Icma.az
close
up
RU
“Məqsədə çatmaq üçün addım addım çalışırıq” Ayxan Abbasov

“Məqsədə çatmaq üçün addım addım çalışırıq” Ayxan Abbasov

Idmanxeber.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

 “Maraqlı oyun oldu. Belə stadionda oynamaq xoşdur. Əsl futbol ab-havası var idi. Önəmli qələbə idi. Oyun olaraq da sevinirəm. İkinci hissədə üstün oynadıq. Rəqib əks-hücumda qol vurdu. Sevinirəm ki, komandam oyundan qopmadı. Son dəqiqələrdə rəqibin təzyiqi normal idi. Biz də dəyişikliklər edib onların qabağını aldıq. Vacib 3 xaldır. Qarşımıza qoyulan məqsədə çatmaq üçün addım-addım çalışırıq. Bura gələndə inanmışdım. Bir çox futbolçular qazandırdıq. Bu gün gənc futbolçularımız meydanda daha inamlı çıxış edirlər. Qarşıdakı oyunlar bizim üçün vacib olacaq. Çünki turnir cədvəlində irəliləyə bilərik”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov “Sumqayıt” oyunu barədə danışarkən deyib. O, daha sonra jurnalistlərin sullarını cavablayıb:

– Fasilədə nəyi dəyişdiz?

– Futbolçularımdan tələb etdim ki, tempi yüksək tutsunlar. “Sumqayıt” tempin qalxmasını istəmirdi. İkinci zonada bizi gözləyib əks-hücuma çıxmaq istəyirdilər. Futbolçularım tempi yüksək tutdular. Cinahdan da gedişlərimiz alındı.

– Sonuncu pillədən uzaqsız. Artıq rəqiblərinizin “Neftçi” və “Sabah” olduğunu demək olar?

– Hər şey ola bilər. Məni ən çox maraqlandıran futbolçuların mövsümün sonuna kimi bu tempi saxlamasıdır.

– Növbəti mövsümdə klublara dövlətin ayırdığı vəsaitin məbləği azalacaq. Bu, sizə necə təsir edəcək?

– Tək komandayıq ki, sponsorumuz yoxdur. Qeyri-rəsmi olsa da, digərlərinin sponsoru var. I Liqadan gələcəyi gözlənilən “Qəbələ” və “İmişli”nin də sponsoru var. Əlbəttə zərbə bizə dəyəcək. Biz də bunu sığortalamalıyıq. Gələn il üçün planlarımız var. Bütün klublar avrokuboklar üçün oynamamalıdır. Qarşımıza büdcəmizə uyğun hədəf qoyacağıq. Böyük məqsəd üçün böyük büdcə lazımdır. Həm komandanı Premyer Liqada saxlamaq, həm gənclərə şans vermək… Belə komandalar olsa, yeni futbolçular çıxacaq. Gənclər oynamalıdır. Komanda sayı çox olsa, gənclər oynasa, rəqabət olacaq. Hər kəs qarşısına məqsəd qoymalıdır. Bizim də məqsədimiz var. Gələn il də bunu davam etdirəcəyik.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 12 Aprel 2025 22:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see206

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see185

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see161

Laçının kəndlərində və qəsəbəsində gələn il görüləcək işlər açıqlanıb

30 Noyabr 2025 12:46see160

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see147

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see146

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see145

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see136

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see132

Leo Messi illərdir əlçatmaz olan dünya rekordunu qırdı

30 Noyabr 2025 09:41see131

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see131

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see131

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see131

Hollivud ulduzunun 71 yaşı var, amma 32 vermək olur VİDEO

30 Noyabr 2025 05:05see129

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see127

Nəqliyyat naziri: Türkiyə gəmilərə təkrar hücumların qarşısını almağı hədəfləyir

30 Noyabr 2025 12:01see126

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see126

Trampın xanımı şirkət yaradacaq

30 Noyabr 2025 15:38see125

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see125

Aydan götürülmüş nümunələrdə elə maddə aşkarlandı ki...

30 Noyabr 2025 12:53see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri