Icma.az
close
up
RU
COP30 un çinli iştirakçısı: Azərbaycanın qlobal iqlim proseslərində iştirakı getdikcə daha nəzərəçarpan olur

COP30 un çinli iştirakçısı: Azərbaycanın qlobal iqlim proseslərində iştirakı getdikcə daha nəzərəçarpan olur

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 19 noyabr, Pərvanə Qafarova, AZƏRTAC

COP29 mənə çox xoş təəssüratlar bəxş etdi. Bakı mənim çox xoşuma gəldi. Bu gözəl şəhərdə yaxşı dostlarım yaşayır. Biz burada bərpaolunan enerji sahəsində layihələr də həyata keçiririk.

Bunu AZƏRTAC-a Braziliyada keçirilən COP30 iqlim sammitinin iştirakçısı, Çinin nümayəndəsi Yonq Yan deyib.

O, Bakıda keçirilmiş COP29 və Braziliyanın Belem şəhərində təşkil olunan COP30 iqlim konfranslarında iştirakı ilə bağlı təəssüratlarını bölüşərək tədbirlərin yüksək səviyyədə təşkil edildiyini və Azərbaycanla əməkdaşlığın getdikcə genişləndiyini vurğulayıb.

COP29-da aparılan danışıqlar prosesi və nəticələri barədə danışan çinli nümayəndə görüşlərin məhsuldar olduğunu bildirib: “Biz çox yaxşı nəticələr əldə etdik. Bir çox ölkələrlə, o cümlədən Azərbaycan nümayəndələri ilə müzakirələr apardıq, enerji sistemləri, yaşıl enerji və enerji şəbəkələrinin avtomatlaşdırılması sahəsində əməkdaşlıqdan danışdıq. Biz bu kimi texnoloji həlləri təqdim etməyə hazırıq və azərbaycanlı tərəfdaşları Çinə dəvət edirik”.

Y.Yan, həmçinin COP30-da Azərbaycanın pavilyonu ilə bağlı təəssüratlarını bölüşüb: “Mən indi oranı ziyarət etdim – çox gözəl yerdir. Mən Azərbaycana böyük rəğbət bəsləyirəm, buna görə də nümayəndələrinizlə görüşmək hər zaman mənim üçün xoşdur. Azərbaycanın qlobal iqlim proseslərində iştirakı getdikcə daha aydın görünür və iki ölkə arasında enerji sahəsində əməkdaşlığın daha da genişlənməsi üçün böyük potensial mövcuddur”, – deyə o əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2025 22:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see220

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see181

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see172

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see170

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see169

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see156

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see145

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see141

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see140

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see140

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see131

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri