Icma.az
close
up
RU
COP29un uğurlu nəticələri Azərbaycanın gücünü dünyaya nümayiş etdirdi

COP29un uğurlu nəticələri Azərbaycanın gücünü dünyaya nümayiş etdirdi

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) başa çatsa da, konfransda qaldırılan məsələlər, qəbul edilən qərarlar hələ də müzakirə olunmaqdadır. Yüksək səviyyədə təşkil olunan tədbirdə dünya ölkələrinin liderlərinin, ekofəalların, QHT və media nümayəndələrinin fəal iştirakı və sonda qəbul olunan tarixi qərar bu konfransın ölkəmizdə keçirilməsinə qarşı çirkin kampaniya aparanlara ən tutarlı cavab oldu. İnkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollarlıq iqlim maliyyəsini təmin etmək üçün yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi tarixi sənəddir. Bu sənəd 2035-ci ilə qədər hər il azı 300 milyard dollar vəsaitin səfərbər olunmasına liderlik etmək üçün inkişaf etmiş ölkələrin əsas hədəfini özündə ehtiva edir. Bakı Maliyyə Məqsədi və Paris Sazişinin 6-cı maddəsi inkişaf etməkdə olan ölkələrə investisiya yatırmağı nəzərdə tutur ki, bu da qlobal iqlim maliyyəsi arxitekturasını kökündən dəyişəcək. İnkişaf etmiş ölkələr üzərlərinə böyük iqlim öhdəliyi götürmək istəmirdilər. Onlar əvvəlki öhdəliyin qüvvədə qalmasını istəyirdilər. Amma diplomatik danışıqlar və gərgin müzakirələr sonda müsbət nəticə verdi. Sözsüz ki, burada Azərbaycan dövlətinin və onun rəhbərinin nüfuzu, siyasi məharəti böyük rol oynadı. COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir”. Bu fikirləri KİV-ə müsahibəsində Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib. O bildirib ki, BMT-nin Baş katibi Antonio Quterreşin COP29-a verdiyi qiymət böyük əhəmiyyət kəsb edir: “Quterreş qeyd etdi ki, COP29-da əldə olunan razılaşma qlobal istiləşməni 1,5°C-də saxlamaq məqsədini qorumaq üçün həyati əhəmiyyət daşıyır. ABŞ, Fransa, Niderland və digər ölkələrin maliyyə öhdəliklərindən qaçma cəhdləri uğursuzluqla nəticələndi. Qlobal iqlim dəyişikliyinin əsas aktorları olan bu dövlətlər atmosferə ən çox karbon emissiyası buraxırlar. Avropa İttifaqı ölkələri dünyada bütün nəqliyyat emissiyalarının 76 faizini atmosferə buraxır. Bununla belə onlar məsuliyyətdən yaxa qurtarmaq üçün Azərbaycanın çağırışlarını və tələblərini eşitmək istəmirdilər, ölkəmizə qarşı çirkin kampaniya həyata keçirirdilər. Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı sosial şəbəkədə hesabındakı paylaşımında durumu çox dəqiqliklə izah edib: “Genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu”.

Azərbaycanın beynəlxalq təşəbbüslərlə çıxış etməsindən narahat olan ABŞ, Fransa, Niderland kimi dövlətlər COP29 konfransının əhəmiyyətini azaltmaq üçün yüksəksəviyyəli heyətlə konfransa qatılmaqdan imtina etdilər və hətta digər dövlətlərin də Bakıya gəlişini əngəlləmək üçün addımlar atdılar. Azərbaycanın proseslərə soyuqqanlı yanaşması, qətiyyəti və obyektiv mövqe sərgiləməsi, inklüzivliyi təmin etməsi destruktiv qüvvələrin çağırışlarını əhəmiyyətsiz etdi.

Azərbaycan “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutaraq bitərəf vasitəçi kimi çıxış etdi və danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı. Bir çoxları Azərbaycanın COP29-u yüksək səviyyədə təşkil edəcəyinə və iqlim öhdəlikləri ilə bağlı effektiv qərara nail ola biləcəyinə şübhə ilə yanaşırdılar. Azərbaycan kiçik ada dövlətlərinin, zəif inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alaraq çağırışlar etdi. Dünyanın 190-dan artıq dövləti COP29-da müzakirələrə qoşuldu. 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un təşkili bütün qonaqlar tərəfindən yüksək qiymətləndirildi”.

Deputat qeyd edib ki, Bakı razılaşmasına əsasən, karbon bazarlarından maliyyə axınları 2050-ci ilə qədər ildə 1 trilyon ABŞ dollarına çata bilər: “COP29 Zərər və İtki Fondunu işə salmağa nail oldu. COP29 Sədrliyi maliyyə, investisiya və ticarətin iqlim gündəliyinin mərkəzində qalmasını təmin etmək üçün BMT qurumlarını, beynəlxalq təşkilatları, çoxtərəfli inkişaf banklarını, iqlim fondlarını, özəl sektoru, vətəndaş cəmiyyətini, əsas koalisiyaları və digər maraqlı tərəfləri, həmçinin COP Sədrlikləri və Tərəflərini bir araya gətirdi. Kiçik və orta sahibkarlığın yaşıl keçidi üzrə yeni Bakı İqlim Koalisiyasını elan etdi. Bakıda, həmçinin “Enerji üzrə öhdəliklər və bəyanatlar”, “COP29 Yaşıl Rəqəmsal Fəaliyyət Bəyanatı”, “İqlim Davamlılığı üçün İnsan İnkişafı üzrə Bakı Təşəbbüsü”, “İqlim və Səhiyyə üzrə Davamlılıq Koalisiyası”, “Üzvi Tullantılardan Metanın Azaldılmasına dair Bəyannamə”, “Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü”, “COP29 Davamlı və Sağlam Şəhərlər üçün Çoxsahəli Fəaliyyət Yolları Bəyannaməsi”, “Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bakı Bəyannaməsi”, “İqlim Fəaliyyəti naminə COP29 Bəyannaməsi” kimi sənədlər qəbul edildi. Qeyd olunan hər bir istiqamət ayrılıqda qlobal əhəmiyyətli layihələrin icrasını nəzərdə tutur”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 28 Noyabr 2024 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri