Icma.az
close
up
RU
COP29un uğurlu nəticələri Azərbaycanın gücünü dünyaya nümayiş etdirdi deputat AZƏRTAC

COP29un uğurlu nəticələri Azərbaycanın gücünü dünyaya nümayiş etdirdi deputat AZƏRTAC

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 28 noyabr, AZƏRTAC

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) başa çatsa da, konfransda qaldırılan məsələlər, qəbul edilən qərarlar hələ də müzakirə olunmaqdadır. Yüksək səviyyədə təşkil olunan tədbirdə dünya ölkələrinin liderlərinin, ekofəalların, QHT və media nümayəndələrinin fəal iştirakı və sonda qəbul olunan tarixi qərar bu konfransın ölkəmizdə keçirilməsinə qarşı çirkin kampaniya aparanlara ən tutarlı cavab oldu. İnkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollarlıq iqlim maliyyəsini təmin etmək üçün yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi tarixi sənəddir. Bu sənəd 2035-ci ilə qədər hər il azı 300 milyard dollar vəsaitin səfərbər olunmasına liderlik etmək üçün inkişaf etmiş ölkələrin əsas hədəfini özündə ehtiva edir. Bakı Maliyyə Məqsədi və Paris Sazişinin 6-cı maddəsi inkişaf etməkdə olan ölkələrə investisiya yatırmağı nəzərdə tutur ki, bu da qlobal iqlim maliyyəsi arxitekturasını kökündən dəyişəcək. İnkişaf etmiş ölkələr üzərlərinə böyük iqlim öhdəliyi götürmək istəmirdilər. Onlar əvvəlki öhdəliyin qüvvədə qalmasını istəyirdilər. Amma diplomatik danışıqlar və gərgin müzakirələr sonda müsbət nəticə verdi. Sözsüz ki, burada Azərbaycan dövlətinin və onun rəhbərinin nüfuzu, siyasi məharəti böyük rol oynadı. COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib. O bildirib ki, BMT-nin Baş katibi Antonio Quterreşin COP29-a verdiyi qiymət böyük əhəmiyyət kəsb edir: “Quterreş qeyd etdi ki, COP29-da əldə olunan razılaşma qlobal istiləşməni 1,5°C-də saxlamaq məqsədini qorumaq üçün həyati əhəmiyyət daşıyır. ABŞ, Fransa, Niderland və digər ölkələrin maliyyə öhdəliklərindən qaçma cəhdləri uğursuzluqla nəticələndi. Qlobal iqlim dəyişikliyinin əsas aktorları olan bu dövlətlər atmosferə ən çox karbon emissiyası buraxırlar. Avropa İttifaqı ölkələri dünyada bütün nəqliyyat emissiyalarının 76 faizini atmosferə buraxır. Bununla belə onlar məsuliyyətdən yaxa qurtarmaq üçün Azərbaycanın çağırışlarını və tələblərini eşitmək istəmirdilər, ölkəmizə qarşı çirkin kampaniya həyata keçirirdilər. Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı sosial şəbəkədə hesabındakı paylaşımında durumu çox dəqiqliklə izah edib: “Genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu”.

Azərbaycanın beynəlxalq təşəbbüslərlə çıxış etməsindən narahat olan ABŞ, Fransa, Niderland kimi dövlətlər COP29 konfransının əhəmiyyətini azaltmaq üçün yüksəksəviyyəli heyətlə konfransa qatılmaqdan imtina etdilər və hətta digər dövlətlərin də Bakıya gəlişini əngəlləmək üçün addımlar atdılar. Azərbaycanın proseslərə soyuqqanlı yanaşması, qətiyyəti və obyektiv mövqe sərgiləməsi, inklüzivliyi təmin etməsi destruktiv qüvvələrin çağırışlarını əhəmiyyətsiz etdi.

Azərbaycan “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutaraq bitərəf vasitəçi kimi çıxış etdi və danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı. Bir çoxları Azərbaycanın COP29-u yüksək səviyyədə təşkil edəcəyinə və iqlim öhdəlikləri ilə bağlı effektiv qərara nail ola biləcəyinə şübhə ilə yanaşırdılar. Azərbaycan kiçik ada dövlətlərinin, zəif inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alaraq çağırışlar etdi. Dünyanın 190-dan artıq dövləti COP29-da müzakirələrə qoşuldu. 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un təşkili bütün qonaqlar tərəfindən yüksək qiymətləndirildi”.

Deputat qeyd edib ki, Bakı razılaşmasına əsasən, karbon bazarlarından maliyyə axınları 2050-ci ilə qədər ildə 1 trilyon ABŞ dollarına çata bilər: “COP29 Zərər və İtki Fondunu işə salmağa nail oldu. COP29 Sədrliyi maliyyə, investisiya və ticarətin iqlim gündəliyinin mərkəzində qalmasını təmin etmək üçün BMT qurumlarını, beynəlxalq təşkilatları, çoxtərəfli inkişaf banklarını, iqlim fondlarını, özəl sektoru, vətəndaş cəmiyyətini, əsas koalisiyaları və digər maraqlı tərəfləri, həmçinin COP Sədrlikləri və Tərəflərini bir araya gətirdi. Kiçik və orta sahibkarlığın yaşıl keçidi üzrə yeni Bakı İqlim Koalisiyasını elan etdi. Bakıda, həmçinin “Enerji üzrə öhdəliklər və bəyanatlar”, “COP29 Yaşıl Rəqəmsal Fəaliyyət Bəyanatı”, “İqlim Davamlılığı üçün İnsan İnkişafı üzrə Bakı Təşəbbüsü”, “İqlim və Səhiyyə üzrə Davamlılıq Koalisiyası”, “Üzvi Tullantılardan Metanın Azaldılmasına dair Bəyannamə”, “Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü”, “COP29 Davamlı və Sağlam Şəhərlər üçün Çoxsahəli Fəaliyyət Yolları Bəyannaməsi”, “Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bakı Bəyannaməsi”, “İqlim Fəaliyyəti naminə COP29 Bəyannaməsi” kimi sənədlər qəbul edildi. Qeyd olunan hər bir istiqamət ayrılıqda qlobal əhəmiyyətli layihələrin icrasını nəzərdə tutur”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Noyabr 2024 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see174

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see139

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see136

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see136

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see135

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see134

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see133

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see132

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see130

Cənubi Koreyada seçkilərə şok qərar: namizədlərdən biri geri çəkildi

01 İyun 2025 19:55see130

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see128

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see128

“Çox sevdiyim bir “uşağ”ım var” Xanımından iş adamına

01 İyun 2025 23:26see126

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see125

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see123

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see121

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see121

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see116

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri