Icma.az
close
up
RU
Hörmüzdə neft qarşıdurması ANALİTİKA

Hörmüzdə neft qarşıdurması ANALİTİKA

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Neftin qiymətləri aktiv şəkildə artmağa davam edir, bunun əsas səbəbi İran və İsrail arasında gərginliyin artmasıdır.

İsrailin İrana zərbələr endirdiyi ilk gündə "qara qızıl"ın etalon növləri – “Brent” və WTI – 13 %-dən çox bahalaşıb. Əgər cari ayın əvvəlindən iyunun 11-nədək olan qiymətlərlə müqayisə etsək “Brent” markalı neft 64-66 ABŞ dolları səviyyəsində ticarət olunurdu. Növbəti gün “Brent” markalı neftin qiyməti cari ilin aprelindən bəri ilk dəfə 70 ABŞ dolları səviyyəsini keçib. Həmin vaxt qiymət artımının katalizatoru kimi İranın nüvə proqramı ilə bağlı danışıqların gələcəyinə dair qeyri-müəyyənlik çıxış edirdi.

Artıq iyunun 13-də İsrailin İrana - OPEC-in üçüncü ən böyük neft istehsalçısına - gecə saatlarında endirdiyi zərbələrdən sonra neft 13 %, WTI isə 10 % bahalaşıb. Bu zaman “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 1 barel üçün 74,06 ABŞ dollarına, WTI markalı neftin iyul fyuçerslərinin qiyməti isə 1 barel üçün 72,73 ABŞ dollarına qədər artıb.

Bundan sonra, neft bazarı – ümumiyyətlə, bütün dünya – İranın cavab addımlarını gözləməyə başladı. Çünki Tehran rəsmiləri dəfələrlə Hörmüz boğazını bağlamaqla hədələyiblər. Bu boğazdan gündəlik olaraq dünya neft tədarükünün 20 %-i və mayeləşdirilmiş təbii qaz tədarükünün 30 %-ə qədəri keçir.

Lakin eskalasiyanın ilk günlərində boğazın real şəkildə bağlanması baş vermədi. Tehran ilk olaraq ABŞ ilə öz nüvə proqramı üzrə danışıqları dayandırdığını bəyan edib. Daha sonra İran İsrailə qarşı dronlar və ballistik raketlərlə kombinə olunmuş zərbələrlə cavab verib.

Bundan sonra Hörmüz boğazının bağlanması mövzusu bir qədər gündəmdən düşdü. Lakin ABŞ-nin iyunun 22-si gecə saatlarında İranın üç nüvə obyektinə zərbə endirməsi bu məsələni yenidən aktuallaşdırdı. Ancaq bu, Ağ Evin həmin zərbələrin birtərəfli xarakter daşıdığını, eyni zamanda məqsədinin sadəcə İranı ABŞ ilə nüvə problemi üzrə sövdələşmə bağlamağa məcbur etmək olduğunu bildirməsinə baxmayaraq baş verib.

İran öz niyyətinin ciddiliyini göstərmək üçün bu mövzunu parlamentdə müzakirə etməyi qərara aldı. Parlament isə Hörmüz boğazının bağlanması məsələsinin "lehinə" səs verdi. İndi isə son qərarı ölkənin Milli Təhlükəsizlik Şurası verməlidir.

Bəs Hörmüz boğazı nə ilə bu qədər diqqət cəlb edir? Boğaz Fars və Oman körfəzlərini birləşdirir. Bu regionda neft və qazla zəngin olan Bəhreyn, İraq, İran, Qətər, Küveyt və Səudiyyə Ərəbistanı yerləşir. Dünya neft ixracının dəniz yolu ilə təxminən üçdə biri və Fars körfəzində hasil edilən neftin 90 %-i bu boğazdan keçir.

Neft bazarının həssaslığını nəzərə alsaq ABŞ-nin İrana zərbələrindən sonra nə baş verəcəyini təxmin etmək çətin olmadı - neftin qiyməti yanvardan bəri ən yüksək həddə çatdı. “Brent” markalı neftin fyuçerslərinin qiyməri 1,97 % artaraq 1 barel üçün 78,53 ABŞ dollarına, WTI markalı neftin isə 2,04 % artaraq 75,35 ABŞ dollarına çatdı.

Gəmi izləmə xidmətlərin məlumatlarına görə, ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra 50-dən çox gəmi təcili olaraq Hörmüz boğazını tərk edib.

Dünya bu hadisə fonunda iki düşərgəyə bölünüb: bir hissə boğazın bağlanmayacağına əmindir. Çünki bu İrana zərər verəcək, onun iqtisadiyyatını "öldürəcək" və İslam Respublikasının əsas müttəfiqi olan Çinə də mənfi təsir göstərəcək. Yeri gəlmişkən, ABŞ dövlət katibi Marko Rubio Tehranın boğazı bağlama ehtimalını "özünə qəsd" adlandırıb.

Digər düşərgədə isə İran təhdidlərinin reallaşması halında neft qiymətləri ilə bağlı proqnozlar və ssenarilər qurulur. Analitiklər bu hadisənin neft qiymətlərinin 1 barel üçün 100 ABŞ dolları, hətta 150 ABŞ dolları həddini keçəcəyinə səbəb olacağı fikrindədirlər.

İraqın xarici işlər naziri Fuad Hüseyn hesab edir ki, Hörmüz boğazının bağlanması Körfəz və İraqdan gündəlik təxminən 5 milyon barel neft itkisinə səbəb ola bilər. Eyni zamanda neft qiymətlərini 1 barel üçün 200-300 ABŞ dollarına qədər artıra bilər.

"Bu, Avropa ölkələrində inflyasiyanın artmasına və İraq kimi neft istehsalçısı ölkələr üçün neft ixracı prosesini çətinləşdirə bilər", - o bildirib.

“SS WealthStreet” tədqiqat firmasının təsisçisi Suqandha Saçdyeva isə qeyd edib ki, hazırkı geosiyasi gərginlik neft qiymətlərinin artması üçün fundamental katalizatordur. Onun sözlərinə görə, “Brent” markalı neftinin qiyməti 1 barel üçün 100 ABŞ dollarına qədər qalxa bilər, eyni zamanda perspektivdə 120 ABŞ dollarına qədər artması daha da ehtimal olunur.

“JPMorgan” analitiklərinin fikrincə, Hörmüz boğazının bağlanması neft qiymətlərində 70 %-lik artma səbəb olacaq.

“Strateji marşrutun tamamilə bağlanması ehtimalı aşağı olsa da, tankerlərə hücumlar, GPS-in sıradan çıxarılması və ya mina yerləşdirmə kimi qismən tədbirlər belə neft tədarükünü ciddi şəkildə poza bilər,” – agentliyin analitikləri bildiriblər.

Əgər boğazın bağlanmasının neft qiymətlərinin artmasına səbəb olacağı faktını nəzərə alsaq, bu ssenaridən yalnız neft treyderlərinin və regiondan kənar "qara qızıl" istehsalçılarının faydalanacağını təxmin etmək çətin deyil. Əvəzində isə ən çox zərər çəkəcək tərəflər Hörmüz boğazı vasitəsilə neft alan əsas istehlakçılar olacaq. Bu ölkələr sırasında Çin ilk gəlir. Bu neftin əsas idxalçıları arasında Hindistan, Yaponiya və Cənubi Koreya da yer alır. ABŞ isə həmin boğaz vasitəsilə gündəlik təxminən 700 min barel xam neft və kondensat idxal edir. Bu isə ölkənin ümumi neft idxalının təxminən 11 %-ni və benzin istehlakının 3 %-ni təşkil edir.

Türkiyənin nəqliyyat naziri Abdülkadir Uraloğlunun məlumatına görə, ölkə artıq Hörmüz boğazının bağlanması ehtimalına qarşı Orta Dəhliz və "İnkişaf Yolu" kimi logistik təşəbbüslər həyata keçirərək bir sıra tədbirlər görür.

“İnkişaf Yolu”nun 2,1 min km-i Türkiyə ərazisindən keçir və bura təxminən 24 milyard ABŞ dolları sərmayə qoyulması planlaşdırılır. Paralel olaraq Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) gücləndirilir ki, burada da marşrutun 2,2 min km-i Türkiyədən keçir. Bu marşrutun əsas hissələrinin tikintisi artıq başa çatıb”, - nazir qeyd edib.

ABŞ və bir sıra tərəfdaşları İranı enerji sektoruna əlavə risklər yaratmamaq üçün boğazı bağlamaqdan çəkinməyə çağırıblar. İran isə öz növbəsində təmkin nümayiş etdirir və Hörmüz boğazını bağlamaq məsələsində tələsmir. Beləliklə, hazırda Hörmüz boğazının bağlanması ehtimalı ilə bağlı vəziyyət ABŞ Prezidenti Donald Trampın sevdiyi ifadə ilə desək belə inkişaf edir: “ola da bilər, olmaya da – hələ qərar verilməyib”. Neft qiymətlərinin əhəmiyyətli dərəcədə artması dünya iqtisadiyyatı üçün yeni risklər yarada və cari ildə resessiya ehtimalını artıra bilər. Digər tərəfdən, İran üçün bu boğaz müəyyən bir kozırdır. Tehran istəsə bundan istifadə edə bilər(report).

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:211
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 İyun 2025 20:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Saleh Məmmədovun Almaniyada tikdiyi binanın görüntüsü yayıldı FOTO

26 İyul 2026 23:06see771

Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar Çıxış yolu nədir?

25 İyul 2026 12:34see284

Lionel Messi MLS in bütün ulduzlarının heyətinə daxil edilməyib

26 İyul 2026 05:13see280

“Ukraynanın yeni taktikası Kreml üçün təhlükəli ola bilər“ “The Sun“

26 İyul 2026 12:42see276

“Yuventus” yoldaşlıq oyununda Standard”ı minimal hesabla məğlub edib

26 İyul 2026 00:33see229

Neft kəskin ucuzlaşdı

25 İyul 2026 09:40see227

Xalq artistinin Dream Fest obrazı maraq doğurdu Şeir, rəsm və moda…

25 İyul 2026 12:01see207

Neftçi nin qadınlardan ibarət komandası Çempionlar Liqasının I təsnifat mərhələsində final oyununa çıxacaq

25 İyul 2026 13:12see194

Dəriyə qulluq vasitəsi alarkən yalnız reklam və ya brendə inanmayın

26 İyul 2026 06:24see189

Bank sistemini bu iki adam idarə edirdi… “Turanbank”la bağlı yeni çağırış

25 İyul 2026 09:53see172

Rusiya Mərkəzi Bankı ciddi problemlər barədə məlumat verir…

25 İyul 2026 19:53see171

“Barselona” Ferran Torresi yalnız bir şərtlə satmağa razı olacaq

27 İyul 2026 00:11see167

Rusiya benzin ixracına qadağanı ilin sonunadək uzadır

25 İyul 2026 18:00see167

Borrel Okampo Karapetyan üçlüyü

25 İyul 2026 12:55see165

İmmunitetinizi gücləndirəcək üç giləmeyvə

26 İyul 2026 03:20see163

FIFA Meksikada tarixi qalada ziyafət təşkil etdi: Prokurorluq araşdırmalara başladı

26 İyul 2026 07:15see162

Kiyevdə hava hücumu xəbərdarlığı elan edildi

26 İyul 2026 01:52see160

Erlinq Holand özü haqda yayılan memlərə münasibət bildirib VİDEO

27 İyul 2026 05:16see160

Messi heyətdən çıxarıldı

26 İyul 2026 02:01see160

İsrail Qəzzada üç HAMAS komandirinin öldürüldüyünü açıqlayıb

26 İyul 2026 00:24see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri