Icma.az
close
up
RU
COP29un Yaşıl Zonasının açılış günündə dayanıqlılıq mövzusuna dair tədbir keçirildi FOTO

COP29un Yaşıl Zonasının açılış günündə dayanıqlılıq mövzusuna dair tədbir keçirildi FOTO

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

COP29 Sədrliyi tərəfindən təşkil edilən, həmçinin icmaların iştirakı, yaşıl keçid, texnoloji həllər və qlobal əməkdaşlığı ehtiva edən Yaşıl Zona beynəlxalq iqlim konfransının ilk günündə qapılarını ziyarətçilərə açaraq, konfrans müddətində keçiriləcək silsilə tədbirlərin ilk buraxılışını təqdim edib. Proqramın ilk günündə COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən təşkil edilən tədbir iqlim fəaliyyəti və karbon neytrallığı mövzusunda olub.
Bizim.Media xəbər verir ki, “Xalis sıfır karbon emissiyası istiqamətində: COP29-un dayanıqlı gələcək naminə tərəfdaşlıqları” mövzusunda maraqlı tərəfləri bir araya gətirən bu tədbirdə COP29-un iqlim fəaliyyəti üzrə təşəbbüsləri müzakirə edilib.

COP29 Azərbaycan Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf, iqlim dəyişmələri və yaşıl maliyyələşmə üzrə beynəlxalq təcrübəli COP29-un dayanıqlılıq üzrə məsləhətçisi Marina Olşanskaya, “Təmiz Şəhər” ASC-nin İdarə Heyəti sədrinin müavini Sabit Zeyniyev, elektrik və elektron istehsal sənayesində zəngin iş təcrübəsinə malik mütəxəssis Rüstəm Qasımov, Yeni Zelandiyadan olan xeyriyyəçi və karbon bazarları üzrə ekspert Deyv Rozun iştirak etdiyi müzakirə sessiyasında tullantıların düzgün idarə edilməsi, bərpa olunan enerji həlləri, ekoloji cəhətdən təmiz texnologiyalar, istixana effekti yaradan qaz (İXQ) emissiyalarının azaldılması kimi mühüm mövzular müzakirə olunub.
Tədbir zamanı auditoriya dayanıqlılıq təşəbbüslərinin ərsəyə gətirilməsi və tətbiqi istiqamətindəki ortaq səylər barədə məlumatlandırılıb, həmçinin COP29-un daha yaşıl və dayanıqlı resurslardan səmərəli şəkildə istifadə edən dayanıqlı tədbir etalonu kimi mövqeləndirilməsinə necə dəstək vermələri barədə müzakirələri dinləyiblər.

Qeyd edək ki, COP29 konfransının ilk günündə fərqli şirkətlər tərəfindən keçirilən biomüxtəlifliyin qorunması, bərpa olunan enerji sahəsində innovasiyalar, iqlim ədaləti və dayanıqlılıq uğrunda mübarizədə nəsillərarası əməkdaşlıq, ali təhsilin iqlim dəyişmələrinə qarşı mübarizədə həlledici rolu və bu kimi digər mövzuları əhatə edən müzakirə və seminarlar eyni zamanda dinamik “Extreme Hangout” sahəsində təşkil olunan performans və interaktiv sessiyalarla və ümumilikdə Yaşıl Zonanın pavilyon sahələrindəki aktivliklərlə müşaiyət olunub.
 

COP29 Yaşıl Zonada qarşıdakı günlərdə də fərqli formatlarda tədbirlərin keçirilməsi planlaşdırılıb. Belə ki, 22 noyabr tarixinədək COP29 rəsmi tərəfdaşları ilə əməkdaşlıq formatında bir sıra mövzularda panel diskussiyaları təşkil ediləcək və bu tədbirlərdə iqlim və dayanıqlılıq sahəsinin aparıcı ekspertləri və tanınmış simaları iştirak edəcək.


Xatırladaq ki, COP29 Yaşıl Zona iqlim məsələləri ilə bağlı müxtəlif maraqlı tərəflərin - dövlət və özəl sektor təmsilçiləri, media, elm adamları, ekspertlər, yerli icmalar, vətəndaş cəmiyyəti institutları və rəsmi Mavi Zona nümayəndələrinin daxil olduğu geniş iştirakçı auditoriyasının bir araya gəldiyi məkandır. İqlim fəaliyyəti ilə yaxından tanış olmaq istəyənlər Yaşıl Zonaya biletləri iTicket platforması vasitəsilə ödənişsiz əldə edə bilərlər.




Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://bizim.media
archiveBu xəbər 11 Noyabr 2024 23:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see230

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see212

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see208

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see197

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see187

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see160

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see158

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see156

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see150

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see148

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see144

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see143

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see142

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri