edir.

Vurğulanan məqamlar haqqında Azərbaycan Prezidenti bu ilin aprel ayında ADA-da keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” adlı beynəlxalq forumda konkret fikirlər ifadə etmişdir. Dövlət başçısına verilən suallar əməkdaşlığın ticari tərəfi ilə ekoloji tərəfinin uyğunlaşdırılması ilə bağlı olmuşdur. İlham Əliyev bununla bağlı demişdir ki, COP29-un bizə həvalə edilməsinə qədər biz ekoloji problemlərlə ciddi məşğul olduq, iqlim dəyişkənliyinin mənfi fəsadlarını azaltmağa çalışdıq.

Əgər əvvəllər Xəzər dənizi irəliyə gəlir geri çəkilirdisə, indi dəniz yalnız geri çəkilir. Bu da ciddi problemdir. Nəinki ekoloji, həm də kommunikasiya layihələri ilə bağlı problemdir. Bununla bağlı da ətraf mühitin mühafizəsi üçün çox işlər görülür.

Fikirlərinə davam edərək Azərbaycan Prezidenti daha geniş kontekstdə məsələni izah etmişdir. Dövlət başçısı vurğulamışdır: “Bütün bu məsələlər geosiyasət və regional əməkdaşlıq ilə sıx əlaqədardır. Birincisi Azərbaycan həmişə enerji layihələrini siyasətdən ayırmışdır. Lakin, eyni zamanda, onları yalnız müsbət mənada inteqrasiya etmişdir. Bizim bütün enerji layihələrimiz əməkdaşlığa aparır”.

Azərbaycanın enerji layihələrinin əməkdaşlığa aparması yalnız regional miqyası əhatə etmir. Eyni zamanda, bir neçə regionda yerləşən dövlətlər arasında əməkdaşlığı inteqrasiya istiqamətinə yönəldir. Məsələn, “Bu gün Cənub Qaz Dəhlizi ilə əhatə olunan ölkələrə nəzər salsanız görərsiniz ki, bu ölkələrin bəziləri arasında münasibətlər heç də yaxşı deyil. Lakin bu layihələr onları birləşdirir. Bu, müştərək maraqdır. Burada uduzan tərəf yoxdur və əslində, enerji sülhə doğru aparır. Tarixdən biz bilirik ki, neft müharibəyə, qan tökülməsinə gətirib çıxarır. İndi isə biz paradiqmanı dəyişirik və hələ ki, buna müvəffəq olmuşuq”.

Doğrudan da, Azərbaycanın ticari əməkdaşlıqla nəqliyyat faktorunun münasibətləri baxımından prinsipial mövqeyi bundan ibarətdir. Bakı əməkdaşlıq platforması ilə əsrlərlə davam edən mənfi paradiqmanı dəyişir – müxtəlif regionlarda yerləşən ölkələrin qarşılıqlı faydalı və ekoloji təmiz əməkdaşlığı modelini formalaşdırır. O cümlədən, ticari və nəqliyyat-logistika sferalarının körpü rolunu oynaması üçün geniş imkanlar yaradır.

Prezident İlham Əliyev “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı zamanı enerji təhlükəsizliyi ilə milli təhlükəsizliyin bir-biri ilə bağlantıları aspektində vurğulamışdı ki, “Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı Ümumavropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır”.

COP29-un fəlsəfəsi

COP29 tədbirinin praktiki aspektdə fəlsəfəsinə bu mövzuya həsr etdiyimiz 4 silsilə məqalədə əksini tapmış fikirlərin işığında müəyyən aydınlıq gətirə bilərik. Öncə, onu ifadə edək ki, “COP” ideyasının yaranması XX əsrin 90-cı illərinə gedib çıxır. İlk dəfə olaraq 30 il bundan öncə Ümumdünya Metereoloji Təşkilatı Cenevrə və Torontoda iqlim dəyişməsini müzakirə etmişdir. 1988-ci ildə BMT iqlim dəyişməsi ilə bağlı hökumətlərarası xüsusi qrup yaratmışdır (Intergovernmental Panel on Climate Change, IPCC). 1990-cı ildə qrup mövzunun aktuallığı ilə bağlı məruzə etmişdir.

1992-ci ildə BMT-nin iqlim dəyişməsi ilə bağlı hazırladığı Çərçivə Sazişini Rio-de-Janeyroda (Braziliya) 154 dövlət imzalamışdır. Sonra üzvlərin sayı 198-ə çatmışdır. Bu, təqribən bütün dünya ölkələri deməkdir. Nəhayət, iqlim dəyişməsini öyrənmə və mənfi tendensiyaların qarşısını alma prosesi 1994-cü ildə iqlim haqqında BMT-nin Çərçivə Konvensiyası Tərəfdaşlarının Konfransı (COP) təsis edilmişdir.

Beləliklə, COP-un yaranmasının xüsusi tarixçəsi vardır və demək olar ki, BMT-yə üzv olan ölkələrin hamısını əhatə edən fəaliyyət məqsədi mövcuddur. Həmin məqsəd dünyada iqlim dəyişmələrinin mənfi nəticələrinin aradan qaldırılması üçün dünya dövlətlərinin nəticəverici birgə fəaliyyətini təşkil etməkdən ibarətdir.

Lakin məsələ bundan ibarətdir ki, bu ümumi məqsədə heç də hər bir üzv dövlət konkret nəticəverici fayda verə bilmir. Xüsusilə, XXI əsrin gəlişi ilə siyasi, ideoloji və geosiyasi maraqların toqquşması fonunda, obrazlı desək, iqlim dəyişməsi də siyasiləşmiş, şəxsi ambisiyaların savaş meydanına çevrilmişdir. Belə bir mürəkkəb şəraitdə prakitiki faydası ola biləcək COP təşkil etmək başqa işlərlə yanaşı, həm də onun fəlsəfəsini yeniləşdirməyi tələb edir. Həmin kontekstdə əminliklə deyə bilərik ki, COP29-un fəlsəfəsinin memarı Azərbaycan Prezidenti İlham Əliyevdir.

Dövlət başçısı kimi İlham Əliyev COP29-un Azərbaycanda təşkilini praktiki siyasi-diplomatik fəaliyyəti ilə yanaşı, xarici siyasətin prioritetlərinin ümumi məzmunu və mahiyyəti əsasında həyata keçirdi. Nadir haldır ki, XXI əsrdə müstəqil dövlətin rəhbəri həm ölkənin inkişaf strategiyasının BMT-nin dayanıqlı inkişafın 17 istiqamətinə uyğun müəyyən edib, real həyata keçirsin, həm dövlətin ərazi bütövlüyünü öz gücünə bərpa etsin, həm də regional və regionlararası miqyaslarda sülh təşəbbüskarı olsun! Sonuncu cümlədə əks olunan fikirlərin hər birini sübut edən faktlar kifayət qədərdir.

Azərbaycan Prezidenti yeni enerji strategiyası çərçivəsində ardıcıl olaraq yeni enerji layihələrini Çindən tutmuş, Dardanel boğazına qədər geniş bir məkanda həyata keçirməkdədir. Avropanın 10 ölkəsi ilə strateji tərəfdaş olmağın praktiki təsdiqi olan həmin layihələr çox sayda xalqların rifahına xidmət edir. Bir sıra dövlətlərin enerji təhlükəsizliyi vasitəsilə milli təhlükəsizliklərinin təmininə ciddi töhfələr verir. Burada sülh, əməkdaşlıq və tərəfdaşlıqla ekoloji faktorun bir-birini tamamlaması diqqəti çəkir. Yəni siyasi-doplomatik məharəti ilə Azərbaycanın dövlət başçısı sırf energetik, ticari, nəqliyyat, logistika, informasiya və təhlükəsizlik faktorlarını qarşılıqlı fayda verən müxtəlif sferalara aid layihələrlə üzvi surətdə birləşdirə bilmişdir. Buna görə də İlham Əliyevin tam haqqı vardır ki, desin: “Azərbaycan əsrlərdir davam edən geosiyasi parçalanma paradiqmasını dəyişir”, “Azərbaycan regionda tarixi, siyasi və geosiyasi dəyişikliklər edir”, “Azərbaycan sülh, əməkdaşlıq, təhlükəsizlik, qarşılıqlı hörmət, suverenliyə sayğı, konstruktiv geosiyasət paradiqmasını yaradır”!

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Noyabr 2024 01:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see323

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see298

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see294

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see251

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see248

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see240

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see228

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see224

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see222

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see219

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see209

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see208

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see202

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see198

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see194

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see193

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see191

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see190

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see181

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri