Icma.az
close
up
RU
COP31: Türkiyə qlobal iqlim gündəliyində rəqabətin deyil, əməkdaşlığın tərəfdarıdır ANALİTİKA

COP31: Türkiyə qlobal iqlim gündəliyində rəqabətin deyil, əməkdaşlığın tərəfdarıdır ANALİTİKA

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ankara, 23 noyabr, AZƏRTAC

Türkiyə Respublikası öz tarixində ilk dəfə olaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflərinin Konfransına ev sahibliyi etmək hüququna layiq görülüb.

AZƏRTAC xəbər verir ki, COP31-ə ev sahibliyi etmək barədə yekun qərar Braziliyanın Belem şəhərində keçirilən iqlim sammitində (COP30) Azərbaycanın fəal iştirakı ilə keçirilən beşgünlük müzakirələrdən sonra qəbul edilib.

Qərbi Avropa və Digər Dövlətlər Qrupunun (WEOG) üzvləri təşəbbüsü yekdilliklə dəstəkləyib və qərardan əvvəl Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurumun iştirakı ilə çoxsaylı görüşlər keçirilib.

Razılaşma çərçivəsində ilk açıqlamanı ölkəsinin COP31-ə ev sahibliyi etməkdən imtina etdiyini elan edən Avstraliyanın Baş naziri Entoni Albanese verib. O, razılaşmaya uyğun olaraq, COP31-də müzakirələrə iqlim dəyişikliyi naziri Kris Bouenin rəhbərlik edəcəyini və konfransa ev sahibliyi etmək hüququnun Türkiyəyə keçdiyini bildirib.

“COP31-ə hazırlıqla bağlı əsas müzakirələr Avstraliyada keçiriləcək və onların mövzusu iqlim maliyyəsi, Sakit okean regionu ölkələri ilə ətraf mühit həmrəyliyi olacaq”, - deyə E. Albanese izah edib. O, COP31-ə ev sahibliyi etmək barədə razılaşmanı "Avstraliya və Türkiyə üçün böyük bir nailiyyət" adlandırıb.

COP-31 iqlim sammitinə hazırlıq görüşləri Sakit okean dövlətində keçiriləcək.

Bu arada, M. Kurum COP30 iqlim sammiti çərçivəsində Braziliya, Azərbaycan və Avstraliyadan olan nümayəndələrlə dördtərəfli görüş, eləcə də Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə elçisi və COP29-un Sədri Muxtar Babayevlə ayrıca görüş keçirib.

Türkiyənin naziri tərəfindən sosial mediada paylaşılan hər iki görüşdə COP31-in təşkili və sədrliyi məsələləri müzakirə olunub.

M. Kurum qeyd edib ki, ölkəsi “2053-cü ilə qədər (Cümhuriyyətin 130 illiyi) xalis sıfır emissiyaya nail olmaq məqsədinə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müəyyən etdiyi yaşıl transformasiya prosesi vizyonuna uyğun olaraq, COP31 çərçivəsində ədalətli, inklüziv, açıq və şəffaf bir proses həyata keçirmək" niyyətindədir.

Xatırladaq ki, Türkiyənin COP31-ə ev sahibliyi etməyə hazır olması ilk dəfə 2022-ci ildə Şarm əl-Şeyxdə keçirilən COP27 ətraf mühit sammitində elan edilib.

Mediada yayılan məlumatlara görə, qarşıdan gələn sammitdə iştirakçıların sayı nəzərə alınmaqla, Antalyada COP31-in iclaslarının keçirilməsi gözlənilir, liderlər səviyyəsində bəzi müzakirələr isə İstanbulda aparıla bilər.

COP30-un başa çatması ilə yanaşı, Yohannesburqda keçirilən G20 sammitində iştirak edən Prezident Rəcəb Tayyib Ərdoğan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflərinin Konfransının 31-ci sessiyasının (COP31) gələn ilin noyabr ayında keçiriləcəyinin planlaşdırıldığını açıqlayıb.

Türkiyə hökuməti, həmçinin 2053-cü ilə qədər sıfır emissiyaya, Yer kürəsinin ekologiyasının qorunmasına və milli iqtisadiyyatın yaşıl transformasiyasına sadiq qaldığını vurğulayıb. Qardaş ölkənin mediası Ankaradakı diplomatik mənbələrə istinadla bildirir ki, ölkə xüsusi sessiyalar təşkil etməklə COP31 iştirakçılarının diqqətini yalnız regionun ekoloji problemlərinə deyil, həm də Sakit okean ölkələrinin üzləşdiyi çətinliklərə yönəltməyə hazırdır.

Rəsmi Ankara əmin edir ki, iqlim dəyişikliyinə qarşı mübarizədə Ankara rəqabətdən daha çox əməkdaşlıq və inklüzivlik prinsiplərinə əsaslanmağa davam edəcək, habelə bütün tərəfləri konstruktiv dialoq və qarşılıqlı hörmətə əsaslanan ətraf mühitin mühafizəsi tədbirlərini irəli aparmağa çağırır. COP31-ə ev sahibliyi etmək qərarı “bəşəriyyətin ortaq gələcəyi üçün qlobal həmrəyliyin nümayişi kimi xarakterizə edilib.

Ümid edilir ki, ölkələr 2026-cı ildə Türkiyədə Belem iqlim sammitinin iştirakçıları tərəfindən əldə edilməyən həll yolları ilə bağlı razılığa gələ biləcək.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Noyabr 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see201

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see183

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see170

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see169

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see166

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see160

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see155

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see155

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see155

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see150

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see149

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see137

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see135

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see135

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri