Corc Dik Holokost qurbanlarına göstərdiyi ehtiram üçün Azərbaycana təşəkkür edib
Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İsrail Holokost qurbanlarına ehtiram göstərdiyinə görə Azərbaycana minnətdardır.
“Report” xəbər verir ki, bu barədə Azərbaycanda fəaliyyət müddəti bitən İsrailin Bakıdakı səfiri Corc Dik “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Səfir Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Holokost Qurbanlarının Anım Günü ilə bağlı paylaşımını bölüşüb və Azərbaycana təşəkkürünü bildirib.
"Bu gün biz, həmçinin nasizmə qarşı mübarizədə həyatını qurban vermiş 300 min azərbaycanlının xatirəsini də yad edirik. Dərin hörmətlə Azərbaycanın yəhudilərin həmişə təhlükəsiz olması və bu torpaqda özlərini evlərindəki kimi hiss etmələri üçün dəyişməz sadiqliyini qəbul edirik. Biz həmçinin "Bir daha heç vaxt" prinsipinə sadiqliyi və xalqlarımız arasındakı möhkəm dostluğa görə Azərbaycana minnətdarıq. Azərbaycan xalqının İsrailə qarşı, xüsusilə son bir ildə göstərdiyi mərhəmət və həmrəylik qəlbimizi dərindən təsirləndirir", - paylaşımda qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 27 Yanvar 2025 15:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















