Icma.az
close
up
RU

COP29un prezidenti: Məqsədə çatmaq üçün qlobal və regional səyləri bir araya gətiririk

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türk xalqları arasında həmrəyliyin kökləri dərinlərə gedib çıxır.

APA xəbər verir ki, bunu COP29 çərçivəsində Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin ərtaf mühit və ekologiya nazirlərinin ilk görüşündə COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev deyib.
O bildirib ki, türk dövlətləri təşkilatlanıb: “Bu təşkilat bizim tarixi, mədəni və iqtisadi əlaqələrimizi möhkəmləndirir, qlobal problemlərin həlli üçün vacib olan əməkdaşlıq üçün zəmin yaradır. Şuşada keçirilən TDT-nin dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev türk dünyası birliyinin möhkəmlənməsinə mühüm töhfələrimizi vurğulayıb. Bu gün ölkələrimiz iqlimdə davamlılıq yaratmaq və xalis sıfır gələcəyə doğru irəliləmək üçün mühüm problemlərlə üzləşirlər. Ekstremal hava hadisələri, resurs məhdudiyyətləri və iqtisadi keçidlər bizim diqqətimizi tələb edir.

Təkcə bu il biz daşqınların Qazaxıstanın bəzi hissələrini dağıtdığını gördük. Şiddətli meşə yanğınları meşələri və evləri məhv edərək, davamlılıq strategiyalarına təcili ehtiyac olduğunu göstərir. Bu hadisələr bizi birləşdirən iqlim həssaslığı və uyğunlaşma tədbirlərinin təcili hazırlanması zərurətini xatırladır. Eyni zamanda bu çağırışlar da əlavə fürsətlər gətirir. Birgə işləməklə həm maneələri dəf edə, həm də davamlı inkişaf üçün yeni imkanlar tapa bilərik”.

Nazir əlavə edib ki, bu prosesdə ətraf mühit və iqlimə cavabdeh olan nazirlərin rolu çox vacibdir: “Azərbaycan davamlı inkişafa sadiqdir və iqlim problemlərini həll etmək üçün cəsarətli addımlar atıb. COP-29-a ev sahibliyi etmək belə öhdəliklərdən biridir. Məqsədimizə çatmaq üçün qlobal və regional səyləri bir araya gətiririk. Bölgəmizdə ilk dəfə COP29-a ev sahibliyi etməkdən şərəf duyuruq. Biz dünyaya iqlim dəyişikliyindən necə təsirləndiyimizi və iqlim böhranının kollektiv həll yollarında baş tərəfdaş ola biləcəyimizi göstərməkdə qərarlıyıq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://apa.az
archiveBu xəbər 14 Noyabr 2024 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri