Icma.az
close
up
RU
COP29un qonaqlarına “Oyanış” adlı konserttamaşa təqdim edildi Fotolar

COP29un qonaqlarına “Oyanış” adlı konserttamaşa təqdim edildi Fotolar

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda davam edən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un iştirakçılarının asudə vaxtının səmərəli təşkili, əcnəbi qonaqlara Azərbaycanın zəngin mədəni irsinin, incəsənətinin tanıdılması məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən maraqlı bədii proqram da hazırlanıb.

Gununsesi.info xəbər verir ki, noyabrın 13-də Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Oyanış” adlı proqram – şou-kompozisiya təqdim olunub.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdim etdiyi proqramı COP29-la bağlı Bakıya gəlmiş müxtəlif ölkələrin rəsmiləri də daxil olmaqla geniş tamaşaçı auditoriyası böyük maraqla izləyib.

“Oyanış” – insanın təbiətlə vəhdətini bərpa edən və bəşər varlığını həyat üçün zəruri olan ilkin elementlərə diqqətlə nəzər salmağa təşviq edən müqəddəs bir ayindir. Yaşadığımız dövrdə hava, su, torpaq və od kimi vacib elementlər yeni düşüncələrə ilham verən mövzulara çevrilib. Buna görə də bu tamaşa suyu həyatla, havanı zəkanın gücü ilə, torpağı şüurlu varlıqla, atəşi isə sivilizasiyanın işığı ilə birləşdirən bir oyanış kimi nəzərdə tutulub. Bəşəriyyət uzaq keçmişdən bu günə səyahət edən kahinlərin müdrikliyindən nəsihət alaraq hər bir elementin tərkibində təbiətə aid sənət əsərinin olduğuna şahidlik edir.

Şou-kompozisiyada yer alan xalça təsviri saysız-hesabsız düyünlərin nəticəsidir, biz də insanlar arasında kollektiv iradə sayəsində əldə edilmiş birliyin gözəlliyini məhz bu formada təsvir edirik. İnsan məhdudiyyətlərinin məhbusuna çevrilmiş Qız qalasının saf ruhlu şahzadəsi onu gizlədən daşlar arasından azad olub “insan olmağı” hər birimizə xatırladaraq bizi bu gözəllik, saflıq və kövrəkliklə ruhlandırır. İnsan olmaq, həqiqətən də, malik olduğumuz kövrəkliyi qəbul etmək deməkdir, amma bu, o demək deyil ki, biz həyat səhnəsində olmalı deyilik. Unutmayaq ki, həyat özü gözəllik kimidir. Ona qayğı göstərilmirsə, haqqı verilmirsə, o, mövcud deyil. Buna görə də, hər şeyə yeni nəfəs verilsin deyə bəşəriyyətə təqdim edilən Oyanış yeni dünyanın elçisi kimi rəqsin vəcdi və baharın şövqedici arzusu ilə alovlanır…

Azərbaycan sənətçiləri ilə yanaşı, əcnəbi incəsənət ustalarının da iştirakı ilə hazırlanan şou-kompozisiyanın rejissoru və ssenaristi Françesko Bondi, musiqi rəhbəri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru Əməkdar artist Əyyub Quliyev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 14 Noyabr 2024 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see329

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see237

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see235

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see225

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see225

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see205

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see199

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see198

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see185

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see185

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see181

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see178

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see172

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see167

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see164

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see162

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see159

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see152

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see151

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri