Icma.az
close
up
RU
COP29un qonaqlarına “Oyanış adlı konserttamaşa təqdim edildi FOTOLAR

COP29un qonaqlarına “Oyanış adlı konserttamaşa təqdim edildi FOTOLAR

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Bakıda davam edən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un iştirakçılarının asudə vaxtının səmərəli təşkili, əcnəbi qonaqlara Azərbaycanın zəngin mədəni irsinin, incəsənətinin tanıdılması məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən maraqlı bədii proqram da hazırlanıb.
Demokrat.az xəbər verir ki, noyabrın 13-də Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Oyanış" adlı proqram – şou-kompozisiya təqdim olunub.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdim etdiyi proqramı COP29-la bağlı Bakıya gəlmiş müxtəlif ölkələrin rəsmiləri də daxil olmaqla geniş tamaşaçı auditoriyası böyük maraqla izləyib.
“Oyanış” – insanın təbiətlə vəhdətini bərpa edən və bəşər varlığını həyat üçün zəruri olan ilkin elementlərə diqqətlə nəzər salmağa təşviq edən müqəddəs bir ayindir. Yaşadığımız dövrdə hava, su, torpaq və od kimi vacib elementlər yeni düşüncələrə ilham verən mövzulara çevrilib. Buna görə də bu tamaşa suyu həyatla, havanı zəkanın gücü ilə, torpağı şüurlu varlıqla, atəşi isə sivilizasiyanın işığı ilə birləşdirən bir oyanış kimi nəzərdə tutulub. Bəşəriyyət uzaq keçmişdən bu günə səyahət edən kahinlərin müdrikliyindən nəsihət alaraq hər bir elementin tərkibində təbiətə aid sənət əsərinin olduğuna şahidlik edir.
Şou-kompozisiyada yer alan xalça təsviri saysız-hesabsız düyünlərin nəticəsidir, biz də insanlar arasında kollektiv iradə sayəsində əldə edilmiş birliyin gözəlliyini məhz bu formada təsvir edirik. İnsan məhdudiyyətlərinin məhbusuna çevrilmiş Qız qalasının saf ruhlu şahzadəsi onu gizlədən daşlar arasından azad olub “insan olmağı” hər birimizə xatırladaraq bizi bu gözəllik, saflıq və kövrəkliklə ruhlandırır. İnsan olmaq, həqiqətən də, malik olduğumuz kövrəkliyi qəbul etmək deməkdir, amma bu, o demək deyil ki, biz həyat səhnəsində olmalı deyilik. Unutmayaq ki, həyat özü gözəllik kimidir. Ona qayğı göstərilmirsə, haqqı verilmirsə, o, mövcud deyil. Buna görə də, hər şeyə yeni nəfəs verilsin deyə bəşəriyyətə təqdim edilən Oyanış yeni dünyanın elçisi kimi rəqsin vəcdi və baharın şövqedici arzusu ilə alovlanır.
Azərbaycan sənətçiləri ilə yanaşı, əcnəbi incəsənət ustalarının da iştirakı ilə hazırlanan şou-kompozisiyanın rejissoru və ssenaristi Françesko Bondi, musiqi rəhbəri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru Əməkdar artist Əyyub Quliyev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.









Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 Noyabr 2024 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see184

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see136

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see130

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see130

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see128

“Erməni kilsəsi milli siyasi manipulyasiya mərkəzi olub”

23 Dekabr 2025 10:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri