Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

COP31 ə gedən yol : Türkiyənin yaşıl layihələri

COP31 ə gedən yol : Türkiyənin yaşıl layihələri

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu ilin noyabrında Türkiyə Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına (COP31) ev sahibliyi edəcək. Qardaş ölkənin COP31 Zirvəsinə hazırlığının bir hissəsi olaraq "COP31-ə gedən yol: Davamlı Gələcək üzrə Beynəlxalq Media Proqramı"na start verilib. 

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən həyata keçirilən proqram çərçivəsində bir sıra ölkələrin media nümayəndələrinin Türkiyənin İstanbul və Kocaeli şəhərlərinə səfəri təşkil edilib. Əsas məqsəd jurnalistləri iqlim və ətraf mühit üzrə görülən işlərlə tanış etmək olub. Media turda "525-ci qəzet" də təmsil olunmaqla 8 ölkədən 17 mətbuat nümayəndəsi iştirak edib.

Proqram çərçivəsində, həmçinin jurnalistlər "STRATCOM2026" - beşinci Strateji Kommunikasiya sammitinin iqlim diplomatiyası panelində də iştirak ediblər.

İqlim böhranı bu gün bəşəriyyətin qarşılaşdığı ciddi qlobal çağırışdır. Dünyanın ən inkişaf etmiş ölkələri də bu problemin fəsadlarından əziyyət çəkir. Bir sıra ölkələr bu istiqamətdə daha fəal şəkildə çalışır, iqlim fəsadlarının qarşısını almaq üçün müxtəlif qərarlar qəbul edir, layihələr həyata keçirirlər. Türkiyə də ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizdə bir sıra vacib layihələr reallaşdırır, davamlı iş aparır. Səfər zamanı Türkiyənin ətraf mühitin idarə olunması sahəsindəki innovativ təcrübələri, elmi infrastrukturu, nailiyyətləri təqdim edilib.

TÜBİTAK Mərmərə Araşdırma Mərkəzində

Bu çərçivədə xarici jurnalistlər Kocaelidəki TÜBİTAK Mərmərə Araşdırma Mərkəzini (MAM) ziyarət ediblər. Bu mərkəzdə 100-ə yaxın laboratoriya fəaliyyət göstərir. Jurnalistlər onların bəzilərinin işi ilə tanış olub, iqlim, ətraf mühit və texnologiya sahəsində aparılan innovativ araşdırmalar, o cümlədən çirkab sularının monitorinq sistemləri, hava keyfiyyətinin ölçülməsi texnologiyaları və ətraf mühitə uyğun istehsal prosesləri ilə bağlı layihələr barədə ətraflı məlumat əldə ediblər. Xüsusilə davamlı inkişaf və ekoloji problemlərin həllinə yönəlmiş layihələr diqqət çəkib.

TÜBİTAK Türkiyənin elm, texnologiya və innovasiya ekosistemində fəal rol oynayan tədqiqat müəssisəsidir. Enerji texnologiyaları, iqlim və həyat elmləri, materiallar və proses texnologiyaları sahəsindəki təcrübəsi və qabaqcıl tədqiqat infrastrukturu sayəsində Mərkəz ölkənin strateji ehtiyacları üçün texnologiyalar, məhsullar və sistemlər hazırlayır, vacib layihələri həyata keçirir, elmi nəticələri iqtisadi dəyərə çevirir.

Türkiyənin ən böyük ətraf mühit layihəsi

Proqram çərçivəsində Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin dəstəyi ilə Kocaeli Böyük Şəhər Bələdiyyəsi tərəfindən həyata keçirilən Türkiyənin ən böyük ətraf mühit investisiyalarından biri olan İzmit Körfəzinin çamurdan təmizləməsi layihəsi çərçivəsində görülən işlər təqdim edildi.

Xatırladaq ki, Mərmərə dənizində çamur probleminin aradan qaldırılması işlərinə 2023-cü ildən başlanılıb. Mütəxəssislər tərəfindən həyata keçirilən təmizləmə prosesi regionda ekoloji balansın bərpası baxımından mühüm addım kimi qiymətləndirilir. Məlumat verildi ki, indiyədək təxminən 195 hektar, başqa sözlə, 271 futbol meydançası qədər ərazi təmizlənib, 1.8 milyon m3 miqdarında çamur ərazidən uzaqlaşdırılıb. Təmizlənəcək ərazi ümumi 468 hektar, 650 futbol meydançası böyüklüyündədir. Çıxarılacaq çamurun miqdarı isə 3.8 milyon m3-dür. Prosesə 186 ekspert cəlb edilib, sahədə, dənizdə, laboratoriyalarda çalışırlar. Layihə ümumilikdə 6 illikdir. Dənizin dibində toplanan çamur ciddi problemlər yaradır. Bu, su dövranını zəiflədir, pis qoxu və bulanıqlıq yaradır, dəniz canlılarına zərər verir, dəniz seliyi problemini artırır.

Təmizləmə işləri aparılan ərazidə də olduq. Deməli, proses belə həyata keçirilir: Xüsusi gəmilər dənizin dibindən çamuru çəkir, ətraf mühitə zərər verməyəcək şəkildə 18 km məsafədəki saxlama sahəsinə daşınır, orada susuzlaşdırılır, süzülən təmiz su dənizə geri dönür. Su keçirməyən xüsusi boruların içində çamur qurudulur. Quruma müddəti 7 gündür. Daha sonra  xüsusi sahələrə daşınır və üzərində meşə salınır. Artıq aparılan ölçmələr göstərir ki, suyun keyfiyyəti yaxşılaşır, zərərli bakteriyalar azalır, balıq və digər canlılar geri qayıtmağa başlayırlar. Bu da göstərir ki, layihə təkcə təmizləmə deyil, ekosistemin bərpası məqsədini daşıyır. Bu layihə Avropada da ən böyük dəniz təmizləmə layihələrindən biri sayılır və digər ölkələr üçün nümunə kimi göstərilir.

Kocaeli Böyükşəhər Bələdiyyə başçısı Tahir Büyükakın bildirib ki, 25 ildir iqlim dəyişikliyindən danışırıq, amma nəticə əldə edə bilmirik. Onun sözlərinə görə, qlobal iqlim böhranının qarşısını almaq üçün yalnız bir vasitə var: "İctimai məlumatlılıq. Burda isə əsas rolu vətəndaş cəmiyyəti və media oynaya bilər. Media dördüncü hakimiyyətdir, biz onların gücündən istifadə edə bilərik". Bələdiyyə rəhbəri əlavə edib ki, layihə üçün 150-160 milyon dollara yaxın büdcə istifadə olunur.

"STRATCOM2026"da iqlim müzakirəsi

İqlim mövzusu İstanbulda keçirilən "STRATCOM2026" sammitində də diqqətdə oldu. "İqlim diplomatiyasında yeni prioritetlər" başlıqlı paneldə iqlim dəyişikliyinin yalnız ekoloji deyil, eyni zamanda siyasi və diplomatik məsələ olduğu vurğulandı.

Navarra Universitetinin professoru Ramon Salaverria iqlim dəyişikliyi məsələsinin təkcə ətraf mühit problemi deyil, həm də kommunikasiya problemi olduğunu bildirdi. Qeyd etdi ki, iqlim dəyişikliyini inkar edənlər əvvəllər qlobal istiləşmənin baş vermədiyini, insan fəaliyyətinin məsuliyyət daşımadığını, iqlim dəyişikliyinin ciddi təsirlərinin olmayacağını vurğulayırdılar. Bu gün isə problemin həlli üçün təkliflər irəli sürülür və  onlar müzakirə edilir.

Ankara Universitetindən professoru Nuran Yıldız iqlim diplomatiyasında kommunikasiyanın mühüm roluna diqqət çəkib. O, klassik müharibə anlayışında hədəflərin sırasının dəyişdiyini bildirib: "Əvvəl hərbi hədəflər birinci sırada idi. İndi isə mülki şəxslər birinci yerdə, ətraf mühit və iqlim ikinci yerdə, hərbi hədəflər isə üçüncü yerdədir".

O, həmçinin iqlim böhranının getdikcə təhlükəsizlik məsələsinə çevrildiyini bildirib. Əlavə edib ki, ABŞ-İsrail hücumları ilə bağlı mediadakı xəbərlərdə insanlara və iqlimə yönəlmiş müharibə deyil, enerjiyə yönəlmiş müharibə müzakirə olunur.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konfransının Kommunikasiyalar üzrə direktoru Metyu Koqlan bildirib ki, iqlim diplomatiyasında etimad ən vacib elementdir. O, çoxtərəfli sistemin ciddi təzyiq altında olduğunu eyib: "Hamımız bilirik ki, çoxtərəflilik hazırda yalnız iqlim məsələlərində deyil, həm də daha geniş mənada bir çox digər səbəblərdən ciddi təzyiq altındadır. Strateji kommunikasiya səylərimizdə diqqət yetirdiyimiz sahələrdən biri də yalnız iqlim diplomatiyası və çoxtərəfliliyin üzləşdiyi çətinliklər barədə deyil, həm də bu günə qədər əldə edilən irəliləyişlər barədə həqiqətən dürüst olmaqdır".

Paris Sazişinin əhəmiyyətinə toxunan natiq onun qlobal istiləşmə riskini əhəmiyyətli dərəcədə azaltdığını vurğulayıb: "Paris Sazişi çərçivəsində iqlim əməkdaşlığı və xüsusilə də milli hökumətlərin səyləri olmasaydı, qlobal istiləşmə 4 dərəcə, hətta 5 dərəcə trayektoriyasına girərdi. Bu, demək olar ki, heç bir iqtisadiyyatın və çox az insanın öhdəsindən gələ biləcəyi bir səviyyədir. Lakin çoxtərəflilik və Paris Sazişi sayəsində bu trayektoriya demək olar ki, yarıya endirilib".

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) İqlim Dəyişikliyi, Biomüxtəliflik və Ətraf Mühit Ofisinin proqram rəhbəri Van Nguyen iqlim böhranının ərzaq böhranını dərinləşdirdiyini qeyd edib. İstilik dalğalarının və quraqlığın kənd təsərrüfatı istehsalına birbaşa təsir etdiyini və daha geniş iqtisadi və sosial problemlərə səbəb olduğunu bildirib: "Buna görə də, qida təhlükəsizliyi və iqlim təhlükəsizliyi bir-biri ilə əlaqəlidir. Həqiqətən də, bu prosesin nə qədər sürətlə irəlilədiyini son bir neçə ildə aydın şəkildə müşahidə etmişik".

İqlim böhranı göründüyü kimi, hər sahəyə təsir göstərir. Türkiyənin dəniz ekosisteminin qorunmasına yönəlmiş bu nəhəng layihəsi iqlim problemi ilə mübarizədə çox vacib rola malikdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Aprel 2026 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see350

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see277

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see265

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see262

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see253

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see239

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see236

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see219

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see215

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see210

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see202

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see202

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see199

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see199

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see193

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see191

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see184

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see182

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see180

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri