Icma.az
close
up
RU

COPda Hava Limanı İqlim Fəaliyyəti mövzusunda tədbir keçirilib

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda keçirilən COP29 çərçivəsində "Hava Limanı İqlim Fəaliyyəti. Heydər Əliyev Beynəlxalq Hava Limanı Regionda karbon azaldılmasına liderlik edir" mövzusunda tədbir keçirilib.

APA xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Hava Yollarının (AZAL) Prezidenti Samir Rzayev bildirib ki, AZAL davamlı inkişaf çərçivəsində resurslardan daha səmərəli istifadə üçün uyğunluq proseslərini rəqəmsal alətlərlə avtomatlaşdırmağa davam edir:

"Biz diqqətimizi tullantıların idarə edilməsi, təkrar emal və su resurslarının səmərəli istifadəsi kimi layihələr üzərinə cəmləmişik. Bu öhdəlik təkcə bu günkü əməliyyatlara şamil edilmir, həm də aviasiya sektorunun gələcəkdə davamlı inkişafını təmin edir. Bundan əlavə, AZAL bu il BMT-nin Qlobal Sazişinə qoşulmaqla Dayanıqlı İnkişaf Məqsədlərini və ESG (red. Ətraf mühit, sosial və idarəetmə) prinsiplərini təşviq etməyi öhdəsinə götürüb. Davamlı inkişaf çərçivəsində biz resurslarımızdan daha səmərəli istifadə etmək üçün uyğunluq proseslərimizi rəqəmsal alətlərlə avtomatlaşdırmağa davam edirik".

O, həmçinin vurğulayıb ki, AZAL yalnız səmərəli əməliyyatlara deyil, həm də daha təmiz və yaşıl bir gələcəyə can atır: "Ətraf mühitə olan öhdəliyimizlə gələcək nəsillərə daha parlaq bir dünya qoymağı hədəfləyirik. İnanırıq ki, bizim səylərimiz regionda və qlobal miqyasda davamlılıq mühitində bir nümunə olacaq".

Tədbirdə, həmçinin ACI (Airports Council International Europe) Avropanın baş direktoru Olivye Yankoveç tərəfindən aparılan "Hava limanlarının karbon akkreditasiyası - iqlim fəaliyyətinin hekayəsi" adlı təqdimatda beynəlxalq hava limanlarının karbon emissiyalarını azaltmaq üçün qəbul etdiyi strategiyalar və nailiyyətlər müzakirə olunub.

Həmçinin, "Aviasiyanın dekarbonizasiyası və qlobal çərçivə: mövcud vəziyyət və perspektivlər" mövzusunda keçirilən müzakirələrdə Beynəlxalq Mülki Aviasiya Təşkilatının UNFCCC üzrə xüsusi nümayəndəsi Ceyn Hüp, ACI World-un baş direktoru Castin Erbaççi və Hava Nəqliyyatı Fəaliyyət Qrupunun (ATAG) icraçı direktoru Haldan Dodd gələcəkdə aviasiyanın karbon emissiyalarını azaltmaq üçün lazımi çərçivələri və innovativ həlləri müzakirə ediblər.

Tədbirin bağlanışında vurğulanıb ki, hava limanlarının iqlim dəyişikliyi ilə mübarizədə liderliyi davam etdirilməli və bu istiqamətdə qlobal əməkdaşlıq genişləndirilməlidir. Tədbir regionun iqlim fəaliyyətində önəmli addım kimi qiymətləndirilib.

Sahilə Cabbar

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://apa.az
archiveBu xəbər 20 Noyabr 2024 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevilyadan Berlində: Avropanın ən musiqili şəhərləri (SİYAHI)

09 İyun 2025 14:24see178

Toğrul Allahverdiyev hekayəsi Sadıqlının “video əməliyyatı” başqa mətləbləri üzə çıxardı

10 İyun 2025 12:42see156

Rostov vilayətində miqrantlar rus təqaüdçüyə hücum edib..?

09 İyun 2025 19:07see137

Yadplanetlilərə meydan oxuyan media əhlimiz…

10 İyun 2025 00:13see126

Bütün günahları bayquşda görənlər...

10 İyun 2025 10:02see122

Mançester Siti Şerkini transfer etdiyini açıqladı

11 İyun 2025 06:45see122

Qyokereşdən 35 milyon maaşa imtina

10 İyun 2025 00:37see122

Gəncədə ictimai nəqliyyatda çalışmaq istəyən sürücülərin qiymətləndirilməsi aparılır FOTOLAR

09 İyun 2025 14:20see120

Bakı şəhəri üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

09 İyun 2025 15:24see120

Sərvəti 1 milyardı ötdü

09 İyun 2025 17:12see119

Çində ana xətti ilə qurulmuş cəmiyyət aşkarlandı 250 il davam edib

09 İyun 2025 23:15see119

Ekspertlər təhsil sistemindəki boşluqları tənqid etdilər: O kadrlara baxanda utandım

09 İyun 2025 18:14see117

Rusiya aprel ayında Türkiyədən balıq idxalını artırıb...

09 İyun 2025 21:46see117

Skandinaviya erməni diasporu Nikol Paşinyana qarşı

09 İyun 2025 21:00see117

Küçədə it gəzdirmək qadağan edilir cinayət sayılacaq

09 İyun 2025 22:30see116

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəzi qanunlarda əsaslı dəyişiklər edib. KONKRET

10 İyun 2025 20:21see116

Artıq bu hərəkət cinayət sayılacaq İranda ŞOK qadağa

09 İyun 2025 21:51see116

Salyanda qızı qaçıranlar onun atasının başını yardılar

09 İyun 2025 14:58see116

Putinin köməkçisi: Moskva nəhəng Qarabağ ın yaranmasını istəmir

09 İyun 2025 22:01see115

Salyanda ot sahəsi və maşın yanıb

09 İyun 2025 19:13see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri