Hava limanı ərazisində qanunsuz taksi fəaliyyəti göstərən şəxslər saxlanılıb VİDEO
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Hava limanı ərazisində qanunsuz taksi fəaliyyəti göstərən şəxslər aşkarlanaraq barələrində tədbirlər görülüb.
DİN-dən APA-ya verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında taksi tanınma nişanı və taksometr qurğusu olmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.
Bu istiqamətdə Nəqliyyatda Baş Polis İdarəsinin Hava Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində 32 yaşlı Azər Bəxtiyarbəyli, 25 yaşlı Rəhman Durmışev və 27 yaşlı Emin Əsgərov saxlanılıblar. Onların aeroport ərazisində qanunsuz taksi fəaliyyəti göstərməklə yanaşı narkotik vasitə istifadəçiləri olduqları da müəyyən edilib. R.Durmışevin üzərində narkotik vasitələr aşkarlandığı üçün faktla bağlı cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Digər iki şəxslə bağlı isə araşdırmalar davam etdirilir.
Baxış sayı:115
Bu xəbər 03 Mart 2025 17:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















