Icma.az
close
up
RU
TDT Avrasiya geosiyasətində getdikcə daha nəzərəçarpan aktora çevrilir ŞƏRH

TDT Avrasiya geosiyasətində getdikcə daha nəzərəçarpan aktora çevrilir ŞƏRH

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 20 avqust, AZƏRTAC

Müasir beynəlxalq münasibətlər sistemində regional təşkilatların rolu getdikcə artır. Bu baxımdan Türk Dövlətləri Təşkilatı (TDT) türk dövlətləri arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığı gücləndirən mühüm platformalardan birinə çevrilib. Təşkilat 2009-cu ildə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən yaradılıb, 2019-cu ildə Özbəkistanın tamhüquqlu üzv olması ilə genişlənib. Hazırda TDT-nin beş üzv dövləti, həmçinin Macarıstan, Türkmənistan, Şimali Kipr Türk Respublikası və İqtisadi Əməkdaşlıq Təşkilatı müşahidəçi statusuna malikdir.

Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Türkiyənin Kırıkkale Universitetinin dosenti, beynəlxalq münasibətlər üzrə ekspert, “Türk Dövlətləri Təşkilatı - Siyasət, İqtisadiyyat, Mədəni Əməkdaşlıq: 2040 Vizyonu” kitabının həmmüəllifi Mərvə Suna Özəl Özcan deyib.

Onun sözlərinə görə, TDT-nin qlobal siyasətdə təsirinin əsas istiqamətlərindən biri siyasi koordinasiyadır.

“Təşkilat üzv və müşahidəçi dövlətlərin xarici siyasət məsələləri üzrə məsləhətləşmələr aparması üçün mexanizmlər yaradıb. 2022 və 2023-cü illərdə keçirilən siyasi planlaşdırma məsləhətləşmələrində Avropa və Asiyadakı geosiyasi proseslər, regional təhlükəsizlik, qarşılıqlı əlaqəlilik və qlobal çağırışlar müzakirə olunub. Bu mexanizmlər türk dövlətlərinin beynəlxalq məsələlərdə mövqelərini daha yaxşı əlaqələndirməsinə imkan yaradır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev bu təşkilatın inkişafına xüsusi diqqət yetirirlər. Təşkilatın digər mühüm təsir sahəsi Şərq-Qərb nəqliyyat və iqtisadi əlaqələrinin inkişafıdır. TDT ölkələri Mərkəzi Asiya, Xəzər regionu, Qafqaz və Türkiyə üzərindən Avropaya çıxan nəqliyyat marşrutlarının əhəmiyyətli hissəsini əhatə edir. Bu coğrafi mövqe təşkilata Avrasiya bağlantılarında strateji əhəmiyyət qazandırır. TDT-nin gündəliyində nəqliyyat, enerji, ticarət və iqtisadi inteqrasiya məsələlərinin ön plana çıxması onun yalnız mədəni birlik deyil, həm də praktiki geoiqtisadi əməkdaşlıq platformasına çevrildiyini göstərir”, - deyə ekspert nəzərə çatdırıb.

Enerji təhlükəsizliyinin də TDT-nin geosiyasi əhəmiyyətini artıran amillərdən olduğunu vurğulayan türkiyəli ekspert Azərbaycan, Qazaxıstan və Türkmənistan kimi Xəzər regionu dövlətlərinin enerji resursları, Türkiyənin isə Avropa ilə Asiya arasında yerləşməsinin TDT məkanının enerji marşrutları baxımından əhəmiyyətini artırdığını sözlərinə əlavə edib: “Bu əməkdaşlıq Avropanın enerji təchizatının şaxələndirilməsi və Xəzər regionunun dünya bazarlarına çıxış imkanları baxımından strateji əhəmiyyət daşıyır. Təşkilatın uzunmüddətli siyasi məqsədləri “Türk Dünyası – 2040 Vizyonu” sənədində öz əksini tapır. 2021-ci ildə qəbul edilən bu sənəd siyasi, iqtisadi, nəqliyyat, enerji, mədəniyyət və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur. Sənəd, eyni zamanda, BMT Nizamnaməsinin prinsiplərinə, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörməti vurğulayır.

Nəticə etibarilə, TDT qlobal siyasətdə hələ ənənəvi mənada böyük güc mərkəzi olmasa da, Avrasiya geosiyasətində getdikcə daha nəzərəçarpan aktora çevrilir. Onun üstünlüyü üzv ölkələrin strateji coğrafi mövqelərinin, enerji və nəqliyyat imkanlarının, iqtisadi potensialının və siyasi əməkdaşlığının bir platformada birləşməsidir. TDT-nin gələcək təsiri bu potensialın nə dərəcədə koordinasiyalı şəkildə istifadə olunmasından və təşkilatın beynəlxalq aləmdəki tərəfdaşlarının nə qədər genişləndirə bilməsindən asılı olacaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Avqust 2026 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see462

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see405

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see403

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see304

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see291

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see285

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see283

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see280

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see271

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see267

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see249

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see244

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see243

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see239

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see238

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see238

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see237

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see235

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see232

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see230
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri