Icma.az
close
up
RU
COP29un Yaşıl Zonası böyük ziyarətçi marağına səbəb olub

COP29un Yaşıl Zonası böyük ziyarətçi marağına səbəb olub

Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.


COP29 Sədrliyinin təşkil və idarə etdiyi, müxtəlif maraqlı tərəflərin bir araya gəldiyi, iqlim dəyişmələri ilə bağlı dinamik müzakirələrin aparıldığı və ekoloji çağırışlarla bağlı innovativ həllərin nümayiş olunduğu Yaşıl Zonaya giriş biletlərinin əldə edilməsi prosesinə start verildikdən cəmi 2 saat sonra 5 mindən çox bilet ziyarətçilər tərəfindən əldə olunub.

Yeniavaz.com xəbər verir ki, noyabr ayının 11-dən etibarən qapılarını ziyarətçilər üçün açacaq COP29-un Yaşıl Zonası iqlim dəyişmələrinə qarşı mübarizə üzrə potensial həll variantlarının nümayişi, fikir və təcrübə mübadiləsi,  eləcə də müzakirələr, panel sessiyaları, sərgilər və digər interaktiv tədbirlərin mərkəzi rolunu oynayır və həm yerli, həm də beynəlxalq auditoriya tərəfindən böyük maraqla qarşılanır. 

Belə ki, 9 noyabr tarixində iTicket.az platforması vasitəsilə start verilən Yaşıl Zona ödənişsiz biletlərin paylanması prosesinin yalnız ilk iki saatı ərzində bu məkanı ziyarət etmək və qlobal iqlim fəaliyyətinin bir hissəsi olmaq istəyənlər tərəfindən 5 mindən çox bilet əldə olunub. 

Müxtəlif sahələrdə dayanıqlılıq və iqlim fəaliyyətləri ilə bağlı bir sıra innovativ təşəbbüs və müzakirələr üçün dinamik platforma olan COP29 Yaşıl Zonasının proqramı iqlim dəyişmələri üzrə həllərin təşviqində gənclərin, eləcə də qadın və yerli icmaların daha geniş iştirakını ehtiva edir. Bununla yanaşı, Yaşıl Zonada fəaliyyət göstərən dinamik “Extreme Hangout” sahəsi 6-18 yaş arası uşaq və gənc eko-çempionlar üçün nəzərdə tutulmaqla yaradıcı proqram təklif edir. Burada keçiriləcək müxtəlif mədəniyyət tədbirləri, performans və interaktiv sessiyalar həm uşaqlar, həm də onların valideynləri üçün maraq kəsb edəcək.  

Qeyd edək ki, Yaşıl Zona biletlərini iTicket platforması vasitəsilə əldə etmək mümkündür. Biletlər və Yaşıl Zona haqqında daha ətraflı məlumatı COP29 rəsmi veb-saytının müvafiq bölməsindən əldə edə, aidiyyəti suallarınızı isə [email protected] elektron poçt ünvanına yönləndirə bilərsiniz. 

Konfrans iştirakçılarının tədbir məkanına rahat çatmaları üçün COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən təmin edilən xüsusi marşrutlu avtobuslardan istifadə edə bilərlər. Rəqəmsal nəqliyyat xəritəsindən istifadə etməklə iştirakçılar şəhərin müxtəlif strateji məkanlarında yerləşən nəqliyyat qovşaqlarından ən yaxınını seçərək uyğun marşrutu təyin edə bilərlər. Konfans müddətində nəqliyyat məsələləri ilə bağlı daha ətraflı məlumat COP29 rəsmi vebsaytının nəqliyyat bölməsində yerləşdirilib. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 11 Noyabr 2024 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hüseyn Məmmədlidən Avstriyada gümüş medal FOTO

07 Sentyabr 2025 16:50see179

Avropa Kuboku: Azərbaycan millisi Polşa ilə qarşılaşacaq

07 Sentyabr 2025 09:53see175

Türkiyə millisi İspaniya yığması ilə qarşılaşacaq KONKRET

07 Sentyabr 2025 10:54see149

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see147

NTV: Türkiyə və Ermənistan rəsmiləri gələn həftə görüşəcək

07 Sentyabr 2025 10:46see146

Telefonunuzdaki proqramlar sizin intellektinizdən xəbər verir Bu 6 proqram varsa...

07 Sentyabr 2025 08:08see140

Tramp Tokayevlə telefon danışığı apardı

07 Sentyabr 2025 20:42see137

Ukraynalı futbolçu: “Azərbaycanla oyunda qələbə qazanmalıyıq”

07 Sentyabr 2025 11:07see131

Corcio Armaninin harada dəfn olunacağı məlum oldu

07 Sentyabr 2025 21:12see128

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see127

Dəhşətli qəzada ölən “KamAZ”ın sürücüsünün Fotosu

07 Sentyabr 2025 10:32see125

Bu muzeyə giriş bağlandı Mina TƏHLÜKƏSİ KONKRET

07 Sentyabr 2025 21:02see122

Bu içkilər saç tökülməsini sürətləndirir

08 Sentyabr 2025 01:59see120

Azərbaycan millisinin heyətində dəyişiklik Qarabağ ın forvardı oynamayacaq

07 Sentyabr 2025 11:23see119

Əl Əhli Fransa millisinin hücumçusunu transfer etdi 25 milyon avroya

07 Sentyabr 2025 09:15see116

Türkiyə yığması dünya ikincisi oldu

07 Sentyabr 2025 19:59see115

Patris Evra Ser Aleks Ferqyuson haqqında: Ona lazım olan yeganə şey 200 milyon idi VİDEO

07 Sentyabr 2025 18:31see115

Niderland millisinin tarixində ən çox qol vuran futbolçu oldu

07 Sentyabr 2025 21:47see115

Tramp Qazaxıstan prezidenti ilə danışdı

07 Sentyabr 2025 20:37see115

Xasıyevlərin xas sənəti

07 Sentyabr 2025 07:41see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri