Icma.az
close
up
RU
COP29un Yaşıl Zonası böyük ziyarətçi marağına səbəb olub

COP29un Yaşıl Zonası böyük ziyarətçi marağına səbəb olub

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

COP29 Sədrliyinin təşkil və idarə etdiyi, müxtəlif maraqlı tərəflərin bir araya gəldiyi, iqlim dəyişmələri ilə bağlı dinamik müzakirələrin aparıldığı və ekoloji çağırışlarla bağlı innovativ həllərin nümayiş olunduğu Yaşıl Zonaya giriş biletlərinin əldə edilməsi prosesinə start veriləndən 2 saat sonra 5 mindən çox bilet ziyarətçilər tərəfindən əldə olunub.

COP29 əməliyyat şirkətindən AZƏRTAC-a verilən məlumata görə, noyabrın 11-dən etibarən qapılarını ziyarətçilər üçün açan COP29-un Yaşıl Zonası iqlim dəyişmələrinə qarşı mübarizə üzrə potensial həll variantlarının nümayişi, fikir və təcrübə mübadiləsi, eləcə də müzakirələr, panel sessiyaları, sərgilər və digər interaktiv tədbirlərin mərkəzi rolunu oynayır. Zona həm yerli, həm də beynəlxalq auditoriya tərəfindən böyük maraqla qarşılanır.

Noyabrın 9-da iTicket.az platforması vasitəsilə start verilən Yaşıl Zona ödənişsiz biletlərin paylanması prosesinin yalnız ilk iki saatı ərzində bu məkanı ziyarət etmək və qlobal iqlim fəaliyyətinin bir hissəsi olmaq istəyənlər tərəfindən 5 mindən çox bilet əldə olunub.

Müxtəlif sahələrdə dayanıqlılıq və iqlim fəaliyyətləri ilə bağlı bir sıra innovativ təşəbbüs və müzakirələr üçün dinamik platforma olan COP29 Yaşıl Zonasının proqramı iqlim dəyişmələri üzrə həllərin təşviqində gənclərin, eləcə də qadın və yerli icmaların daha geniş iştirakını ehtiva edir. Bununla yanaşı, Yaşıl Zonada fəaliyyət göstərən dinamik “Extreme Hangout” sahəsi 6-18 yaş arası uşaq və gənc eko-çempionlar üçün nəzərdə tutulmaqla yaradıcı proqram təklif edir. Burada keçiriləcək müxtəlif mədəniyyət tədbirləri, performans və interaktiv sessiyalar həm uşaqlar, həm də onların valideynləri üçün maraq kəsb edəcək.

Qeyd edək ki, Yaşıl Zona biletlərini iTicket platforması vasitəsilə əldə etmək mümkündür. Biletlər və Yaşıl Zona haqqında daha ətraflı məlumatı COP29 rəsmi veb-saytının müvafiq bölməsindən əldə etmək, aidiyyəti sualları isə [email protected] elektron poçt ünvanına yönləndirmək olar.

Konfrans iştirakçıları tədbir məkanına rahat çatmaları üçün COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən təmin edilən xüsusi marşrutlu avtobuslardan istifadə edə bilərlər. Rəqəmsal nəqliyyat xəritəsindən istifadə etməklə iştirakçılar şəhərin müxtəlif strateji məkanlarında yerləşən nəqliyyat qovşaqlarından ən yaxınını seçərək uyğun marşrutu müəyyən edə bilərlər. Konfrans müddətində nəqliyyat məsələləri ilə bağlı daha ətraflı məlumat COP29 rəsmi vebsaytının nəqliyyat bölməsində yerləşdirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Noyabr 2024 08:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see324

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see277

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see231

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see222

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see198

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see193

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see175

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see175

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see162

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see161

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see150

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see149

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see144

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see141

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see140

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri