Icma.az
close
up
RU
COP29un Yaşıl Zonası böyük ziyarətçi marağına səbəb olub

COP29un Yaşıl Zonası böyük ziyarətçi marağına səbəb olub

Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

COP29 Sədrliyinin təşkil və idarə etdiyi, müxtəlif maraqlı tərəflərin bir araya gəldiyi, iqlim dəyişmələri ilə bağlı dinamik müzakirələrin aparıldığı və ekoloji çağırışlarla bağlı innovativ həllərin nümayiş olunduğu Yaşıl Zonaya giriş biletlərinin əldə edilməsi prosesinə start verildikdən cəmi 2 saat sonra 5 mindən çox bilet ziyarətçilər tərəfindən əldə olunub.

APA xəbər verir ki, noyabr ayının 11-dən etibarən qapılarını ziyarətçilər üçün açacaq COP29-un Yaşıl Zonası iqlim dəyişmələrinə qarşı mübarizə üzrə potensial həll variantlarının nümayişi, fikir və təcrübə mübadiləsi, eləcə də müzakirələr, panel sessiyaları, sərgilər və digər interaktiv tədbirlərin mərkəzi rolunu oynayır və həm yerli, həm də beynəlxalq auditoriya tərəfindən böyük maraqla qarşılanır.

Belə ki, 9 noyabr tarixində iTicket.az platforması vasitəsilə start verilən Yaşıl Zona ödənişsiz biletlərin paylanması prosesinin yalnız ilk iki saatı ərzində bu məkanı ziyarət etmək və qlobal iqlim fəaliyyətinin bir hissəsi olmaq istəyənlər tərəfindən 5 mindən çox bilet əldə olunub.

Müxtəlif sahələrdə dayanıqlılıq və iqlim fəaliyyətləri ilə bağlı bir sıra innovativ təşəbbüs və müzakirələr üçün dinamik platforma olan COP29 Yaşıl Zonasının proqramı iqlim dəyişmələri üzrə həllərin təşviqində gənclərin, eləcə də qadın və yerli icmaların daha geniş iştirakını ehtiva edir. Bununla yanaşı, Yaşıl Zonada fəaliyyət göstərən dinamik “Extreme Hangout” sahəsi 6-18 yaş arası uşaq və gənc eko-çempionlar üçün nəzərdə tutulmaqla yaradıcı proqram təklif edir. Burada keçiriləcək müxtəlif mədəniyyət tədbirləri, performans və interaktiv sessiyalar həm uşaqlar, həm də onların valideynləri üçün maraq kəsb edəcək.

Qeyd edək ki, Yaşıl Zona biletlərini iTicket platforması vasitəsilə əldə etmək mümkündür. Biletlər və Yaşıl Zona haqqında daha ətraflı məlumatı COP29 rəsmi veb-saytının müvafiq bölməsindən əldə edə, aidiyyəti suallarınızı isə [email protected] elektron poçt ünvanına yönləndirə bilərsiniz.

Konfrans iştirakçılarının tədbir məkanına rahat çatmaları üçün COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən təmin edilən xüsusi marşrutlu avtobuslardan istifadə edə bilərlər. Rəqəmsal nəqliyyat xəritəsindən istifadə etməklə iştirakçılar şəhərin müxtəlif strateji məkanlarında yerləşən nəqliyyat qovşaqlarından ən yaxınını seçərək uyğun marşrutu təyin edə bilərlər. Konfans müddətində nəqliyyat məsələləri ilə bağlı daha ətraflı məlumat COP29 rəsmi vebsaytının nəqliyyat bölməsində yerləşdirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 11 Noyabr 2024 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see256

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see217

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see198

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see184

PMS imtahanının I mərhələsi üzrə qeydiyyat başlanıb

23 Oktyabr 2025 18:42see148

Astana Sammiti və regional nizamın yeni düzəni

23 Oktyabr 2025 09:36see146

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see145

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see144

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see139

Azərbaycanda mal əti bahalaşdı Yeni QİYMƏTLƏR

23 Oktyabr 2025 08:36see136

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see132

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see132

“Heç heçə edə bilərdik” Qurban Qurbanov

23 Oktyabr 2025 12:19see131

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see130

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see130

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see126

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see125

ABŞ bizim düşmənimizdir Medvedev

23 Oktyabr 2025 12:20see125

Hər gün mixək çubuğu çeynəyin...

24 Oktyabr 2025 05:57see124

Tramp Kolumbiya və Meksikanın narkokartellərin nəzarəti altına keçdiyinə inanır

24 Oktyabr 2025 05:19see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri